Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № e-2(054)-492/2022 05.12.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh, onun vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun olmamasının müəyyən edilməsi və mənzildən çıxarılma tələbi barədə iddiası, Cavabdeh İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və azyaşlı uşaqlarla birlikdə mənzilə köçürülmə tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən, xüsusi mülkiyyətində olan mənzildən cavabdehin istifadə hüququnun olmamasının müəyyən edilməsi və və azyaşlı uşaqlarla birlikdə mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh da qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan mənzildən onun istifadə hüququnun tanınması və azyaşlı uşaqları ilə birlikdə həmin mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən qarşılıqlı iddia icraata qəbul edilmiş və qarşılıqlı iddiaya ilk iddia ilə birlikdə baxılması qərara alınmışdır. Həmin mülki iş üzrə məhkəmə baxışı iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun olmamasının müəyyən edilməsi və mənzildən çıxarılma tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmiş, eyni zamanda, Cavabdeh ona yaşayış sahəsindən istifadə hüququnun tanınması və azyaşlı uşaqlarla birlikdə mənzilə köçürülmə tələbi barədə qarşılıqlı iddiasının mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Cavabdeh da İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və azyaşlı uşaqlarla birlikdə mənzilə köçürülmə tələbi barədə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmiş, eyni zamanda, İddiaçı ona qarşı yaşayış sahəsindən istifadə hüququnun olmamasının müəyyən edilməsi və mənzildən çıxarılma tələbi barədə iddiasının mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, İddiaçı öz iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyinə və Cavabdeh həmin iddianın mahiyyəti üzrə baxılmasını tələb etmədiyinə görə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun olmamasının müəyyən edilməsi və mənzildən çıxarılma tələbi barədə iddiası baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılmalıdır. Eyni zamanda, Cavabdeh qarşılıqlı iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyinə və İddiaçı qarşılıqlı iddianın mahiyyəti üzrə baxılmasını tələb etmədiyinə görə Cavabdeh İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və azyaşlı uşaqlarla birlikdə mənzilə köçürülmə tələbi barədə qarşılıqlı iddiası da baxılmamış saxlanılmalı, qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun olmamasının müəyyən edilməsi və mənzildən çıxarılma tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Cavabdeh İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və azyaşlı uşaqlarla birlikdə mənzilə köçürülmə tələbi barədə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. Qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(054)-492/2022
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(054)-492/2022
05.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver