Məhkəmə qərarları › İş №e-2(054)-5/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-5/2025

04.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-5/2025 04.04.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Giriş hissə: X10 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Əliyev Fərid Mehdi oğlunun, Cavabdeh vəkili Bayramov Zaur Vahid oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəliş üçün zəruri keçidin açılması tələbinə dair mülki işə 04 aprel 2025-ci il tarixdə Oğuz şəhərində məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəliş üçün zəruri keçidin açılması tələbinə dair iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı xx.xx.1949-cu ildə anadan olmuşdur. Onun qardaşı X5 xx.xx.2010-cu ildə vəfat etmişdir. Sergeyin ölümündən sonra arvadı X1 razılığı və xəbəri olmadan Oğuz rayon notariat ofisinə müraciət edərək naməlum şəraitdə və saxta yollarla 2019-cu ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Daha sonra o, mərhumun mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsini xx.xx.2021-ci il tarixdə nümayəndəsi X2 vasitəsilə Cavabdeh satmışdır. Alqı-satqı müqaviləsi Qəbələ Regional “ASAN xidmət” mərkəzi notariat ofisində 4Ə-42 reyestr nömrəsi ilə qeydə alınmışdır. Bundan sonra Cavabdeh həmin müqavilə əsasında xx.xx.2021-ci il tarixli, **********56 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış almışdır. İddiaçı hesab edir ki, həmin alqı-satqı müqaviləsi tamamilə qanunsuz və əsassız olmuşdur. Bu məsələ ilə əlaqədar tərəflər arasında dəfələrlə məhkəmə çəkişmələri olmuşdur. Hazırki iş üzrə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə gedən yol birbaşa hazırki iş üzrə cavabdehin mülkiyyətində olan həmin torpaq sahəsindən keçir. Bu da öz-özlüyündə iddiaçının öz mülkiyyətindən sərbəst istifadə etməsinə maneələr yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarına əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola çıxış yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir. İddiaçıya evinə keçidin açılması üçün mütəxəssisin əraziyə baxış keçirməsinin zəruriliyini və buna etirazla bağlı məsuliyyəti izah edəcək. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaçı tərəfin izahatını qismən qəbul edərək bildirmişdir ki, hazırki vəziyyətdə iddiaçının evinə gedən yolun cavabdehin mülkiyyətində olan torpaq sahəsindən keçməsinin zəruriliyi əsaslandırılmalıdır. Bunun üçün isə ixtisaslı mütəxəssis tərəfindən əraziyə baxılmaqla qiymət verilməsi vacibdir, lakin iddiaçı buna imkan verməyəcək. Məhkəmə iclası gedişində tərəflər məhkəmə mühəndis-texniki ekspertizanın keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə tərəflərin izahatını dinləyib sənədləri araşdıraraq işin hallarını nəzərə almaqla və mübahisəli məsələnin həlli baxımından yaranmış sualların ekspert tərəfindən cavablandırılmasının baxılan iş üçün əhəmiyyət kəsb etdiyini nəzərə alaraq xx.xx.2024-cü il tarixli qərardadla məhkəmə mühəndis-texniki ekspertizası təyin etmiş, ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin ekspertlərinə həvalə etmişdir. Ekspertin rəy verə bilməsi üçün 2(054)- 54/2024 saylı mülki iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə, iş üzrə mübahisəli ev və torpaq sahələri naturada, ev və torpaq sahələrinə dair hüquqverici sənədlərin surəti Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə təqdim edilmişdir. Mülki iş (yeni nömrə 2(054)-05/2025) xx.xx.2024-cü il tarixli, 10/2052 saylı ekspert rəyi əlavə olunmaqla xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili ekspert rəyinə münasibət olaraq bildirmişdir ki, iddiaçının evinin pilləkəni cavabdehin torpaq sahəsinə düşür. İddia ərizəsində sahənin ölçüsü göstərilməsə də, ekspert rəyində guya iddiaçının gediş-gəliş üçün 4 metr enində torpaq sahəsinə iddia etdiyi göstərilib, halbuki iddia ərizəsində belə bir ifadə yoxdur. Ekspertin bunu hansı əsasla yazması aydın deyil. Ekspert rəyində qeyd edilən qeyri-müəyyən halların mütəxəssislərin iştirakı ilə yerində yoxlanılması anlaşılmazlıqları aradan qaldıra bilər. Yerində baxış keçirilərkən hər şey məlum olacaq. İddiaçı ilə kompensasiya məsələsini də müzakirə edəcək. İş üzrə yerində baxış keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili bildirmişdir ki, mülki iş uzun müddətdir ki, məhkəmənin icraatındadır, tərəflər arasında mübahisə artır. İddiaçının özünə məxsus torpaq sahəsində iki yerdən qapısı vardır. Ekspertiza təyin edilməsi barədə qərardadla verilən birinci sualın cavabından yolun açılmasının mümkün olmadığı müəyyən edilir. Prosesin uzadılmamasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüqiqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin (9 saylı Qəbələ Ərazi İdarəsi) Yerquruluşunun təşkili şöbəsinin müdiri X9 iştirakı ilə keçirilmiş yerində baxışla müəyyən edildi ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin və faktiki tikilinin (ev) yerləşdiyi torpaq sahəsində iki qapı mövcuddur və həmin qapılarla iddiaçının giriş-çıxışının sərbəst təmin edilməsi mümkündür. İddiaçının gediş-gəliş yolunun açılmasını iddia etdiyi, mərkəzi yola açılan kiçik qapı cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşməklə iddiaçının evindən (hətta pilləkənindən) aralıda yerləşir və iddiaçının hüququnun pozulması halı müəyyən edilmir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə bildirdi ki, tərəflər arasında razılaşma yolu ilə məsələnin məhkəmədən kənar həllinə etiraz etmirlər, əks halda iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil razılaşmanın mümkün olmadığını bildirdi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsini və vəkilini, cavabdehin vəkilini dinləyib, iş materiallarını nəzərdən keçirərək bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşə əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı, xx.xx.2016-cı il tarixli, **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və fərdi yaşayış evinin xx.xx.2016-cı il tarixli, 405- 1/630 inventar nömrəli texniki pasportunun surətindən görünür ki, ünvan 2 ünvanında 0,166 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 167,8 kv.m olan fərdi yaşayış evi və 0,166 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə hüquq sahibi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********56 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və torpaq sahəsinin xx.xx.2021-ci il tarixli, AA 587084 saylı planı və ölçüsü sənədinin surətindən görünür ki, Oğuz şəhərində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi Qəbələ Regional “ASAN xidmət” mərkəzi notariat ofisində xx.xx.2021-ci il tarixdə 4Ə-42 reyestr nömrəsi ilə təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə hüquq sahibi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 68 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-42/2-3276/2024 saylı məktubu ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və işə əlavə edilmiş mütəxəssis rəyi və yerquruluşu planlarından, habelə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2052 saylı məktubu ilə xx.xx.2025-ci il tarixdə daxil olmuş xx.xx.2024cü il tarixli, 10/2052 saylı ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016cı il tarixli, **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa və fərdi yaşayış evinin xx.xx.2016-cı il tarixli, 405-1/630 inventar nömrəli texniki pasportuna əsasən iddiaçının mülkiyyətində olan daşınmaz əmlaka hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********56 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa və torpaq sahəsinin xx.xx.2021-ci il tarixli, AA 587084 saylı planı və ölçüsü sənədinə əsasən cavabdehin mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsindən gediş-gəliş üçün zəruri keçidin açılması mümkün deyildir. İddiaçı faktiki istifadəsində olan 0,3014 ha torpaq sahəsi ilə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa və fərdi yaşayış evinin xx.xx.2016-cı il tarixli, 405-1/630 inventar nömrəli texniki pasportuna əsasən iddiaçının mülkiyyətində olan daşınmaz əmlakla hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********56 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa və torpaq sahəsinin xx.xx.2021-ci il tarixli, AA 587084 saylı planı və ölçüsü sənədinə əsasən cavabdehin mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsi üst-üstə düşür. İddiaçı mülkiyyətində olan torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evi və qeyri-yaşayış tikilisinə mülkiyyətində olan torpaq sahəsi olan hissədə naturada yol yeri mövcuddur. İddiaçı gediş-gəliş üçün iddia etdiyi 4 metr enində keçid **********56 reyestr nömrəli çıxarış ilə Cavabdehun xüsusi mülkiyyətində olan torpaq sahəsidir və həmin ərazidən Oğuz şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində (DGW) və X6 X7 (TEKUİS) yol yeri nəzərdə tutulmamışdır. Torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyəti yerquruluşu planlarında göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 255.1-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 255.2. Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. 255.3. Servitut alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. 255.4. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. 255.5. Mülkiyyətçi özünə mənsub digər daşınmaz əşya hesabına öz daşınmaz əşyasına servitut vermək hüququna malikdir. 255.6. Servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın. 255.7. Servitutla yüklü edilmiş daşınmaz əşyaya hüquqlar başqa şəxsə keçdikdə servitut saxlanılır. 255.8. Daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Yenə həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsidə daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa və fərdi yaşayış evinin xx.xx.2016-cı il tarixli, 405-1/630 inventar nömrəli texniki pasportuna əsasən iddiaçının mülkiyyətində olan daşınmaz əmlaka hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********56 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa və torpaq sahəsinin xx.xx.2021-ci il tarixli, AA 587084 saylı planı və ölçüsü sənədinə əsasən cavabdehin mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsindən gediş-gəliş üçün zəruri keçidin açılması mümkün deyildir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, İddiaçı faktiki istifadəsində olan 0,3014 ha torpaq sahəsi ilə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa və fərdi yaşayış evinin xx.xx.2016-cı il tarixli, 405-1/630 inventar nömrəli texniki pasportuna əsasən iddiaçının mülkiyyətində olan daşınmaz əmlakla hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********56 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa və torpaq sahəsinin xx.xx.2021-ci il tarixli, AA 587084 saylı planı və ölçüsü sənədinə əsasən cavabdehin mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsi üst-üstə düşür. İddiaçı mülkiyyətində olan torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evi və qeyri-yaşayış tikilisinə mülkiyyətində olan torpaq sahəsi olan hissədə naturada yol yeri mövcuddur. İddiaçı gedişgəliş üçün iddia etdiyi 4 metr enində keçid **********56 reyestr nömrəli çıxarış ilə Cavabdehun xüsusi mülkiyyətində olan torpaq sahəsidir və həmin ərazidən Oğuz şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində (DGW) və X6 X7 (TEKUİS) yol yeri nəzərdə tutulmamışdır. Torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyəti yerquruluşu planlarında göstərilmişdir. Ekspert rəyində göstərilən xüsusatlar məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı da öz təsdiqini tapmışdır, belə ki, hazırda iddiaçının faktiki istifadəsində 0,3014 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsindən 0,06 ha hissəsinə cavabdehin qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ vardır. İddiaçının mülkiyyətində olan 0,166 ha torpaq sahəsi də onun faktiki istifadəsində olan torpaq sahəsinin üzərində yerləşməklə onun qanuni torpaq sahəsində naturada iki yerdən yol mövcuddur. İddiaçının açılmasını tələb etdiyi gediş-gəliş üçün keçid cavabdehin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini təşkil edir. İddiaçı tərəfindən həmin keçid hissənin ona verilməməsi nəticəsində hüquqlarının pozulacağına dair sübutlar təqdim edilməmiş və yerli baxış zamanı da bu hal müşahidə edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə gedən yolun birbaşa cavabdehin mülkiyyətində olan torpaq sahəsindən keçdiyi, bunun iddiaçının öz mülkiyyətindən sərbəst istifadə etməsinə maneələr yaratması, mülkiyyətçinin öz sahəsindən ictimai yola çıxışın vacib olduğu müəyyən edilmədiyindən mütəxəssis və ekspert rəyləri digər sübutlarla birlikdə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(054)-54/2024 saylı qərardadı ilə məhkəməmühəndis-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/2052 saylı ekspertiza rəyi məhkəməyə daxil olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən 100 manat dövlət rüsumu iddiaçıya aid edilməli, 50 manat ekspertiza xərci iddiaçıdan tutulub dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissə: Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəliş üçün zəruri keçidin açılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat ekspertiza xərci İddiaçı tutulub dövlət büdcəsinə (SAP (XİİS) hesabı X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, AZ34CTRE******************** ödənilsin. 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar