Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № e-2(054)-528/2022 11.10.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Oğuz Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaxşılaşdırılması üçün onun tərəfindən sərf edilən 6886,35 manat pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 88,90 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 512 / 2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələblərinə əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardadda qeyd edilmişdir ki, iddia tələbinin əsaslandığı hallara dair sübutların siyahısı iddia ərizəsində göstərilməmişdir. Eyni zamanda, iddia ərizəsində işdə iştirak edən şəxslərin şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar (iddiaçının özünün həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən, mobil telefon nömrələri, habelə, elektron poçt ünvanı, cavabdehin şəxsiyyət vəsiqəsinin seriya nömrələri, telefon nömrələri, o cümlədən, mobil telefon nömrələri) qeyd edilməmişdir. Bununla da, iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa tam şəkildə riayət edilməmiş, habelə, bir-biri ilə əlaqədar olmayan tələblər bir ərizədə birləşdirilmişdir. Həmin əsaslarla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, eyni zamanda, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra həmin tələb üzrə yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ iddiaçıya və onun nümayəndəsinə izah edilmişdir. İddiaçı məhkəmənin həmin qərardadında qeyd olunanlara qismən əməl edərək (yalnız iddiaçının həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı ərizədə göstərməklə), lakin tam şəkildə tam şəkildə əməl etməyərək yenidən eyni tələblə məhkəməyə müraciət etmişdir. İş materallarını nəzərdən keçirərək hesab edirəm ki, hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlər də geri qaytarılmalıdır. Belə ki, hazırki iddia ərizəsində də iddia tələbinin əsaslandığı hallara dair sübutların siyahısı göstərilməmişdir. Eyni zamanda, iddia ərizəsində işdə iştirak edən şəxslərin şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar (iddiaçının özünün telefon nömrələri, o cümlədən, mobil telefon nömrələri, olduğu halda - iş yerinin ünvanı, elektron poçt ünvanı) qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.4-cü maddələrinin məzmununa görə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri ərizədə göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa tam şəkildə riayət edilmədiyindən hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlər də geri qaytarılmalıdır. Eyni zamanda, iddiaçıya və onun nümayəndəsinə yenidən izah edilir ki, iddia ərizəsinin geri qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra həmin tələb üzrə yenidən aidiyyəti üzrə məhkəməyə müraciət edilməsinə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(054)-528/2022
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(054)-528/2022
11.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver