Məhkəmə qərarları › İş №e-2(054)-538/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-538/2023

29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-538/2023 29.11.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta ödənişi məbləğinin tutulması tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək avtomobilə vurulmuş ziyana görə ödənilmiş 890,00 manat sığorta məbləği və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumunun Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən məhkəməyə göndərilən müraciətdə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də bağlanmış xx.xx.2021-ci il tarixli PAA********** saylı sığorta müqaviləsinə əsasən “VAZ 21074” markalı ** SH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2022-ci il tarixində “VAZ 21074” markalı, ** SH ***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, “Toyota Corolla” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 890 (səkkiz yüz doxsan) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Binəqədi rayon Polis İdarəsi DYPŞ-nin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Həmçinin qeyd olunan qərarda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Yol nəqliyyat hadisəsi baş verərkən cavabdeh avtomobili nəqliyyat vasitələrini idarə etmə hüququ olmadan idarə etdiyindən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Hazırda iddiaçı ziyanın əvəzinin ödənilməsi üçün verilmiş 890,00 manat sığorta məbləği və 30,00 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir Əvvəlki məhkəmə iclasında cavabdeh verdiyi izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Etibarnamə ilə idarə etdiyi “VAZ 21074” markalı ** SH *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində hərəkətdə olarkən idarə etdiyi avtomobil X1 idarə etdiyi “Toyota Corolla” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobil avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Toyota Corolla” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobil zədələnmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı toplanmış material üzrə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və o, həmin protokol əsasında inzibati məsuliyyətə cəlb edilərək cərimə edilmişdir. Hadisə baş verdikdən sonra qarşı tərəflə razılığa gəlməyə çalışsa da, İlqar İbrahimov bu təkliflə razılaşmamışdır. Bundan sonra isə o hadisə yerini tərk etmişdir. Hesab edir ki, o hadisə yerindən yayındığına görə yalnız 100,00 manat cərimə oluna bilər. “Toyota Corolla” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzi kimi ödənilmiş 890,00 manat sığorta məbləği sonradan ondan tələb edilmişdir, lakin maddi imkanı olmadığına görə o həmin məbləği ödəyə bilməmişdir. Həmin hadisə ilə əlaqədar heç bir sübutu olmadığından təqdim edə bilmir və iddia təmin olunarsa tələb olunan məbləği aylara bölünməklə ödəyə bilər. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli sığorta müqaviləsinə dair məlumatın surətindən müəyyən edilir ki, “VAZ 21074” markalı ** SH *** dövlət qeydiyyat nişanlı avtomobil, həmin avtomobilin sahibi X2 adlı şəxs tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixdə verilmiş AD 512540 nömrəli qeydiyyat şəhadətnaməsinin və xx.xx.2020-ci il tarixli ƏN-Vİ 007084 nömrəli etibarnamənin surətlərindən görünür ki, hazırki iş üzrə cavabdeh VAZ 21074” markalı ** SH *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. İş materiallarına əlavə edilmiş Binəqədi rayon Polis İdarəsi DYPŞ polis mayoru tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan, həmin tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” Arayışın surətindən müəyyən edilir ki, hazırki iş üzrə cavabdehin etibarnamə ilə idarə etdiyi VAZ 21074” markalı ** SH *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində “Toyota Corolla” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli hesablama aktından müəyyən edilir ki, “Toyota Corolla” markalı ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın miqdarı dəyişilməli ehtiyat hissələrinin qiyməti və təmir xərcləri ilə birlikdə 890,00 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş sənədindən və sığorta aktının surətindən müəyyən edilir ki, “Toyota Corolla” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 890,00 manat maddi ziyanın əvəzi iddiaçı tərəfindən həmin avtomobilin mülkiyyətçisinə kart hesabı vasitəsilə ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli geriyə tələb (subroqasiya) məktubunun surətindən müəyyən edilir ki, iddiaçı tərəfindən ödənilmiş 890,00 manat maddi zərər məbləğinin ödənilməsi cavabdehdən tələb edilmişdir. İş materiallarına əlavə edilən xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən müəyyən edilir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30,00 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin dəlilləri və iş materialları ilə müəyyən edildi ki, cavabdeh iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “VAZ 21074” markalı ** SH *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində X1 idarə etdiyi “Toyota Corolla” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh yol nəqliyyat hadisəsi yerindən yayınmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Toyota Corolla” markalı, ** TY *** avtomobilə maddi zərər dəymişdir. xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada tənbeh edilmişdir. “Toyota Corolla” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın miqdarı dəyişilməli ehtiyat hissələrinin qiyməti və təmir xərcləri ilə birlikdə 890,00 manat müəyyən edilmişdir. “Toyota Corolla” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 890,00 manat maddi ziyanın əvəzi iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı tərəfindən ödənilmiş 890,00 manat maddi zərər məbləğinin ödənilməsi geriyə tələb (subroqasiya) qaydasında cavabdehdən tələb edilmiş, lakin cavabdeh həmin məbləği indiyədək ödəməmişdir. Hazırda iddiaçı ziyanın əvəzinin ödənilməsi üçün verilmiş 890,00 manat sığorta məbləğinin geriyə tələb (subroqasiya) qaydasında və 30,00 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası olaraq cavabdehin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati xəta haqqında protokola, maddi ziyanın miqdarı ilə bağlı qüsur aktına və ödəniş sənədlərinə istinad edir. Cavabdeh iddia tələbini qəbul etmir və iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazının əsası olaraq məhkəməyə hər hansı sənəd və ya digər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1 və 23.1.6-cı maddələrinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Həmin Qanunun 25.1 və 25.1.8-ci maddələrinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Cavabdehin inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada tənbeh edilməsinə dair qərarla yol nəqliyyat hadisəsinin onun təqsiri üzündən baş vermiş olması faktı sübuta yetirildiyinə, cavabdeh özü də inzibati məsuliyyətini mübahisələndirmədiyinə, o, yol nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayındığına, onun əməli “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinin təsiri altına düşdüyünə görə məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi nəticəsində “Toyota Corolla” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi üçün verilmiş 890,00 manat sığorta məbləği geriyə tələb (subroqasiya) qaydasında məhz cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasına əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumu məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh avtomobilə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi üçün verilmiş 890,00 manat sığorta məbləği və 30,00 manat dövlət rüsumu məbləği tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar