Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № e-2(054)-558/2023 12.09.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Mən, Oğuz Rayon Məhkəməsinin hakimi X3, İddiaçı cavabdehlər X2 və Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: İddiaçı cavabdehlər X2 və Cavabdeh qarşı xx.xx.1998-ci il tarixdə vəfat etmiş əri X1 miras qalmış, ünvan 1 ünvanında yerləşən evin hazırki mümkün bazar qiyməti 100000 manat pulun, evin dəyərinin qanunsuz saxlanılmaqla ona ödənilmədiyi müddətə görə 100000 manat pulun illik 5 faiz olmaqla kompensasiyasının, dövlət rüsumu olaraq ödədiyi 390 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, iddia ərizəsi qaytarılmalıdır. Belə ki, iddiaçı ərizəsində cavabdehlərdən ərindən miras qalmış evin dəyəri olan 100000 manat pulun, habelə evin dəyərinin qanunsuz saxlanılmaqla ona ödənilmədiyi müddətə görə həmin pulun illik 5 faiz olmaqla kompensasiyasının və ödənilmiş 390 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin iddianın qiymətini dəqiq müəyyən etməmiş, yəni 100000 manat pul üçün tələb edilən illik 5 faiz kompensasiyanın hansı tarixdən hesablanmasını və bununla əlaqədar tələb olunan dəqiq məbləği iddia tələbində göstərməmiş, beləliklə tələbə uyğun dövlət rüsumunu da ödəməmişdir. İddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi haqqında qəbzdən göründüyü kimi iddiaçı cəmi 390 manat dövlət rüsumu ödəmiş, həmin məbləğ isə tələb edilən 100000 manat pula adekvat olaraq ödənilən dövlət rüsumu olmaqla, tələb olunan illik 5 faiz kompensasiyaya uyğun dövlət rüsumu ödənilməmişdir. Qeyd olunanlara əsasən iddiaçının nəzərinə çatdırılır ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100000 manatdan ******* manatadək olduqda 390 manat + 100000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə iddia ərizəsində sübutların siyahısı göstərilməmişdir. Bununla da, iddiaçı iddia ərizəsinin qanunla müəyyən edilmiş forma və məzmununa riayət etmədən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149.2 və 149.4-cü maddələrinin məzmununa görə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri ərizədə göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə iddiaçıya bildirilir ki, elektron qaydada məhkəməyə daxil olmuş ərizə araşdırılarkən müəyyən edilmişdir ki, iddia ərizəsinin elektron formasının ilk səhifəsində yalnız bir cavabdehin- Cavabdeh adı qeyd olunmuşdur. Buna görə də gələcəkdə yenidən məhkəməyə müraciət edildiyi təqdirdə həmin xüsusatın nəzərə alınması xahiş olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 152, 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq qərara aldım : İddiaçı cavabdehlər X2 və Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-558/2023
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(054)-558/2023
12.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver