Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № e-2(054)-67/2023 03.07.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X4 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən evə çəkilmiş xərclər və dövlət rüsumu tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı cavabdehdən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaxşılaşdırılmasına sərf edilmiş 6886,35 manat məbləğində pul vəsaitinin və 88,90 manat məbləğində dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, iddiaçı 2012-ci ildə X2 ilə vərəsəlik qaydasında keçmiş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin alqı-satqısı barədə razılaşmışlar. X1 şəxsi əl yazısı ilə tərtib olunmuş və imzaladığı qeydlə iddiaçının ona 5850 manat ödəniş etdiyi təsdiq edilmişdir. Daha sonra iddiaçı cavabdehə poçt vasitəsilə xx.xx.2012-ci ildə 500 manat, daha sonra isə 300 manat pul göndərmişdir.Yazılı razılaşmaya əsasən sözügedən fərdi yaşayış evi üzrə müəyyən edilmiş məbləğ ödənilmədiyi halda ev satılaraq iddiaçı tərəfindən verilmiş məbləğ ona qaytarılmalı idi. İddiaçı evə köçdükdən sonra Lyudmila Batayeva ilə razılaşmaqla hər il evdə yaxşılaşdırma işləri həyata keçirmişdir. 2019-cu ildə Lyudmila Yakovlevna bildirmişdir ki, ailəvi səbəblərdən fərdi yaşayış evi gəlini Cavabdeh adına rəsmiləşdirilmişdir. Lyudmila Yakovlevna bildirmişdir ki, evin qalıq məbləği ödənildikdən sonra ev İbrahimin adına rəsmiləşdiriləcəkdir.Evin yaxşılaşdırılması daha sonra Cavabdeh ilə razılaşdırılmşdır. Beləliklə 2019-cu ildən xx.xx.2022-ci il tarixədək iddiaçı tərəfindən evə 6886,35 manat həcmində vəsait sərf edilmişdir. Əslində ev çox baxımsız vəziyyətdə olmuşdur, iddiaçı evi təmir etməklə normal hala salıb. Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(054)-375/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı və X3 qarşı iddiası təmin edilmiş, cavabdehlərin ailə üzvləri ilə bərabər ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxarılması qət edilmiş, qətnamə qanuni qüvvəsini almış və hazırki iş üzrə məhkəmə iclasları arasında icra edilmişdir, yəni iddiaçı və qeyriləri artıq evi və torpaq sahəsini boşaltmışlar, halbuki cavabdehlə razılaşmaya əsasən ona 33000 manat verməklə evin iddiaçıya satılması barədə müzakirə aparılmışdır. Belə ki, əvvəldən verilmiş məbləğ də daxil olmaqla evin dəyəri təxminən 40000 manatdır. Buna görə də iddiaçı hazırda evin yaxşılaşdırılmasına çəkdiyi məbləği tələb edir. Ekspertiza təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, sözügedən ev ərinin bibisinin mülkiyyətində olub, sonra vəsiyyətnamə yolu ilə ərinə verilib. Əri Rusiya Federasiyasına gedəndə qaynanası Lyudmila Batayeva ona demişdir ki, evi İbrahimin qardaşı Sahibə satır. Buna razılıq verməsə də qaynanası onlardan xəbərsiz iddiaçı və qardaşından 2000 manar beh alıb. Sonra pulun qalan hissəsindən də az-az ödəniş ediblər. Bundan xəbəri olmayıb. Ev və onun yerləşdiyi torpaq sahəsi qanuni əsaslarla Dövlət reyestrində onun adına qeydə alınıb. Evdə bir az təmir işi aparılıb, balaca naves tikilib, amma onun buna razılığı olmayıb. Çəkilən xərc 300-400 manat arasında ola bilər. Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(054)-375/2022 saylı qətnaməsi ilə iddiaçı və qardaşının evdən çıxarılması ilə bağlı iddiası təmin olunub, amma qətnamə icra olunmamışdır. İddiaçı ilə keçən il 35000 manat məbləğə evin ona satılması ilə bağlı razılaşma əldə edilmiş, lakin İbrahim sonra razılaşmanı pomuşdur. Hazırda razılaşmanın mümkün olub-olmadığına söz verə bilmir, çünki əri ilə məsləhətləşməli, onun razılığını almalıdır. Razılaşmanın mümkünlüyünün müəyyən edilməsi üçün həmin məhkəmə iclası təxirə salınmışdır. Məhkəmə növbəti məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilini dinləyib sənədləri araşdıraraq işin hallarını nəzərə almaqla və mübahisəli məsələnin həlli baxımından yaranmış sualların ekspert tərəfindən cavablandırılmasının baxılan iş üçün əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, xx.xx.2023-cü il tarixli, e-2(054)-67/2023 saylı qərardadla məhkəmə-tikinti-texniki ekspertizasının təyin edilməsini məqsədə müvafiq hesab etmiş, işi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərmişdir. Sözügedən iş ekspertin ekspertizanın aparılmasından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli məlumatı əlavə edilməklə məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir. Həmin məlumatla bildirilmişdir ki, xx.xx.2023-cü il saat 11.00-da tədqiqat obyektinə baxışın keçirilməsi ilə əlaqədar iddiaçının nümayəndəsi və vəkili Vəkil ilə telefon əlaqəsi saxlanılarkən o, tərəflərin öz aralarında razılıq əldə etdiklərini əsas gətirməklə baxışda iştirak etməkdən imtina etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil 03 iyul 2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə iddia ərizəsinin baxılmamış saxlanmasını, iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin, ödənilmiş dövlət rüsumunun qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında ərizə təqdim edərək iddiaçı tərəfin işin baxılmamış saxlanması barədə ərizəsinə etiraz etmədiyini, işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi və bu barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini, cavabdehin izahat və ərizəsini, iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh qarşı cavabdehdən evə çəkilmiş xərclər və dövlət rüsumu tələbinə dair iddiası baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-yə ödənilmiş 131 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-67/2023
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(054)-67/2023
03.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver