Məhkəmə qərarları › İş №e-2(055)-1042/2025

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(055)-1042/2025

23.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № e-2(055)-1042/2025 23.07.2025 SAATLI RAYON MƏHKƏMƏSİ X3 İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçının İddiaçı, Cavabdehlər Cavabdeh2, Cavabdeh8, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh11 Qoçəli oğluna, Cavabdeh8, Cavabdeh9, Cavabdeh7, Cavabdeh1, Cavabdeh10, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı torpaq sahəsinin naturada bölünməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh11 Qoçəli oğluna, Cavabdeh8, Cavabdeh9, Cavabdeh7, Cavabdeh1, Cavabdeh10, Cavabdeh3, Cavabdeh4, , Cavabdeh6 və Cavabdeh5 qarşı torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2, Cavabdeh8, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 hər biri ayrı-ayrılıqda iddianın təmin olunmasına etirazları olmadığını bildirdilər. Məhkəmə iddiaçının cə cavabdehlərin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Saatlı Rayon Məhkəməsinin 2(055)-19/2023 nömrəli, 27 dekabr 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar Cavabdeh6, Cavabdeh8, Cavabdeh9 cavabdehlər Cavabdeh11 Qoçəli oğluna, Cavabdeh2, Cavabdeh7, Cavabdeh5, Cavabdeh10, İddiaçı, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddiaya baxılmış və iddia rədd edilmişdir. Həmin qətnamə qanuni qüvəsi almışdır. Qeyd edilənlərdən görünür ki, hazırkı mübahisə üzrə iddiaçı qanuni qüvvəsini almış qətnamə ola-ola yenidən eyni tərəflərə qarşı eyni tələb ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, həmin maddədə iş üzrə icraata xitam verilməsi üçün 3 şərt müəyyən edilmişdir. 1. Mübahisənin eyni tərəflər (cavabdeh və iddiaçı) arasında olması; 2. Mübahisənin eyni predmetlə bağlı olması; 3. Hər iki (əvvəlki və sonrakı) mübahisənin əsaslarının eyni olması. İşin hallarından da göründüyü kimi, əvvəlki mübahisə üzrə cavabdeh olan, hazırki iş üzrə isə iddiaçı yenidən əvvəlki iş üzrə iddiaçı və cavabdeh olan şəxslərə qarşı iddia qaldırmışdır. Həm əvvəlki mübahisə üzrə, həm də yeni mübahisə üzrə mübahisə predmeti eynidir, yəni hər iki iddia tələbi nortaq sahəsininm naturada bölünməsi ilə bağlıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsasla mövcud mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan iddiaçının hazırkı iddia ərizəsinə yenidən baxıla bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh11 Qoçəli oğluna, Cavabdeh8, Cavabdeh9, Cavabdeh7, Cavabdeh1, Cavabdeh10, Cavabdeh3, Cavabdeh4, , Cavabdeh6 və Cavabdeh5 qarşı torpaq sahəsinin naturada bölünməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə qərardad həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar