Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1284/2023 20.12.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçının nümayəndəsi, Bakı Şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin alınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş zərərə görə 20000 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə edərək izahatında göstərdi ki, 2020-ci ilin dekabr ayında cavabdeh hər birinin dəyəri 20 manat olan beton tökərkən istifadə etmək üçün nəzərdə tutulmuş xüsusi təyinatlı 1000 ədəd dəmir dirəyi hər birinin aylıq icarə haqqı 1 manatdan olmaqla, iddiaçıdan icarəyə götürmüşdür. Lakin cavabdeh nə icarəyə götürdüyü dirəklərin icarə haqqını ödəmiş, nə də dirəkləri iddiaçıya geri qaytarmışdır. Bununla bağlı iddiaçının dəfələrlə cavabdehlə əlaqə saxlamağına baxmayaraq, hər dəfə cavabdeh müxtəlif bəhanələrlə icarə haqqını ödəməkdən və icarəyə götürdüyü dirəkləri geri qaytarmaqdan yayınmışdır. Daha sonra isə cavabdeh, ümumiyyətlə, iddiaçının zənglərinə cavab verməmişdir. Buna görə də iddiaçı cavabdehin məsuliyyətə cəlb edilməsi üçün Binəqədi RPİ-nə müraciət etmiş, Binəqədi RPİ tərəfindən aparılan araşdırma zamanı cavabdeh iddia ərizəsində göstərilənləri etiraf etmiş və iddiaçının ona icarəyə verdiyi 1000 ədəd dirəyi sataraq öz ehtiyaclarını ödədiyini bildirmişdir. Buna baxmayaraq Binəqədi RPİ tərəfindən 17 yanvar 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cavabdeh qeyriqanuni hərəkətləri ilə, yəni iddiaçıdan icarəyə götürdüyü dirəkləri ona qaytarmayaraq və həmin dirəkləri sataraq iddiaçıya 20000 manat məbləğində ziyan vurmuşdur. Ona görə də göstərdiklərini nəzərə alaraq, vurulmuş zərərə görə 20000 manat məbləğində pulun, hüquqi yardımın göstərilməsinə görə 150 manat və 150 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş 17 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı 01 fevral 2021-ci il tarixdə Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edərək təxminən 2 ay əvvəl Cavabdeh bir ədədinin bazar dəyəri 20 manat olan beton tökmə zamanı istifadə etmək üçün hər biri 1 manat icarə haqqı olmaqla, 1000 ədəd dəmir dirəkləri verdiyini, Cavabdeh həmin dirəklərə görə 1 aylıq ödəniş etsə də, sonrakı icarə pulunu vermədiyini və dirəkləri başqa şəxsə satdığını bildirmiş, araşdırma zamanı Cavabdeh izahatında İddiaçı zəng edib dəmir dirək lazım olduğunu qeyd etdiyini, sonra onunla Biləcəri qəsəbəsi, Daş bazarı adlanan ərazidə görüşdüyünü, Kamildən 2020-ci ilin dekabr ayının 3-də 1 ədəd dəmir dirəyin aylığı 1 manat olmaq şərti ilə 400 ədəd dəmir dirək icarəyə götürdüyünü, həmin dirəkləri götürdükdən sonra İddiaçı 400 manat icarə pulu verdiyini, bundan 10 gün sonra yenidən Kamildən 600 ədəd dəmir dirək götürüb 600 manat icarə pulu verdiyini, bir müddət sonra ay tamam olduqda 400 manat pulu Kamilə icarə pulu kimi verdiyini, daha sonra işləri alınmadığı üçün həmin dirəkləri “Top.az” saytına qoyaraq 1 ədədini 6 manatdan satdığını, pulu isə öz borclarına verdiyini, onun həmin dirəkləri satmasından İddiaçı xəbəri olmadığını bildirmişdir. İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 697.1-ci maddəsinə görə kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Həmin Məcəllənin 697.2-ci maddəsinə görə əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı və 17 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla müəyyən olundu ki, İddiaçı 2020-ci ilin dekabr ayında Cavabdeh hər birinin dəyəri 20 manat olan beton tökərkən istifadə etmək üçün nəzərdə tutulmuş xüsusi təyinatı 1000 ədəd dəmir dirəyi hər birinin aylıq icarə haqqı 1 manatdan olmaqla, icarəyə vermişdir. Cavabdeh icarəyə götürdüyü 1000 ədəd dirəyin icarə haqqını ilk aylarda ödəsə də, qalan aylarda ödəmədiyini, həmçinin icarəyə götürdüyü dirəkləri iddiaçıya qaytarmadığını və həmin dirəkləri sataraq öz ehtiyacları üçün xərclədiyini etiraf etmişdir. Buradan da göründüyü kimi, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, icarəyə götürdüyü 1000 ədə dəmir dirəyi icarə verənə - iddiaçıya qaytarmamış və həmin əşyaları satmış, nəticədə iddiaçıya hər birinin dəyəri 20 manat olan cəmi 1000 ədəd dəmir dirəyə görə 20000 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə dəymiş ziyanın məbləği ilə bağlı qeyd edir ki, Babayev X2 Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edərkən şikayətində Cavabdeh bir ədədinin bazar dəyəri 20 manat olan 1000 ədəd dəmir dirək icarəyə verdiyini göstərmişdir. Cavabdeh isə araşdırma zamanı verdiyi izahatda iddiaçının ona icarəyə verdiyi dəmir dirəklərin dəyəri ilə bağlı göstərdiklərini, yəni dəmir dirəklərin bir ədədinin bazar dəyərinin 20 manat olmasını mübahisələndirməmiş və iddiaçıdan ümumilikdə 1000 ədəd dəmir dirək icarəyə götürdüyünü, həmin dirəkləri satdığını bildirmişdir. Buna görə də məhkəmə Cavabdeh dəmir dirəklərin dəyəri ilə bağlı hər hansı etirazı olmadığını və dirəklərin dəyəri ilə bağlı halı mübahisələndirmədiyini nəzərə alaraq həmin qərarı dəymiş ziyanın məbləğinin iddiaçının ərizəsində və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatda göstərdiyi kimi hər birinin dəyəri 20 manat olan cəmi 1000 ədəd dəmir dirəyə görə 20000 manat məbləğində olmasını təsdiq edən mötəbər sübut kimi qəbul edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh vurulmuş zərərə görə 20000 manat məbləğində pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 20000 manat alınaraq İddiaçı ödənilməlidir. İşdə olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 150 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 150 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. İddiaçı iddia ərizəsində hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 150 manat pulun cavabdehdən alınaraq ona ödənilməsini tələb etsə də, hüquqi yardıma görə 150 manat ödənildiyini göstərən ödəniş qəbzi və ya hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0, 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər və vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 150 manat məbləğində pul məhkəmə məsrəflərinə daxil olduğu üçün həmin vəsaitin cavabdehdən tutulmaması iddianın qismən təmin edilməsi kimi hesab edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 20000 (iyirmi min) manat alınaraq İddiaçı verilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-1284/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1284/2023
20.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver