Məhkəmə qərarları › İş №e-2(055)-1604/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1604/2025

28.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1604/2025 28.11.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə əsassız varlanmaya səbəb olan qalıq borc üzrə 220,53 ABŞ dolları,, faiz borcu üzrə 4,53 ABŞ dolları (faiz dərəcəsi 5 % olmaqla), cəmi 225,06 ABŞ dolları borcun, 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin Kart mərkəzi ilə Cavabdeh aranızda xx.xx.2024-cü il tarixli, CO0701161 saylı kart hesabının açılması və ödəniş kartından istifadəyə dair müqavilə bağlanmışdır. Müştəri tərəfindən xx.xx.2025-ci il tarixində hesabında vəsait olmadığı halda 16.88 USD vəsaitdən istifadə edilərək, 16.88 USD əsassız olaraq varlanmışdır. Daha sonra xx.xx.2025-ci il tarixində 13.61 USD, xx.xx.2025-ci il tarixində 18.52 USD, xx.xx.2025-ci il tarixində 20.42 USD, xx.xx.2025-ci il tarixində 11.71 USD, xx.xx.2025-ci il tarixində 8.71 USD, xx.xx.2025-ci il tarixində 13.61 USD, xx.xx.2025-ci il tarixində 13.61 USD, xx.xx.2025-ci il tarixində 13.61 USD, xx.xx.2025-ci il tarixində 20.42 USD, xx.xx.2025-ci il tarixində 6.81 USD, xx.xx.2025-ci il tarixində 19.06 USD, xx.xx.2025-ci il tarixində 13.61 USD, xx.xx.2025-ci il tarixində 8.17 USD, xx.xx.2025-ci il tarixində 1.36 USD, xx.xx.2025-ci il tarixində 13.61 USD, xx.xx.2025-ci il tarixində 6.81 USD özünə aid olmayan vəsaitdən istifadə edərək, 220.53 USD əsassız olaraq varlanmışdır. Bankın Yasamal filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh Banka əsassız varlanmaya səbəb olan qalıq borc üzrə 220.53 USD, faiz borcu üzrə 4.53 USD (faiz dərəcəsi 5 % olmaqla), cəmi 225.06 USD borcu mövcuddur. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh 6-2-22/2-39310/2025 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Lakin Cavabdeh müqavilənin şərtlərini pozmuş və üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Cavabdehə kreditin ödənilməsinə dair şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları bildirilmişdir. Lakin ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, CO0701161 saylı müqaviləyə əsasən Bank tərəfindən sonuncuya istifadə etmək üçün ikitərəfli ödəniş kartı buraxılmış, hesablaşmaların aparılması üçün bank hesabları açılmış, kredit limiti ayrılmışdır. İşdə olan 22 sentyabr 2025-ci il tarixli əsassız varlanmanı əks etdirən arayışından görünür ki, xx.xx.2024-cü il tarixli, CO0701161 saylı müqavilə üzrə Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 225,06 ABŞ dolları məbləğində pul vəsaiti, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. İş materialları araşdırılarkən müəyyən olundu ki, "xxxx" ASC-nin Kart mərkəzi ilə Cavabdeh aranızda xx.xx.2024-cü il tarixli, CO0701161 saylı kart hesabının açılması və ödəniş kartından istifadəyə dair müqavilə bağlanmışdır. Müştəri tərəfindən xx.xx.2025-ci il tarixində hesabında vəsait olmadığı halda 16.88 USD vəsaitdən istifadə edilərək, 16.88 USD əsassız olaraq varlanmışdır. Daha sonra xx.xx.2025-ci il tarixində 13.61 USD, xx.xx.2025-ci il tarixində 18.52 USD, xx.xx.2025-ci il tarixində 20.42 USD, xx.xx.2025-ci il tarixində 11.71 USD, xx.xx.2025-ci il tarixində 8.71 USD, xx.xx.2025-ci il tarixində 13.61 USD, xx.xx.2025-ci il tarixində 13.61 USD, xx.xx.2025-ci il tarixində 13.61 USD, xx.xx.2025-ci il tarixində 20.42 USD, xx.xx.2025-ci il tarixində 6.81 USD, xx.xx.2025-ci il tarixində 19.06 USD, xx.xx.2025-ci il tarixində 13.61 USD, xx.xx.2025-ci il tarixində 8.17 USD, xx.xx.2025-ci il tarixində 1.36 USD, xx.xx.2025-ci il tarixində 13.61 USD, xx.xx.2025ci il tarixində 6.81 USD özünə aid olmayan vəsaitdən istifadə edərək, 220.53 USD əsassız olaraq varlanmışdır. Bankın Yasamal filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh Banka əsassız varlanmaya səbəb olan qalıq borc üzrə 220.53 USD, faiz borcu üzrə 4.53 USD (faiz dərəcəsi 5 % olmaqla), cəmi 225.06 USD borcu mövcuddur. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh 6-2-22/2-39310/2025 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Lakin Cavabdeh müqavilənin şərtlərini pozmuş və üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Cavabdehə kreditin ödənilməsinə dair şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməkdən imtina etmişdir. Ona görə də, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 105,8 manat əsas borc, 2,17 manat faiz borcunun, cəmi 107,97 manat məbləğində borc, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 220,53 ABŞ dolları,, faiz borcu üzrə 4,53 ABŞ dolları (faiz dərəcəsi 5 % olmaqla), cəmi 225,06 ABŞ dollar borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 220,53 ABŞ dolları,, faiz borcu üzrə 4,53 ABŞ dolları (faiz dərəcəsi 5 % olmaqla), cəmi 225,06 ABŞ dollar borc alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan 14 oktyabr 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh 220,53 ABŞ dolları,, faiz borcu üzrə 4,53 ABŞ dolları (faiz dərəcəsi 5 % olmaqla), cəmi 225,06 ABŞ dolları (iki yüz iyirmi beş dollar altı sent) pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı, cəmi 30,40 (otuz manat qırx qəpik) manat Cavabdeh alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar