Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-188/2024 02.02.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “VAZ 21041” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 213 manat pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən 22 dekabr 2020-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “DAEWOO BS090»” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “VAZ 21041” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh idarə etdiyi “DAEWOO BS090»” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. Qəza nəticəsində “VAZ 21041” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 213 manat zərər dəymişdir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti dəymiş zərəri aradan qaldıraraq ** BR *** dövlət qeydiyyat nişanlı, “VAZ 21041” markalı nəqliyyat vasitəsinə görə zərər çəkmiş şəxs X2 213 manat sığorta ödənişi həyata keçirmişdir. 01 yanvar 2021ci il tarixli ******* saylı protokol və 01 yanvar 2021-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. 22 dekabr 2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığına görə iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Ona görə də Cavabdeh 213 manat sığorta ödənişinin və 30,40 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 05 fevral 2023-cü il tarixli 093771 saylı sığorta aktından görünür ki, ** TG *** dövlət qeydiyyat nişanlı, “DAEWOO BS090»” markalı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində 22 aprel 2020-ci il tarixdən 22 aprel 2021-ci il tarixədək PAT********** nömrəli icbari sığorta müqaviləsi əsasında sığortalamışdır. 22 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda ** TG *** dövlət qeydiyyat nişanlı, “DAEWOO BS090»” markalı nəqliyyat vasitəsi ilə ** BR *** dövlət qeydiyyat nişanlı, “VAZ 21041” markalı nəqliyyat vasitəsi toqquşmuş və nəticədə zərərçəkmiş şəxsə 213 manat məbləğində ziyan dəymişdir. İşdə olan 10 fevral 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, 05 fevral 2021-ci il tarixli 093771 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1 hesabına 213 manat sığorta ödənişi həyata keçirilmişdir. İşdə olan Binəqədi Rayon Dövlət X3 01 yanvar 2021-ci il tarixli inzibati xəta haqqında İXP ******* saylı protokolunun və inzibati tənbeh vermə haqqında 01 yanvar 2021-ci il tarixli TP ******* saylı qərarının surətindən görünür ki, 22 dekabr 2020-ci il tarixdə ** TG *** dövlət qeydiyyat nişanlı, “DAEWOO BS090»” markalı nəqliyyat vasitəsinin törətdiyi yol-nəqliyyat hadisəsinə görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İşdə olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Cavabdeh 22 dekabr 2020-ci il tarixdə ** TG *** dövlət qeydiyyat nişanlı, “DAEWOO BS090»” markalı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmiş və ** BR *** dövlət qeydiyyat nişanlı, “VAZ 21041” markalı nəqliyyat vasitəsinə zərər vurmuşdur. İşdə olan nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, zədələnmiş ** BR *** dövlət qeydiyyat nişanlı, “VAZ 21041” markalı nəqliyyat vasitəsinin ehtiyat hissələrinin qiyməti 10 manat, görülən işlər 83 manat, rəngsaz işi 120 manat, cəmi 213 manat təşkil edir. İşdə olan icbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması barədə çıxarışdan görünür ki, hadisə baş verdiyi tarixdə, yəni 22 dekabr 2020-ci il tarixdə Cavabdeh idarə etdiyi ** TG *** dövlət qeydiyyat nişanlı, “DAEWOO BS090»” markalı nəqliyyat vasitəsinin sığortaçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalanması barədə müqavilə qüvvədə olmuşdur. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1 və 25.1.3cü maddələrinə əsasən sığortaçının mülki məsuliyyətinin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materialları araşdırılarkən müəyyən olundu ki, PAT********** nömrəli icbari sığorta müqaviləsi əsasında ** TG *** dövlət qeydiyyat nişanlı, “DAEWOO BS090»” markalı nəqliyyat vasitəsi 22 aprel 2020-ci il tarixdən 22 aprel 2021-ci il tarixədək İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. Sığorta müddətində (22 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda) Cavabdeh həmin nəqliyyat vasitəsini idarə edərkən ** BR *** dövlət qeydiyyat nişanlı, “VAZ 21041” markalı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə həmin nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Qeyd olunan yolnəqliyyat hadisəsinə görə Binəqədi Rayon Dövlət X3 inzibati tənbeh vermə haqqında 01 yanvar 2021-ci il tarixli TP ******* saylı qərarına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsi törətməsi və həmin vaxt hadisə yerindən yayınmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 cə 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. Dəymiş maddi ziyana görə 213 manat sığorta ödənişi İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilmişdir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti mülki məsuliyyətin icbari sığortası üzrə subroqasiya hüququ yarandığını əsas tutaraq Cavabdeh 213 manat məbləğində verilmiş sığorta ödənişini tələb edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, baş vermiş yol nəqliyyat hadisəsinə görə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ödədiyi 213 manat sığorta ödənişini Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək subroqasiya qaydasında Cavabdeh 213 manat sığorta ödənişi alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan 26 dekabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 213 (iki yüz on üç) manat sığorta ödənişi alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-188/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-188/2024
02.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver