Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-5/2025 08.10.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh16, Cavabdeh11, Cavabdeh9, Cavabdeh13, Cavabdeh5, Cavabdeh10, Cavabdeh4, Cavabdeh14, Cavabdeh6, Cavabdeh15, Cavabdeh12, Cavabdeh3, Cavabdeh2, Cavabdeh8, Cavabdeh1, Cavabdeh17 və Cavabdeh7 qarşı torpağın naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh16, Cavabdeh11, Cavabdeh9, Cavabdeh13, Cavabdeh5, Cavabdeh10, Cavabdeh4, Cavabdeh14, Cavabdeh6, Cavabdeh15, Cavabdeh12, Cavabdeh3, Cavabdeh2, Cavabdeh8, Cavabdeh1, Cavabdeh17 və Cavabdeh7 qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək, Saatlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 saylı qərarına əsasən ona dölət tərəfindən ayrılmış Saatlı rayonu Dəllər kəndində yerləşən 0,83 ha torpaq sahəsinin naturada bölünməsi və aatlı rayonu Dəllər kəndində yerləşən evə istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən çıxarışa əsasən 0,83 ha torpaq sahəsinin onun payına düşən 7/112 hissəsinin naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********96- 10301 olan çıxarışa əsasən Saatlı rayonu, Dəllər kəndində yerləşən, sahəsi 0,83 ha olan torpaq sahəsinin 7/112 hissəsi onun mülkiyyətindədir. Həmin torpaq sahələrindən öz istədiyi kimi istifadə edə bilmədiyindən hazırda həmin torpaq sahələrinin naturada bölünməsini istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh16, Cavabdeh11, Cavabdeh9, Cavabdeh13, Cavabdeh5, Cavabdeh10, Cavabdeh4, Cavabdeh14, Cavabdeh6, Cavabdeh15, Cavabdeh12, Cavabdeh3, Cavabdeh2, Cavabdeh8, Cavabdeh1, Cavabdeh17 və Cavabdeh7 məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iddiaçının və cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********96-10301 olan çıxarışa əsasən Saatlı rayonu, Dəllər kəndində yerləşən, sahəsi 0,83 ha olan torpaq sahəsinin 7/112 hissəsi İddiaçı mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyul 2025-ci il tarixli, 10/4097 nömrəli ekspert rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********96-10301 olan çıxarışa əsasən Saatlı rayonu, Dəllər kəndində yerləşən 0,83 ha olan torpaq sahəsinin İddiaçı payına düşən 7/112 hissəsinin təcrid olunmuş şəkildə naturada bölgüsü mümkündür və iddiaçının payına düşən torpaq sahəsi 0,05187 ha olmaqla naturada ayrılan hissənin koordinatları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. Məhkəmə, işdə olan materialları araşdırıb belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ödənilməsi hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən çıxarışa əsasən Saatlı rayonu, Dəllər kəndində yerləşən 0,83 ha olan torpaq sahəsinin payına düşən 7/112 hissəsidən istədiyi kimi istifadə edə bilmədiyindən payının naturada ayrılmasını tələb edir. İddiaçının payına düşən torpaq sahəsinin naturada ayrılmasının mümkünlüyü isə ekspert rəyi ilə bir daha təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı hesab olunaraq təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********96-10301 olan çıxarışa əsasən Saatlı rayonu, Dəllər kəndində yerləşən 0,83 ha olan torpaq sahəsinin İddiaçı payına düşən 7/112 hissəsi mütəxəssis tərəfindən tərtib edilmiş yerqurulu planında əks olunan qaydada təcrid olunmuş şəkildə naturada bölünməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə edilmiş mütəxəssis rəyinin verilməsinə dair smetadan görünür ki, tədqiqatın dəyəri 95 manat təşkil etmişdir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı ödədiyi 50 manat dövlət rüsumu və mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş 95 manat xərc, cəmi 145 manat cavabdehlərdən müştərək qaydada tutulub iddiaçının, ekspertiza tədqiqinin dəyəri olan 50 manat isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********96-10301 olan çıxarışa əsasən Saatlı rayonu, Dəllər kəndində yerləşən 0,83 ha olan torpaq sahəsinin İddiaçı payına düşən 7/112 hissəsi mütəxəssis tərəfindən tərtib edilmiş yerqurulu planında əks olunan qaydada təcrid olunmuş şəkildə naturada bölünsün. İddiaçı ödədiyi 50 manat dövlət rüsumu və mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş 95 manat xərc, cəmi 145 (bir yüz qırx beş) manat cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı xeyrinə ödənilsin. Ekspertiza tədqiqinin dəyəri olan 50 (əlli) manat cavabdehlərdən müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamə müvafiq dövlət orqanında qeydin aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-5/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-5/2025
08.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver