Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-510/2025 19.05.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 9380,3 manat əsas borcun, 1008 manat cərimə borcunun və 121,16 manat ödənilmiş dövlət rüsumunun, cəmi 10509,46 manat pulun alınaraq İddiaçı xeyrinə ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı iddiaçı AQRO-AZ” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ilə cavabdeh (fermer) Cavabdeh arasında bağlanmış xx.xx.2023- cü il tarixli 163 saylı 2024-cü il üzrə xam pambığın istehsalı və tədarükünə dair müqaviləyə əsasən cavabdeh öhdəsində olan 5 hektar torpaq sahəsində pambıq əkməsini üzərinə götürmüşdür. Müqavilənin 2.1 və 2.2ci bəndlərinə əsasən İddiaçı MMC tərəfindən CavabdehMalik oğluna toxumluq çiyid, nağd pul və digər vasitələr üzrə ümumilikdə 9380,3 manatvəsait verilmişdir. Müqavilənin 2.6, 2.7, 2.8-ci bəndlərinə əsasən cavabdeh torpağın şumlanmasından başlayaraq pambığın əkilib-becərilməsi və yığılmasınadək bütün aqrotexniki tədbirləri vaxtında, keyfiyyətlə aparmasını, hər hektardan minimum 30 sentner yüksək keyfiyyətli xam pambıq istehsal etməsini, İddiaçı MMC-dən aldığı nağd pul avansını, habelə hər hansı formada göstərilən xidmətlərin dəyərini istehsal etdiyi xam pambıqla 01 noyabr 2024-cü il tarixinədək tam ödəməsəni öhdəsinə götürmüsdür. Yığım mövsümü başa çatmasına baxmayaraq cavabdeh müqavilə şərtlərini tam icra etməmiş və onun iddiaçıya 9380,3manat borcuqalmışdır. Cavabdehin iddiaçıya 9380,3 manat borclu qalmasını sübut edən hesablaşma və digər sənədlər iddia ərizəsinə əlavə edilmişdir. Müqavilənin 3.4-cü bəndinə əsasən “Fermer” (nümayəndə) üzərinə götürdüyü öhdəliklərdən az miqdarda xam pambıq verərsə, ödənilməyən xam pambığın dəyərinin 5% miqdarında “Cəmiyyət”ə (zavoda) cərimə odəməlidir. Cavabdeh15000 kq xam pambıq təhvil verməli olduğu halda1525 kq xam pambıq təhvil vermiş və nəticədə 13475 kq az xam pambıq təhvil vermişdir. Cavabdehin təhvil verilməyən xampambığa görə iddiaçıya 539 manat cərimə borcu yaranmışdır (13475 kq x 0,80 AZN (xam pambığın 1 kq dəyəri) = 10780 AZN x 5% = 539 AZN). Müqavilənin 3.5-ci bəndinə əsasən “Fermer” (nümayəndə) müqavilə ilə “Cəmiyyət”dən (zavoddan) aldığı avansı pul şəklində ödədikdə, həmin vəsaitin 5% miqdarında cərimə ödəməlidir. Həmin cərimənin məbləği 469 manat təşkil etmişdir (9380,3 AZN x 5% = 469 AZN). Müqavilə üzrə cavabdehin İddiaçı MMC-yə 9380,3 manat əsas, 1008 manat cərimə, cəmi 10388,3 manat borcu yaranmışdır. Mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi üçün cavabdehə xx.xx.2025-ci il tarixli 024 saylıpretenziya məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın etiraf edilməsi barədə ərizə təqdim edərək izahatında göstərdi ki, İddiaçı ona qarşı pul tələbi barədə iddiasını tam şəkildə qəbul edir və təmin edilməsinə etirazı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə baxışı zamanı cavabdeh iddianı etiraf etdiyindən və bu etiraf məhkəmə tərəfindən təsdiq olunduğundan iddiaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 121,16 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 121,16 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 9380,3 manat əsas borc, 1008 manat cərimə borcu, 121,16 manat ödənilmiş dövlət rüsumu, cəmi 10509,46 manat pul alınaraq İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 9380,3 manat əsas borc, 1008 manat cərimə borcu, 121,16 manat ödənilmiş dövlət rüsumu, cəmi 10509,46 (on min beş yüz doqquz manat qırx altı qəpik) manat pul alınaraq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-510/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-510/2025
19.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver