Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-58/2024 29.04.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı avadanlıqların geri qaytarılması və pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təkər təmiri avadanlıqları, yəni dəyəri 2500 manat olan 1 ədəd təkər çıxaran, dəyəri 1000 manat olan 1 ədəd kompressor, dəyəri 300 manat olan 1 ədəd tapança və nabor, dəyəri 20 manat olan 1 ədəd təkər açan, dəyəri 60 manat olan 1 ədəd 20 metr ölçüdə rezin boru, dəyəri 30 manat olan 1 ədəd hava təzyiqi ölçən aparat, dəyəri 60 manat olan 1 ədəd reklam lövhəsi, dəyəri 30 manat olan 1 ədəd balans aparatının yükü (100 qram) və dəyəri 4000 manat olan 1 ədəd balans aparatı, həmin avadanlıqlar olmadıqda dəyəri olan 8000 manat pulun, ödənilməmiş icarə haqqı məbləği olan 1150 manat pulun və əmlakın cavabdehin qanunsuz sahibliyində qaldığı müddət ərzində vurulmuş zərərin əvəzi olaraq xx.xx.2023cü il tarixindən başlayaraq əmlakların iddiaçının sahibliyinə veriləcəyi günədək hər ay üçün 230 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclası zamanı İddiaçı nümayəndəsi X2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək təkər təmiri avadanlıqları, yəni dəyəri 1800 manat olan 1 ədəd təkər çıxaran,dəyəri 700 manat olan 1 ədəd kompressor, dəyəri 250 manat olan 1 ədəd tapança və nabor, dəyəri 15 manat olan 1 ədəd təkər açan, dəyəri 60 manat olan 1 ədəd 20 metr ölçüdə rezin boru, dəyəri 25 manat olan 1 ədəd hava təzyiqi ölçən aparat, dəyəri 30 manat olan 1 ədəd balans aparatının yükü (100 qram) və dəyəri 4000 manat olan 1 ədəd balans aparatı, həmin avadanlıqlar olmadıqda və ya saz vəziyyətdə olmadıqda dəyəri olan 6380 manat pulun,xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək ödənilməmiş icarə haqqı məbləği olan 1150 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, iddiaçının iddia ərizəsində göstərdiyi təkər təmiri avadanlıqları, yəni dəyəri 1800 manat olan 1 ədəd təkər çıxaran,dəyəri 700 manat olan 1 ədəd kompressor, dəyəri 250 manat olan 1 ədəd tapança və nabor, dəyəri 15 manat olan 1 ədəd təkər açan, dəyəri 60 manat olan 1 ədəd 20 metr ölçüdə rezin boru, dəyəri 25 manat olan 1 ədəd hava təzyiqi ölçən aparat, dəyəri 30 manat olan 1 ədəd balans aparatının yükü (100 qram) və dəyəri 4000 manat olan 1 ədəd balans aparatı 15 iyul 2022-ci il tarixli müqavilə əsasında Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində X5 tərəfindən özünüməşğulluğa kömək məqsədilə iddaçıya verilmişdir.Lakin iddiaçı səhhətində olan problemlərə görə bu işi təkbaşına görə bilmədiyi üçün həmin avadanlıqlar xx.xx.2022-ci il tarixli, 22\1 saylı icarə müqaviləsi əsasında ayı 230 manat olmaqla cavabdehə icarəyə verilmişdir. Lakin cavabdeh xx.xx.2023-cü il tarixədək icarə haqqını ödəsə də, müqavilənin şərtlərini pozaraq nə qalan icarə haqqını tam şəkildə ödəmiş, nə də ki avadanlıqları geri qaytarmışdır. İddiaçı da məcbur qalıb hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, təkər təmiri avadanlıqlarının dəyərinin 2200 manat olması barədə cavabdehin mövqeyi ilə razı deyil. Cavabdehin avadanlıqların qiyməti ilə bağlı düzgün olmayan məlumat verməsi ekspert rəyi ilə bir daha sübut olunmuşdur. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hazırkı məhkəmə baxış iclasında iştirak etməsə də, məhkəmə hazırlıq iclası zamanı Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi təkər təmiri avadanlıqlarını iddiaçıdan icarəyə deyil, 2200 manata birdəfəlik almışdır. Həmin məbləğdən də hissə-hissə olmaqla 1540 manat ödəmiş, hazırda 660 manat borcu qalmışdır.Odur ki, təkər təmiri avadanlıqlarının dəyərinin 8000 manat təşkil etməsi ilə razı deyil.Çünki məbləğ şişirdilmişdir.Həmçinin bildirir ki, həmin avadanlıqlar onun tərəfindən 2200 manata artıq başqa şəxsə satılmışdır. İşdə olan Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində X3 Mərkəzi Mühasibatlıq və Təyinat Filialının özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair 15 iyul 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, təkər təmiri avadanlıqları özünüməşğulluğa kömək məqsədilə İddiaçı verilmişdir. İşdə olan daşınan əmlakın icarəyə verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, 22\1 saylı müqavilədən görünür ki, icarəyə verən İddiaçı təkər təmiri avadanlıqlarını aylıq 230 manat pul müqabilində icarəçi adlanan Cavabdeh icarəyə vermişdir. İşdə olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, icarəyə verən İddiaçı 1 ədəd təkər çıxaran, 1 ədəd kompressor, 1 ədəd tapança və nabor, 1 ədəd təkər açan, 1 ədəd 20 metr ölçüdə rezin boru, 1 ədəd hava təzyiqi ölçən aparat, 1 ədəd reklam lövhəsi, 1 ədəd balans aparatının yükü (100 qram) və 1 ədəd balans aparatını icarəçi adlanan Cavabdeh təhvil vermişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2024-cü il tarixli 9/734 nömrəli ekspert rəyindən görünür ki, mülki iş materialında və qərardadda göstərilən 8 adda təkər təmiri avadanlıqlarının orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq nəzəri qaydada orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 6380 manat müəyyən edilir. Digər 1 adda mal haqqında kifayət qədər məlumat (ölçüləri) olmadığından həmin mal üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan materialları hərtərəfli araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 700.1-700.2-ci maddələrinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Göründüyü kimi işin əsas mübahisəli halı ondan ibarətdir ki, iddiaçı tələb olunan əmlakları icarə müqaviləsi əsasında cavabdehə icarəyə verdiyini, cavabdeh isə həmin əmlakları iddiaçıdan 2200 manata birdəfəlik aldığını, həmin məbləğdən də hissə-hissə olmaqla 1540 manat ödədiyini və hazırda 660 manat borcu qaldığını göstərir. Lakin cavabdeh bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan hissədə sübutetmə yükü cavabdehin üzərinə düşsə də, cavabdeh öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Əksinə, işdə olan daşınan əmlakın icarəyə verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, 22\1 saylı müqavilədən görünür ki, icarəyə verən İddiaçı təkər təmiri avadanlıqlarını aylıq 230 manat pul müqabilində icarəçi adlanan Cavabdeh icarəyə vermişdir. Odur ki, məhkəmə cavabdehin qeyd olunan dəlilini əsassız hesab edir. Tələb olunan əmlakların qiymətinə gəlincə, cavabdeh məhkəmə hazırlıq iclasında iştirak edən zaman izahatında təkər təmiri avadanlıqlarının dəyərinin şişirdildiyini göstərmiş və həmin avadanlıqların onun tərəfindən 2200 manata başqa şəxsə satıldığını bildirmişdir. Cavabdehin qeyd olunan dəlinə münasibətdə məhkəmə qeyd edir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2024-cü il tarixli 9/734 nömrəli ekspert rəyinə əsasən həmin təkər təmiri avadanlıqlarının orta bazar qiyməti təxminən 6380 manat müəyyən edilmişdir. Məhkəmə diqqətə çatdırır ki, MPM-in 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın və bilə-bilə yalan rəy verməyə görə CM-nin 297-ci maddəsi ilə cinayət məsuliyyəti daşıması barədə xəbərdar edilmiş ekspertin rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2024-cü il tarixli 9/734 nömrəli saylı rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbinin əsaslılığı iddiaçının nümayəndəsinin izahatı və işdə olan digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə cavabdehin göstərdiklərini tələbdən yayınmaq üçün özünü müdafiə halı kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh təkər təmiri avadanlıqları, yəni dəyəri 1800 manat olan 1 ədəd təkər çıxaran, dəyəri 700 manat olan 1 ədəd kompressor, dəyəri 250 manat olan 1 ədəd tapança və nabor, dəyəri 15 manat olan 1 ədəd təkər açan, dəyəri 60 manat olan 1 ədəd 20 metr ölçüdə rezin boru, dəyəri 25 manat olan 1 ədəd hava təzyiqi ölçən aparat, dəyəri 30 manat olan 1 ədəd balans aparatının yükü (100 qram) və dəyəri 3500 manat olan 1 ədəd balans aparatı saz vəziyyətdə alınaraq İddiaçı verilməli, həmin avadanlıqlar olmadıqda və ya saz vəziyyətdə olmadıqda isə avadanlıqların dəyəri olan 6380 manat və 06 mart 2023-cü ildən 06 avqust 2023-cü il tarixədək ödənilməmiş icarə haqqı məbləği olan 1150 manat cavabdehdən alınaraq İddiaçı xeyrinə ödənilməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı 111.50 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 111.50 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməli, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul isə cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh təkər təmiri avadanlıqları, yəni dəyəri 1800 manat olan 1 ədəd təkər çıxaran, dəyəri 700 manat olan 1 ədəd kompressor, dəyəri 250 manat olan 1 ədəd tapança və nabor, dəyəri 15 manat olan 1 ədəd təkər açan, dəyəri 60 manat olan 1 ədəd 20 metr ölçüdə rezin boru, dəyəri 25 manat olan 1 ədəd hava təzyiqi ölçən aparat, dəyəri 30 manat olan 1 ədəd balans aparatının yükü (100 qram) və dəyəri 3500 manat olan 1 ədəd balans aparatı saz vəziyyətdə alınaraq İddiaçı verilsin. Həmin avadanlıqlar olmadıqda və ya saz vəziyyətdə olmadıqda avadanlıqların dəyəri olan 6380(altı min üç yüz səksən) manat Cavabdeh alınaraq İddiaçı verilsin. 06 mart 2023-cü ildən 06 avqust 2023-cü il tarixədək ödənilməmiş icarə haqqı məbləği olan 1150(bir min bir yüz əlli) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 111(bir yüz on bir) manat 50(əlli) qəpik Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50(əlli) manat pul Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Əsli ilə düzdür İş № 2(055)-58/2024 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 29 aprel 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı avadanlıqların geri qaytarılması və pul tələbinə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh təkər təmiri avadanlıqları, yəni dəyəri 1800 manat olan 1 ədəd təkər çıxaran, dəyəri 700 manat olan 1 ədəd kompressor, dəyəri 250 manat olan 1 ədəd tapança və nabor, dəyəri 15 manat olan 1 ədəd təkər açan, dəyəri 60 manat olan 1 ədəd 20 metr ölçüdə rezin boru, dəyəri 25 manat olan 1 ədəd hava təzyiqi ölçən aparat, dəyəri 30 manat olan 1 ədəd balans aparatının yükü (100 qram) və dəyəri 3500 manat olan 1 ədəd balans aparatı saz vəziyyətdə alınaraq İddiaçı verilsin. Həmin avadanlıqlar olmadıqda və ya saz vəziyyətdə olmadıqda avadanlıqların dəyəri olan 6380(altı min üç yüz səksən) manat Cavabdeh alınaraq İddiaçı verilsin. 06 mart 2023-cü ildən 06 avqust 2023-cü il tarixədək ödənilməmiş icarə haqqı məbləği olan 1150(bir min bir yüz əlli) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 111(bir yüz on bir) manat 50(əlli) qəpik Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50(əlli) manat pul Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-58/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-58/2024
29.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver