Məhkəmə qərarları › İş №e-2(055)-608/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-608/2025

21.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-608/2025 21.05.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının aktibi X4, İddiaçı Oqtay oğlunun nümayəndəsi-vəkili Vəkil, Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Oqtay oğlunun cavabdeh Saatlı rayon notariat ofisinə qarşı ("xxxx" ASC və Saatlı rayon İcra və Probasiya şöbəsi üçüncü şəxs qismində cəlb edilməklə) icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Oqtay oğlunun nümayəndəsi-vəkili Vəkil cavabdeh Saatlı rayon notariat ofisinə və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayon notariat ofisi tərəfindən verilmiş 30 sentyabr 2024-cü il tarixli 8İ-4012 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi-vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək "xxxx" ASC-nin cavadeh qismində iştirakına xitam verilməsi və onun üçüncü şəxs qismində işə cəlb olunmasını, eyni zamanda Saatlı rayon İcra və Probasiya şöbəsinin üçüncü şəxs qismində işə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə "xxxx" ASC-nin cavadeh qismində iştirakına xitam verilməsi, onun və Saatlı rayon İcra və Probasiya şöbəsinin üçüncü şəxs qismində işə cəlb olunması barədə qərar qəbul etmişdir. Məhkəmə baxışında İddiaçı Oqtay oğlunun nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə edərək göstərdi ki, Saatlı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 8İ-4012 nömrəli icra qeydinə əsasən İddiaçı 24611,59 manat alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Lakin son günlərdə İddiaçı Saatlı Rayon İcra və Probasiya şöbəsində barəsində 24611, 59 manat pul vəsaitinin tutulması barədə icra qeydinin olması barədə məlumatı olmuş və ona tələbi könüllü icra etməsi barədə 10 gün könüllü icra müddəti verilir. Halbuki, iddiaçının belə bir icra qeydinin verilə biləcəyi barədə məlumatı olmamış, nə, Saatlı rayon notariat ofisinin notariusu tərəfindən nə də, cavabdeh "xxxx" ASC oğlu tərəfindən ona belə bir məlumat verilməmişdir. O belə bir tələbin olduğu barədə xx.xx.2025-ci il tarixdə məlumatı olmuşdur. Saatlı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 8İ-4012 nömrəli icra qeydi tam əsassız və qanunvericiliyin normaları kobud şəkildə pozuldumaqla açılmış və aidiyyəti üzrə icra şöbəsinə göndərilmişdir. Hesab edirik ki, icra qeydi məhkəmə qaydasında ləğv olunmalıdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinin pozulması “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-ci maddəsinə əsasənborcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bildiririk ki, cavabdeh Saatlı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 8İ-4012 nömrəli “İcra qeydi” tərtib olunan zaman qanunun 76-cı maddəsinin tələbləri pozulmuşdur. Belə ki, qanunda imperativ qayda da göstərilmişdir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Lakin cavabdeh "xxxx" tərəfindən belə bir məktub iddiaçıya göndərilməmiş, onun tərəfindən belə bir məktub qəbul edilməmişdir. Həmçinin o icra qeydi tərtib olunan zaman cavabdeh Saatl; rayon notariat ofisinin xüsusi notariusu tərəfindən nə poçt, nə də zəng vasitəsilə məlumatlandırılmamış icra qeydinin tərtibindən xəbərsiz olmuşdur. Qeyd edilən hal cavabdehlər tərəfindən nəzərə alınmamış və bu hallar qanunvericiliyin normalarının pozulması ilə xarakterizə olunmaqdadır. Notariat Ofisinin xüsusi notariusu tərəfindənAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın(bundan sonra-Təlimat) 162- ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı,eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki,icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə,aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Bundan əlavə, cavabdeh xüsusi notarius borcun ödənilməsi barədə iddiaçıya (borc alana) yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək yalnız kredit sazişiniə əsaslanmaqla həmin kredit sazişi üzrə yoxlama aparmadan əsassız icra qeydi aparmışdır. Həmçinin Təlimatda göstərilmişdir ki, müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Bundan əlavə müqavilənin 6-cı bəndində “Borc verən” müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təstiq etməli olduğu göstərilsədə cavabdeh Turan Bank ASC cavabdeh notariusa icra qeydinin verilməsi barədə müraciət etdiyi zaman borc verdiyi pul vəsaitinin qaytarılması barədə hər hansı bir məlumat verməmiş, bununlada iddiaçıdan reallığı əks etdirməyən məbləğin tutulaması barədə icra qeydinin açılmasına nail olmuşdur. Notariat Ofisinin xüsusi notariusu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın(bundan sonra-Təlimat) 161- ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Təlimatda göstərilir ki, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Daha sonra gösətrilir ki, notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Həmçinin təlimatda tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməli olduğu göstərilir. Lakin cavabdehin belə bir müraciəti iddiaçıya olmamış, hər hansı bir xəbərdarlıq edilməmiş, 20 gün müddət verilməmiş, pul vəsaitinin hissə-hissə ödənilməsinə baxmayaraq əsassız olaraq Saatlı rayon notariat ofisinin xüsusi notariusuna müraciət etmiş, notarius tərəfindən isə icra qeydi açılmışdır. Bununla da iddiaçının hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Etirazın dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, bankın etirazında qeyd etdiyi ödənişləri iddiaçı etməmişdir. O ödənişləri zaminlərdən hansısa ödəmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxışında üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat verərək göstərdir ki, İddiaçı tərəfindən cavabdehler TuranBank ASC vǝ Saatlı Rayon Notariat Ofisinə qarşı "icra qeydinin ləğv edilməsi tələbinə dair" verdiyi iddia ərizəsi üzrə iş Sizin icraatınızdadır. Həmin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, nə Saatlı Rayon Notariat Ofisi tərəfindən, nə də TuranBank ASC tərəfindən icra qeydi ilə bağlı heç bir məlumat verilməmiş və həmin icra qeydi barədə məlumatı yalnız xx.xx.2025-ci il tarixdə əldə etmişdir. Məhkəmənin diqqətinə çatdırırıq ki, tərəfimizdən xx.xx.2024-cü il tarixdə İddiaçı və onunla bağlanılmış kredit müqaviləsinin təminatı olaraq zaminlərə "icra qeydinin aparılacağı barədə" bildiriş göndərilmişdir. (Poçt qəbzləri əlavə olunur). Bundan əlavə qeyd etmək lazımdır ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(055)- 272/2024 saylı Qərardadı ilə İddiaçı məxsus “BMW 4301 markalı”, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimatı təmin olunmuşdur. Həmin Qərardad da borclu şəxsə məhkəmə tərəfindən çatdırılmışdır. Göründüyü kimi şəxsin bu məlumatlardan xx.xx.2025-ci il tarixdə xəbərinin olması tamamilə yalandır və icra sənədinin icra olunmaması üçün vaxt əldə etmək məqsədi daşıyır. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)- 2843/2024 saylı Qərarına əsasən icra qeydi aşağıdakı hallarda aparılır. 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Həmin Qərarda qeyd olunmuşdur ki, tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana "Poçt haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Eyni zamanda, əldə etdikləri məlumata əsasən, borcalanın digər şəxslərə xeyli miqdarda borcu olmuş və həmin borcların ödənilməsindən yayınmaq üçün ölkəni tərk etmişdir. Həmçinin, borclu İddiaçı tərəfindən icra qeydinin aparıldığı tarixdən sonrakı tarixlərdə ( xx.xx.2024-cü il-1200 AZN xx.xx.2024-cü il-500 AZN; xx.xx.2024-cü il- 400 AZN; xx.xx.2025-ci il - 500 AZN; xx.xx.2025-ci il - 500 AZN və xx.xx.2025-ci il - 200 AZN) müxtəlif vaxtlarda bir neçə dəfə ödəniş edilmişdir. (Hesabdan çıxarış etiraza əlavə olunur). Bu isə o deməkdir ki, borclu borcunu qəbul etmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı Oqtay oğlu, cavabdeh Saatlı rayon notariat ofisinin, üçüncü şəxs Saatlı rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişlər. Saatlı rayon notariat ofisinin xüsusi notariusu məhkəməyə məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı Oqtay oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli MK-523259/23 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı Oqtay oğluna 36 ay müddətinə illik 20 % olmaqla 25000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, X8, X5 və X12 xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən kredit alan (İddiaçı Oqtay oğlu) müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı Oqtay oğlunun "xxxx" ASC-yə 19905,04 manat əsas borcu, 542,61 manat faiz borcu, 4163,94 manat cərimə borcu vardır. İş materiallarında olan Saatlı rayon notariat ofisinin xüsusi notariusu tərəfindən aparılmış 8İ-4012 saylı, 30 sentyabr 2024-cü il tarixli İcra qeydindən görünür ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə İddiaçı və X2 MK-523259/23 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 20447,65 (iyirmi min dörd yüz qırx yeddi manat altmış beş qəpik) manat tutulmuşdur. Bundan əlavə, borclu İddiaçı və X2 4163,94 (dörd min yüz altmış üç manat doxsan dörd qəpik) manat məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat (iyirmi beş) manat məbləğində dövlət rüsumu olmaqla cəmi 24636,59 (iyirmi dörd min altı yüz otuz altı manat əlli doqquz qəpik) manat pul tutulmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı Oqtay oğluna, X6, X3 və X9 ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, "xxxx" ASC ilə İddiaçı Oqtay oğlu arasında bağlanmış xx.xx.2023-ci il tarixli, No MK-523259/23 saylı kredit müqaviləsinə əsasən ona illik faiz dərəcəsi 20% olmaqla, 36 ay müddətinə 25.000 AZN (iyirmi beş min manat) məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən Borcalan bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə əsas borcun qalığına illik 20% olmaqla cərimə faizi ödəyir. Müqavilə üzrə xx.xx.2024-cü il tarixə "xxxx" ASC-yə 19905.04 AZN (on doqquz min doqquz yüz beş manat dörd qəpik) esas, 542.61 AZN (beş yüz qırx iki manat altmış bir qepik) faiz, 4163.94 AZN (dörd min yüz altmış üç manat doxsan dörd qəpik) cərimə borcu olmaqla, cəmi borcu 24611.59 (iyirmi dörd min altı yüz on bir manat elli doqquz qəpik) məbləğində borcu 3 (üç) gün müddətində ödəmək tələb olunur. Borc 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını temin etmek üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius terefinden icra qeydi aparılacaqdır. İş materiallarında olan sürətli poçt daşıma xidmətinin poçt qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişlər İddiaçı Oqtay oğluna münasibətdə “qapı bağlıdır” əsası ilə, X6 münasibətdə “bu ünvanda yaşamır” əsası ilə, X3 münasibətdə “imtina” əsası ilə və X9 münasibətdə “ünvanda yaşamır” əsası ilə geri qayıtmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin-vəkilnin və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıb-qaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti bu Təlimatın 169- 1-ci hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Təlimatın 162-ci bəndinə əsasən icra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı” 1-1-ci bəndinə əsasən İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Qanunvericiliyin tələblərinə əsasən, tələbkar tərəfindən icra qeydinin aparılcağı barədə bildirişin borclunun və digər şəxsin ünvanına sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi, habelə bildirişin müvafiq reyestrdə qeydə alınması müəyyən edildiyi zaman aparıla bilər. Göründüyü kimi qanunvericilik bəzi tələblər, o cümlədən, banklar və digər kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə yaranmış borcların qaytarılması tələbləri üzrə məhkəmədən kənar sadələşdirilmiş qayda – notarius tərəfindən icra qeydi verilməklə tələbin icraya yönəldilməsi qaydasını müəyyən etsə də, borcluların hüquqlarını və qanunla qorunan mənafelərini nəzərə alaraq belə icra qeydlərinin verilməsinə bir sıra ciddi tələblər irəli sürmüş və borclulara həmin qeydləri və borcun məbləğini məhkəmədə mübahisələndirmək imkanı vermişdir. Bu cür mübahisələrə məhkəmələr tərəfindən baxılarkən icra qeydinin verilməsi zamanı tələbkarlar və notariuslar tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə düzgün riayət edilib-edilmədiyinə, o cümlədən, borcun mübahisəsiz olduğunun notarius tərəfindən yoxlanıldığına, tələb üzrə iddia müddətinin keçdiyinə, tələbkarın müəyyən edilmiş qaydada və müddətlərdə borcluya icra qeydinin aparılacağı barədə bildiriş göndərdiyinə, əgər müqavilədə öhdəliyin hissəhissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının hansı hissədə gecikdirilməsinə xüsusi diqqət yetirilməlidir. İşin hallarından görünür ki, tələbkar tərəfindən borclulara bildiriş göndərilmiş olsa da, həmin bildirişin borclulara çatdırıldığını təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmamış, notarius isə qanunvericiliyin tələbini pozaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirmişdir. Göründüyü kimi İcra qeydinin verilməsi zamanı “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin və “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 156 saylı Qərarının tələbləri pozulmuşdur. Üçüncü şəxs "xxxx" ASC-nin etirazında qeyd etdiyi “iddiaçı tərəfindən icra qeydi verildikdən sonra ödənişlərin həyata keçirilməsi” barədə dəlilinə münasibətdə məkəmə qeyd edir ki, bank tərəfindən həmin ödənişlərin məhz iddiaçı tərəfindən ödənilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının nümayəndəsivəkili də, qeyd edilən ödənişlərin zaminlər tətəfindən edildiyini bildimişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməklə, Saatlı rayon notariat ofisinin xüsusi notariusu X7 tərəfindən verilərək reyestrdə 8İ-4012 nömrə ilə qeyd edilmiş 30 sentyabr 2024-cü tarixli icra qeydi ləğv olunmalıdır. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı Oqtay oğlu 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı Oqtay oğlunun ödədiyi 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Saatlı rayon notariat ofisinin xüsusi notariusu X7 tərəfindən verilərək reyestrdə 8İ- 4012 nömrə ilə qeyd edilmiş 30 sentyabr 2024-cü tarixli icra qeydi ləğv olunsun. İddia qaldırılarkən ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı Oqtay oğlunun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar