Məhkəmə qərarları › İş №e-2(055)-698/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-698/2024

27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-698/2024 27.06.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsinə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1904 manat sığorta ödənişinin və 39.04 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, “Mercedes-Benz Vito 111” markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 09 yanvar 2021-ci il tarixdən 09 yanvar 2022-ci il tarixədək PAT********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. Cavabdeh 15 iyul 2021-ci ildə idarə etdiyi “Mercedes-Benz Vito 111” markalı **-XU-*** dövlət qeydiyyat nişanlı maşınla hərəkət edərkən Bakı şəhəri, Binəqədi rayonu, «Binəqədi Şossesi» yolunda baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X4 məxsus “KİA Cerato” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı və X2 məxsus “VAZ 21705” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş və hadisə yerindən yayınmışdır. 02 avqust 2021-ci il tarixli ödəniş sənədinə əsasən 650 manat dəymiş zərər iddiaçı tərəfindən zərərçəkmiş şəxs X1 və 13 avqust 2021-ci il tarixli ödəniş sənədinə əsasən isə 1254 manat dəymiş zərər iddiaçı tərəfindən zərərçəkmiş şəxs X3 hesabına ödənilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin xx.xx.2021ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında protokolu ilə öz təsdiqini tapmışdır. Ona görə də, Cavabdeh ümumilkdə 1904 manat sığorta ödənişinin və 39.04 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə” 15 iyul 2021-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh 15 iyul 2021-ci ildə idarə etdiyi “Mercedes-Benz Vito 111” markalı **-XU-*** dövlət qeydiyyat nişanlı maşınla hərəkət edərkən Bakı şəhəri, Binəqədi rayonu, «Binəqədi Şossesi» yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 məxsus “KİA Cerato” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı və X2 məxsus “VAZ 21705” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. İşdə olan Bakı şəhər Sabunçu RPİ-nin DYPŞ-nin 21 iyul 2021-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarının surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. İşdə olan İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin ******* və 098313 saylı sığorta aktlarından görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində PAT********** saylı sığorta şəhadətnaməsi əsasında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə “Mercedes-Benz Vito 111” markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobil 09 yanvar 2021-ci il tarixdən 09 yanvar 2022-ci il tarixədək icbari sığorta növündə sığortalanmışdır. Cavabdeh 15 iyul 2021-ci ildə sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi “Mercedes-Benz Vito 111” markalı **-XU-*** dövlət qeydiyyat nişanlı maşınla hərəkət edərkən Bakı şəhəri, Binəqədi rayonu, «Binəqədi Şossesi» yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 məxsus “KİA Cerato” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı və X2 məxsus “VAZ 21705” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. 02 avqust 2021-ci il tarixli ödəniş sənədinə əsasən 650 manat dəymiş zərər iddiaçı tərəfindən zərərçəkmiş şəxs X1 və 13 avqust 2021-ci il tarixli ödəniş sənədinə əsasən isə 1254 manat dəymiş zərər iddiaçı tərəfindən zərərçəkmiş şəxs X3 hesabına ödənilmişdir. İşdə olan 02 avqust 2021-ci il tarixli ödəniş sənədindən görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən zərərçəkmiş şəxs X2 650 manat pul ödənilmişdir. İşdə olan 13 avqust 2021-ci il tarixli ödəniş sənədindən görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən zərərçəkmiş şəxs X4 1254 manat pul ödənilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinə (reqres tələbi hüququ) əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İşin araşdırılan hallaraı ilə müəyyən olundu ki, “Mercedes-Benz Vito 111” markalı **- XU-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 09 yanvar 2021-ci il tarixdən 09 yanvar 2022-ci il tarixədək PAT********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. Cavabdeh 15 iyul 2021-ci ildə idarə etdiyi “Mercedes-Benz Vito 111” markalı **-XU-*** dövlət qeydiyyat nişanlı maşınla hərəkət edərkən Bakı şəhəri, Binəqədi rayonu, «Binəqədi Şossesi» yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 məxsus “KİA Cerato” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı və X2 məxsus “VAZ 21705” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş və hadisə yerindən yayınmışdır. 02 avqust 2021-ci il tarixli ödəniş sənədinə əsasən 650 manat dəymiş zərər iddiaçı tərəfindən zərərçəkmiş şəxs X1 və 13 avqust 2021-ci il tarixli ödəniş sənədinə əsasən isə 1254 manat dəymiş zərər iddiaçı tərəfindən zərərçəkmiş şəxs X3 hesabına ödənilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında protokolu ilə təsdiqini tapmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı subroqasiya hüququ əsasında cavabdehdən 1904 manat məbləğində sığorta ödənişini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 1904 manat sığorta ödənişi alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 39.04 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 39.04 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1904 manat sığorta ödənişi və ödənilmiş 39.04 manat dövlət rüsumu, cəmi 1943(bir min doqquz yüz qırx üç) manat 04(sıfır dörd) qəpik pul alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar