Məhkəmə qərarları › İş №e-2(055)-708/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-708/2024

27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-708/2024 27.06.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kiçik iddia ərizəsinə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 800 manat sığorta ödənişinin və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, “Opel Vectra” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 05 mart 2021-ci il tarixdən 05 mart 2022-ci il tarixədək PAT********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. Cavabdeh2 28 may 2021-ci ildə sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi “Opel Vectra” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı maşınla hərəkət edərkən Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 məxsus “Ford Focus” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. 25 avqust 2021-ci il tarixli ödəniş sənədinə əsasən 800 manat dəymiş zərər iddiaçı tərəfindən zərərçəkmiş şəxs X1 hesabına ödənilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(008)-2530/2021 saylı inzibati xəta haqqında qərarı ilə təsdiqini tapmışdır. Cavabdeh2 “Opel Vectra” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlıavtomobili sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi üçün iddiaçı tərəfindən qanuni əsaslarla həmin avtomobilə sahiblik edən Cavabdeh1 Şəmid oğluna qarşı da subroqasiya qaydasında iddia tələbi yaranmışdır. Ona görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 800 manat sığorta ödənişinin və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə” 28 may 2021-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh2 28 may 2021-ci ildə sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi “Opel Vectra” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı maşınla hərəkət edərkən Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 məxsus “Ford Focus” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. İşdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(008)- 2530/2021 saylı inzibati xəta haqqında qərarının surətindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir. İşdə olan İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin 098700 saylı sığorta aktından görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində PAT********** saylı sığorta şəhadətnaməsi əsasında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə “Opel Vectra ” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 05 mart 2021-ci il tarixdən 05 mart 2022-ci il tarixədək icbari sığorta növündə sığortalanmışdır. Cavabdeh2 28 may 2021-ci ildə sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi “Opel Vectra” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı maşınla hərəkət edərkən Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi yolunda baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X2 məxsus “Ford Focus” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. 25 avqust 2021-ci il tarixli ödəniş sənədinə əsasən 800 manat dəymiş zərər iddiaçı tərəfindən zərərçəkmiş şəxs X1 hesabına ödənilmişdir. İşdə olan ödəniş sənədindən görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən zərərçəkmiş şəxs X2 800 manat pul ödənilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətinin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında yaranır. Həmin Qanunun 37-ci maddəsinə (reqres tələbi hüququ) əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İşin araşdırılan hallaraı ilə müəyyən olundu ki, “Opel Vectra ” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 05 mart 2021-ci il tarixdən 05 mart 2022-ci il tarixədək PAT********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. Cavabdeh2 28 may 2021-ci ildə sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi “Opel Vectra” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı maşınla hərəkət edərkən Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 məxsus “Ford Focus” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. 25 avqust 2021-ci il tarixli ödəniş sənədinə əsasən 800 manat dəymiş zərər iddiaçı tərəfindən zərərçəkmiş şəxs X1 hesabına ödənilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(008)-2530/2021 saylı inzibati xəta haqqında qərarı ilə təsdiqini tapmışdır. Cavabdeh2 “Opel Vectra” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlıavtomobili sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi üçün iddiaçı tərəfindən qanuni əsaslarla həmin avtomobilə sahiblik edən Cavabdeh1 Şəmid oğluna qarşı da subroqasiya qaydasında iddia tələbi yaranmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı subroqasiya hüququ əsasında cavabdehlərdən 800 manat məbləğində sığorta ödənişini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 800 manat sığorta ödənişi alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 800 manat sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 830(səkkiz yüz otuz) manat pul alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar