Məhkəmə qərarları › İş №e-2(055)-942/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-942/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-942/2024 28.10.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 5097,21 manat pulun, 70,98 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz E220” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Volkswagen İD 6 Crozz” markalı, ** GA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş **********3 nömrəli sığorta şəhadətnaməsinin çıxarışından görünür ki,“Volkswagen İD 6 Crozz” markalı, ** GA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman İddiaçı Sığorta Şirkətində xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə qədər müddətdə könüllü sığorta müqaviləsiəsasında sığortalı olmuşdur. Polisin təqdim etdiyi Forma 4 arayışına əsasən, “Mercedes Benz E220” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsiƏləkbərov Rəhim Asif oğlunun adına qeydiyyatdadır. Cavabdeh isə həmin nəqliyyat vasitəsini idarə etmək üçün xx.xx.2023-cü ildən xx.xx.2025-ci ilə qədər müddətə etibarnaməsi olmuşdur. İş materiallarına əlavə edilmiş rəsmi servis “Azərbaycan Automobiles QSC tərəfindən təqdim olunmuş zərərin qiymətləndirilməsinə dair qüsur aktından görünür ki, sığortalanmış “Volkswagen İD 6 Crozz” markalı, ** GA *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 10409 AZN (on min dörd yüz doqquz manat) ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş 13944 saylı ödəniş tapşırığından aydın olur ki, İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Volkswagen İD 6 Crozz” markalı, ** GA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmirinə görə "xxxx" QSC-yə 10409 AZN (on min dörd yüz doqquz manat) sığorta ödənişini ödəmişdir. İş materiallarına əlavə edilmiş, Cavabdeh özü tərəfindən imzalanmış İXP seriyalı ******* saylı protokolun və TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətinə əsasən, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və İXM-nin 327.1-cimaddəsi ilə 40 manat cərimələnmişdir. Buna görə də ona qarşısubroqasiya hüququmuz yaranmışdır. Cavabdehin idarə etdiyi “Mercedes Benz E220” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta müqaviləsinə əsasən, "xxxx" ASC tərəfindən dəymiş zərərin 4711.79 AZN hissəsi tərəfimizə ödənilmişdir və həmin ödəniş tapşırığı iş materiallarına əlavə olunmuşdur. 600 AZN azadolma məbləği, həmçinin "xxxx" ASC tərəfindən ödənilmiş 4711.79 AZN məbləğ çıxılmaqla qalan 5097.21 AZN (beş min doxsan yeddi manat iyirmi bir qəpik) məbləğ cavabdehin özü tərəfindən ödənilməlidir. Cavabdeh ilə həm pretenziy, həm də şifahi danışıq yolu ilə əlaqə yaradılmış, lakin borc bu günə qədər ödənilməmiş qalmışdır. Məhkəmə baxışı zamanı Cavabdeh oğlu iddiaya etiraz edərək izahatında göstərdi ki, İddiaçı Sığorta Şirkəti ASC-nin ona qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə razı deyildir. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, İş materiallarında olan **********3 nömrəli sığorta şəhadətnaməsinin çıxarışından görünür ki,“Volkswagen İD 6 Crozz” markalı, ** GA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisə baş verən zaman İddiaçı Sığorta Şirkəti ASC-də xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə qədər müddətdə könüllü sığorta müqaviləsi əsasında sığortalı olmuşdur. İş materiallarında olan TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh İXM-nin 327.1-cimaddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. İş materiallarında olan rəsmi servis "xxxx" QSC tərəfindən təqdim olunmuş zərərin qiymətləndirilməsinə dair qüsur aktından görünür ki, sığortalanmış “Volkswagen İD 6 Crozz” markalı, ** GA *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 10409 AZN (on min dörd yüz doqquz manat) ziyan dəymişdir. İş materiallarında olan 13944 saylı ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC sığortalanmış “Volkswagen İD 6 Crozz” markalı, ** GA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmirinə görə "xxxx" QSC-yə 10409 AZN (on min dörd yüz doqquz manat) sığorta ödənişini ödəmişdir. İş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, cavabdehin idarə etdiyi “Mercedes Benz E220” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta müqaviləsinə əsasən, "xxxx" ASC tərəfindən dəymiş zərərin 4711.79 AZN hissəsi İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2024-cü il tarixli 9/7065-8/2427 nömrəli rəyində göstərilmişdir ki, iş materiallarında olan "xxxx" QSC tərəfindən tərtib edilmiş qüsur aktında 2022-ci il buraxılışlı “Volkswagen İD 6 Crozz” markalı, ** GA *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 11382,00 manat, endirimli qiymətinin 10409,00 manat məbləğində olduğu müəyyən edilmişdir. O cümlədən: - təmir xidməti və ehtiyyat hissələri - 8821,19 manat, - ƏDV 18%-1587,81 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1 və 25.1.3-cü maddələrinə əsasən sığortaçının mülki məsuliyyətinin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İş materialları araşdırılarkən müəyyən olundu ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh idarə etdiyi “Mercedes Benz E220” markalı **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törədərək “Volkswagen İD 6 Crozz” markalı, ** GA *** dövlət qeydiyyat nişanlı avtomobili zədələmişdir. Hadisə nəticəsində Cavabdeh təqsirli bilinərək İXM-nin 327.1-cimaddəsi ilə inzibati qaydada tənbeh olunmuşdur. Hadisə nəticəsində “Volkswagen İD 6 Crozz” markalı, ** GA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün İddiaçı Sığorta Şirkəti ASC tərəfindən "xxxx" QSC-yə 10409 manat sığorta ödənişini ödəmişdir. "xxxx" ASC tərəfindən isə dəymiş zərərin 4711.79 AZN hissəsi İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilmişdir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti mülki məsuliyyətin icbari sığortası üzrə subroqasiya hüququ yarandığını əsas tutaraq Cavabdeh 5097,21 manat məbləğində verilmiş sığorta ödənişini tələb edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, baş vermiş yol nəqliyyat hadisəsinə görə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ödədiyi 5097,21 manat sığorta ödənişini Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək subroqasiya qaydasında Cavabdeh 5097,21 manat pul alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 70,98 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 70,98 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Bundan başqa, 100 manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 5097,21 (beş min doxsan yeddi manat iyirmi bir qəpik) manat sığorta ödənişi alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 70,98 (yetmiş manat doxsan səkkiz qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Ekspertiza tətqiqatının dəyəri kimi hesablanmış 100 (yüz) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıxarış İş № 2(055)-942/2024 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 28 oktyabr 2024-cü il Saatlı şəhəri Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq .... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 5097,21 (beş min doxsan yeddi manat iyirmi bir qəpik) manat sığorta ödənişi alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 70,98 (yetmiş manat doxsan səkkiz qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Ekspertiza tətqiqatının dəyəri kimi hesablanmış 100 (yüz) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar