Məhkəmə qərarları › İş №e-2(055)-998/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-998/2023

21.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-998/2023 21.09.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Vəliyeva (Abasova) Turanə Əlövsət qızının iştirakı ilə, İddiaçı cavabdeh Vəliyeva (Abasova) Turanə Əlövsət qızına qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Vəliyeva (Abasova) Turanə Əlövsət qızına qarşı 7900 manat borc və 400 manat göstərilmiş hüquqi xidmətə görə pulun, cəmi 8300 manat pulun alınaraq ona verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdeh X1 müxtəlif ehtiyaclarının qarşılanması üçün iddiaçıdan 2020-2021-ci illərdə olmaqla ümumilikdə 10000 manat pul almış və həmin puldan az bir hissəsini ödəsə də, hal-hazırda iddiaçıya 7900 manat borclu qalmışdır. İddiaçı 7900 manat pulu dəfələrlə cavabdehdən tələb etsə də, cavabdeh borcunu ödəməmişdir. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclası zamanı cavabdeh Vəliyeva (Abasova) Turanə Əlövsət qızı iddianın etiraf edilməsi barədə ərizə təqdim edərək göstərdi ki, İddiaçı 7900 manat borcu olmasını qəbul edir və iddianın təmin edilməsinə etirazı yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə baxışı zamanı cavabdeh iddianı etiraf etdiyindən və bu etiraf məhkəmə tərəfindən təsdiq olunduğundan iddiaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən göstərilmiş hüquqi xidmətə görə 400 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, göstərilmiş hüquqi xidmətə görə ödənilmiş 400 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək cavabdeh Vəliyeva (Abasova) Turanə Əlövsət qızından 7900 manat borc və hüquqi xidmətə görə ödənilmiş 400 manat pul, cəmi 8300 manat pul alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh Vəliyeva(Abasova) Turanə Əlövsət qızından 7900 manat borc və hüquqi xidmətə görə ödənilmiş 400 manat pul, cəmi 8300 (səkkiz min üç yüz) manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar İş № 2(055)-998/2023 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 21 sentyabr 2023-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Vəliyeva (Abasova) Turanə Əlövsət qızının iştirakı ilə, İddiaçı cavabdeh Vəliyeva (Abasova) Turanə Əlövsət qızına qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh Vəliyeva(Abasova) Turanə Əlövsət qızından 7900 manat borc və hüquqi xidmətə görə ödənilmiş 400 manat pul, cəmi 8300 (səkkiz min üç yüz) manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar