Məhkəmə qərarları › İş №e-2(056)-1667/2023

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(056)-1667/2023

19.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № e-2(056)-1667/2023 19.09.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı işə bərpa edilmə və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh1 MMC-nin Sabirabad rayon filialının müdiri Cavabdeh2 təzyiqi ilə ona yazdırılmış xx.xx.2023-cü il tarixli “işdən azad olunma” barədəki ərizənin məcburetmə səbəbi ilə yazıldığı üçün etibarsız hesab edilməsi, cavabdeh X1 qanunsuz hərəkətləri ilə ona vurulmuş mənəvi zərərin kompensasiya olunması üçün 1000 manatın, 30 manat dövlət rüsumunun cəmi 1030 manat pulun alınıb ona verilməsi, digər Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixli 1457K saylı əmrinin ləğv edilərək onun Cavabdeh1 MMC-nin Sabirabad rayon mağazasında “malları qəbul edən” vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı və 50 manat mediasiya xərcinin, həmçinin 100 manat hüquqi yardım haqqının Cavabdeh1 MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, işin ərazi aidiyyəti üzrə Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizəsini onunla əsaslandırmışdır ki, iddia verdikləri zaman cavabdehlərdən Cavabdeh2 Cavabdeh1 MMC-nin Sabirabad filianlında çalışır və Sabirabad rayonunda yaşayırdı. İddia ərizəsi məhkəməyə veriləndən sonra o, həmin işdən azad edilmiş və Sabirabad rayonundan köçmüşdür. Məhkəmə hesab edir ki, cavabdehlərdən Cavabdeh1 MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 1129-cu məhəllə olduğundan mülki işin ərazi aidiyyəti üzrə göndərilməsi qanunauyğundur. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə görə isə «iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə həmin Məcəllənin 44.2-ci maddəsinə görə öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə baxılmağa verir . Həmin Məcəllənin 45.2-ci maddəsinə görə «Mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) gündən 10 gün ərzində şikayət verilə bilər», Məcəllənin 45.3-cü maddəsinə görə isə «işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Həmin Məcəllənin 45.4-cü maddəsinə görə isə «bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir». Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 35, 44-45 və 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı işə bərpa edilmə və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilsin. Qərardaddan onun surəti rəsmi verildiyi və ya alındığı vaxtdan 10 gün müddətində Sabirabad rayon məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar