Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № e-2(056)-2215/2025 17.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “evdən cehiz əmlaklarının çıxarılması” tələbinə dair mülki işə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Sabirabad rayonu, Muradbəyli kəndində yerləşən 127.5 kv ölçüdə olan ********** çıxarış nömrəli evdən Cavabdeh cehiz əmlaklarının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: Maddə 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Maddə 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər.
Məhkəmənin mövqeyi
3. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
4. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət etmədən tərtib etmiş, tələbi aydın formada qeyd etməmişdir.
5. Belə ki, iddia ərizəsinin nəticə hissəsinə əsasən evdən cehiz əmlaklarının çıxarılması barədə xahiş olsa da, məhkəmə iddiaçıya izah edir ki, iddia ərizəsinə iddiaçı sərəncamında olan bütün sübutları əlavə etməlidir. İddiaçının isə məhkəmə iclaslarında iştirak etmək vəzifəsi yoxdur. Məhkəmə iclaslarında iştirak etmə iddiaçının hüququdur (iddia ərizəsinin sonundakı müvafiq qeydə münasibətdə bunlar qeyd edilir).
6. Beləliklə, məhkəmə hesab edir ki, göstərilən nöqsanlar aradan qaldırılmaqla Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinə müvafiq olaraq iddia ərizəsinin yenidən, qanuni və əsaslı formada tərtib edilməklə məhkəməyə təqdim edilməsi hüququ hüququ izah olunaraq, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır.
7. Məhkəmə yuxarıda göstərilənləri və MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
İddiaçı Cavabdeh qarşı “evdən cehiz əmlaklarının çıxarılması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Cavid Cəfərov