Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-3070/2025 01.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin - Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbi» barədə kiçik iddiaya dair işə 01 dekabr 2025-ci il tarixdə sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC - Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “BYD X6-in Hibrid” markalı, ** OC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 640 (altı yüz qırx) AZN ödənişin, iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2025-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “X5” markalı ** YR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “BYD X6-in Hibrid” markalı ** OC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “Ravon Nexia R3 SX” markalı, ** OC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş **********96 nömrəli sığorta şəhadətnaməsindən çıxarışdan və 139577 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “BYD X6-in Hibrid” markalı, ** OC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. Azadolma (franşiza) məbləği 250 AZN sığorta məbləği 24000 AZN (iyirmi dörd min manat) olaraq müəyyən edilmişdir. Qiymətləndirmə aktına əsasən, sığortalanmış “BYD X6-in Hibrid” markalı, ** OC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3750 AZN (üç min yeddi yüzəlli manat) zərər dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzə əsasən, 250 AZN azadolma məbləği çıxılmaqla qalan 3500 AZN sığorta ödənişini X1 bank hesabına köçürmüşdür. İş materiallarında olan İSB (İcbari Sığorta Bürosu) çıxarışına əsasən, hadisə baş verən tarixdə cavabdeh “X5” markalı, ** YR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari avtoməsuliyyəti "xxxx" ASC-də sığortalanmışdır. Hadisə zamanı iki nəqliyyat vasitəsinə zərər dəydiyi üçün mütənasib olaraq 2860 AZN (iki min səkkiz yüz altmış manat) ödəniş sonuncu tərəfindən iddiaçıya ödənilmişdir. Bildirmək istəyirlər ki, xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli bilindiyi üçün ona qarşı Subroqasiya hüquqları yaranmışdır. Belə ki, Cavabdeh barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında ******* saylı protokol və qərar qəbul edilmişdir. Həmçinin, iş materiallarında olan forma 4 arayışından, izahatlardan, hadisə sxemindən görünür ki, həqiqətən yol-nəqliyyat hadisəsi cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermişdir. Cavabdehə pretenziya göndərilmiş, pretenziya məktubu qəbul edilsə də, ödənişlə bağlı geri dönüş edilməmişdir. Hesab edir ki, iş materiallarında olan sənədlərlə sığorta hadisəsinin olması, vurulan zərərin Cavabdeh təqsirli hərəkətləri nəticəsində vurulması, habelə dəymiş zərərin İddiaçı SŞ ASC tərəfindən qarşılandığı sübuta yetirilir. Buna görə də, qalan 640 AZN pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə təmin edilməlidir. Belə ki iş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “X5” markalı ** YR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “BYD X6in Hibrid” markalı ** OC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “Ravon Nexia R3 SX” markalı, ** OC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törədilmiş, Cavabdeh həmin yol nəqliyyat hadisəsinin törətməsində İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinərərk barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “BYD X6-in Hibrid” markalı, ** OC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalandığı üçün azadolma (franşiza) məbləği 250 AZN sığorta məbləği 24000 AZN (iyirmi dörd min manat) olaraq müəyyən edilmişdir. Qiymətləndirmə aktına əsasən, sığortalanmış “BYD X6-in Hibrid” markalı, ** OC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3750 AZN (üç min yeddi yüzəlli manat) zərər dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, 250 AZN azadolma məbləği çıxılmaqla qalan 3500 AZN sığorta ödənişini X1 bank hesabına köçürmüşdür. Hadisə baş verən tarixdə cavabdeh “X5” markalı, ** YR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari avtoməsuliyyəti "xxxx" ASC-də sığortalanmışdır. Hadisə zamanı iki nəqliyyat vasitəsinə zərər dəydiyi üçün mütənasib olaraq 2860 AZN (iki min səkkiz yüz altmış manat) ödəniş sonuncu tərəfindən iddiaçıya ödənilmişdir. Az. Resp. Mülki Məcəlləsinin 883-cü maddəsinə əsasən zərərdən sığorta müqaviləsinə görə bir tərəf (sığortaçı) müqavilə ilə şərtləşdirilmiş haqq (sığorta haqqı) müqabilində digər tərəfə (sığortalıya) və ya sığorta müqaviləsi xeyrinə bağlanmış başqa şəxsə (faydalanan şəxsə) müqavilədə nəzərdə tutulan hadisənin (sığorta hadisəsinin) baş verdiyi təqdirdə həmin hadisə nəticəsində sığortalanmış əmlaka dəymiş zərərin əvəzini müqavilə ilə müəyyənləşdirilmiş məbləğ (sığorta məbləği) həddində ödəməyi (sığorta ödənişi) öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1 maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1.-ci maddəsinə əsasən, sıgorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya suboqrasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları»-nın 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1 maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, iddiaçı şirkət sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək baş vermiş sığorta hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəyən ziyanı sığorta şəhadətnaməsinə müvafiq məbləğdə ödəmiş, ona görə də o, haqlı olaraq həmin ziyanı reqres qaydada tələb etmək hüququ ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin əsaslı olduğu iş materialları ilə kifayət qədər sübut edildiyindən, iddia tələbi təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir, iddiaçı təşkilat İddiaçı SŞ ASC tərəfindən irəli sürülmüş subroqasiya hüququ əsasında pul tələbinin təmin olunması Cavabdeh üzərinə qoyulmalıdır. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğu üçün, hazırkı iddia tələbləri isə tam təmin olunduğu halda, məhkəmə xərclərinə aid edilən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “BYD X6-in Hibrid” markalı, **-OC-*** dövlət nömrə nişanlı avtomobilin zədələnməsi nəticəsində dəymiş zərərlə bağlı sığorta təşkilatı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi 640 (altı yüz qırx) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat, ümumilikdə isə 670 (altı yüz yetmiş) AZN məbləğində pul vəsaiti Cavabdeh alınıb İddiaçı Siğorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(056)-3070/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-3070/2025
01.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver