Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-3352/2025 26.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim Nurəddin Abuzər oğlu Bağırov, iddiaçı "xxxx" ASC-nin - Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbi» barədə kiçik iddiaya dair işə xx.xx.2025-ci il tarixdə Sabirabad şəhərində sadələşdirilmiş qaydada baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC - Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 109.46 manat məbləğində vəsaitin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixində 99JX172 dövlət qeydiyyat nişanlı «İveco Urbanway» markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2019-cu il tarixində yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 99JX172 dövlət qeydiyyat nişanlı «İveco Urbanway» markalı həmin avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən 10OT982 dövlət qeydiyyat nişanlı VAZ-2101 markalı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh təqsirli bilinmişdir. "xxxx" MMC 99JX172 dövlət qeydiyyat nişanlı «İveco Urbanway» markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət etmişdir. Həmin avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, 3384 nömrəli “Zərər AKTı”na əsasən 109.46 manat məbləğində müəyyən edilmişdir. Sözügedən məbləğin 92.76 manat hissəsi material, ehtiyyat hissələri, görüləcək işləri, 16.7 manat hissəsi isə ödənilməli olan ƏDV-ni təşkil edir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli “Sığorta aktı”na əsasən 109.46 manat məbləğində sığorta ödənişi "xxxx" MMC-nin hesabına köçürülmüşdür. xx.xx.2020-ci il tarixində qalıq məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lər)ə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. Göründüyü kimi, "xxxx" ASC-nin 99JX172 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə ödənilmiş 109.46 manat məbləğində cavabdehə qarşı subroqasiya tələbi yaranmışdır. Bu səbəbdən 109.46 manat məbləğində vəsait Cavabdeh tərəfindən geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunması xahiş olunur. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan zərər aktından görünür ki, İVECO Urbanway markalı **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərər dəymiş hissələrinin dəyişdirilməsi, təmiri və avtomobilin təmiri ilə əlaqədar ustaların əmək haqqı üçün cəmi 109.46 AZN vəsaitin tələb olunduğu göstərilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Sığorta Aktından görünür ki, İVECO Urbanway markalı **-JX-*** dövlət nömrə nişanlı avtomobilinə dəymiş zərərin əvəzi olaraq 109.46 AZN pul vəsaiti "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Məhkəmə tərəfindən araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh məxsus və "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam Sığortası” növü üzrə sığortalanmış 99JX172 dövlət qeydiyyat nişanlı «İveco Urbanway» markalı avtonəqliyyat vasitəsi ilə Cavabdeh idarə etdiyi **-OT-*** dövlət qeydiyyat nişanlı VAZ-2101 markalı avtonəqliyyat vasitəsi toqquşaraq «İveco Urbanway» markalı avtonəqliyyat vasitəsinin zədələnməsi nəticəsində 109.46 manat məbləğində zərər dəymiş, sürücüsü Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş, dəymiş zərərin əvəzi 109.46 manat məbləğində pul vəsaiti sığorta ödənişi qaydasında "xxxx" ASC tərəfindən zərərçəkmiş "xxxx" MMC-yə ödənilmiş və bununla da "xxxx" ASC tərəfindən zərərçəkmiş "xxxx" MMC-yə ödənilmiş sığorta ödənişinin əvəzinin reqres qaydasında Cavabdeh tələb etmə hüququ iddiaçı "xxxx" ASC-yə keçmişdir. Mülki Məcəllənin 883-cü maddəsinə əsasən zərərdən sığorta müqaviləsinə görə bir tərəf (sığortaçı) müqavilə ilə şərtləşdirilmiş haqq (sığorta haqqı) müqabilində digər tərəfə (sığortalıya) və ya sığorta müqaviləsi xeyrinə bağlanmış başqa şəxsə (faydalanan şəxsə) müqavilədə nəzərdə tutulan hadisənin (sığorta hadisəsinin) baş verdiyi təqdirdə həmin hadisə nəticəsində sığortalanmış əmlaka dəymiş zərərin əvəzini müqavilə ilə müəyyənləşdirilmiş məbləğ (sığorta məbləği) həddində ödəməyi (sığorta ödənişi) öhdəsinə götürür. Mülki Məcəllənin 916.1 maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Mülki Məcəllənin 922.1.-ci maddəsinə əsasən, sıgorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya suboqrasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları»-nın 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1 maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, iddiaçı şirkət sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək xx.xx.2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəyən ziyanı sığorta şəhadətnaməsinə müvafiq məbləğdə ödəmiş, ona görə də o, haqlı olaraq həmin ziyanı reqres qaydada tələb etmək hüququ ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin əsaslı olduğu iş materialları ilə kifayət qədər sübut edildiyindən, iddia tələbi təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir, iddiaçı təşkilat "xxxx" ASC tərəfindən irəli sürülmüş subroqasiya hüququ əsasında pul tələbinin təmin olunması Cavabdeh üzərinə qoyulmalıdır. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddia tələbində göstərilmiş pul tələbinin tutulması tam təmin olunduğundan ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddianın məhkəməyə verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat və xx.xx.2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində ödənilmiş sığorta ödənişinin əvəzi 109.46 (bir yüz doqquz manat qırx altı qəpik) manat pul vəsaiti reqres qaydasında Cavabdeh tutulub "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər..
Məhkəmə qərarları › İş №e-2(056)-3352/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-3352/2025
26.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver