Məhkəmə qərarları › İş №e-2(056)-390/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-390/2025

07.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-390/2025 07.08.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, İddiaçı - Cavabdeh qarşı «payın hərracda satılması və dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki işə xx.xx.2025-ci il tarixdə Sabirabad Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «payın hərracda satılması və dəymiş zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə paylı mülkiyətləri olan "BMW 323" minik markalı **-UO-*** dövlət qeydiyyat nişanlı (sedan, ban nömrəsi WBAAM31020FM81453) avtomobilin açıq hərracdan satılaraq dəyərinin ½ hissəsinin ona ödənilməsi, cavabdehlə paylı mülkiyətləri olmuş "X16" markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin ½ hissəsinin cavabdehdən alınaraq ona ödənilməsi, hüquqi yardımın göstərilməsi üçün Bakı 18 saylı Vəkil Bürosuna ödənilmiş 500 manat pulun, dövlət rüsumunun əvəzi kimi 100 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmlşdır ki, tərəfindən Qaradağ rayon Məhkəməsinə müraciət edilərək, cavabdeh X6 ilə Sabirabad rayon VVAQŞ-də 25 noyabr 2009-cu il tarixdə 274 nömrəli akt qeydi bağlanmış nikahın pozulması, birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X10 adlı övladlarının onun yanında (himayəsində) saxlanılması, birgə nikahlarından anadan olmuş, xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 235 manat olmaqla ümumilikdə 470 manat alimentin tutularaq ona ödənilməsi, cavabdehlə birgə nikahları dövründə əldə edilmiş ** LK *** dövlət nömrə nişanlı "Ford Transit" markalı avtomobil və BMW-320 markalı ** UO *** dövlət nömrə nişanlı avtomobilin tərəflər arasında bərabər pay şəkilində bölünməsi və həmin hissələrdə onun mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Qaradağ rayon Məhkəməsinin 2(002)1705/2024 saylı qətnaməsi ilə Cavabdeh ilə onun arasında xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası Sabirabad rayon Qeydiyyat şöbəsi 274 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X7 onun himayəsində və yanında saxlanılması, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment onun xeyrinə tutulması, "BMW 323" minik markalı **-UO-*** dövlət qeydiyyat nişanlı, Banın tipi Sedan olan, Ban nömrəsi WBAAM31020FM81453 nömrəli avtomobil üzərində 1/2 (ikidə bir) hissədə Cavabdeh və 1/2 (ikidə bir) hissədə İddiaçı mülkiyyət hüququnun tanınması qət edilmişdir. Həmçinin məhkəmə qətnaməsinin 61-ci abzasında qeyd edilmişdir ki, "Məhkəmə qeyd edir ki, tələbdə qeyd edilən nəqliyyat vasitələrindən "X16" markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında üçüncü şəxsin adına keçirildiyindən həmin əmlak üzərində payın müəyyən edilməsi təmin edilə bilməz". Ona görə də hesab edir ki, iş üzrə qətnamə qəbul edilərək, "BMW 323" minik markalı **- UO-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılaraq dəyərinin hissəsi ona ödənilməli, eyni zamanda "X16" markalı **-LK-*** dövlət qeydiyyat nişanı avtomobil xx.xx.2024-cü il tarixdə birgə nikah dövründə onun razılığı olmadan alqı-satqı edildiyi üçün onun dəyərinin 1/2 hissəsi cavabdehdən alınaraq ona verilməlidir. Qeyd edir ki, tərəfindən paylı mülkiyyətə olan payının satılmasına dair tərəfindən cavabdehə ilkin təklif göndərilmiş, cavabdeh təklifdə göstərilən müddətdə ona heç bir cavab verməmişdir. Əlavə olaraq qeyd edir ki, hüquqi yardımın göstərilməsi üçün Bakı 18 sayı Vəkil Bürosunun vəkili Nümayəndə ilə aralarında müqavilə bağlanmış və tərəfindən 500 manat 18 sayı Vəkil Bürosuna ödənilmişdir. İddiaçının nümayəndəsi vəkil Nümayəndə məhkəməyə elektron qaydada imzalanmış ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını və iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.4-cü və 185.5-ci maddələrinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iddia tələblərinin "BMW 323" minik markalı **-UO-*** dövlət qeydiyyat nişanlı (sedan, ban nömrəsi WBAAM31020FM81453) avtomobilin açıq hərracdan satılaraq dəyərinin ½ hissəsinin iddiaçıya ödənilməsi hissəsinə dair mübahisənin hüquqi həlli ilə əlaqədar aşağıdakıları qeyd edir. Belə ki iş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(002)-1705/2024№-li Qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə İddiaçı ilə Cavabdeh arasında Sabirabad rayon Qeydiyyat Şöbəsində xx.xx.2009-cu il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin övladı - xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X7 anası İddiaçı himayəsində və yanında saxlanılması, uşaqların saxlanılması üçün hər ay, hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutulması, həmçinin “BMW 323” minik markalı **-UO-*** dövlət qeydiyyat nişanlı (sedan, ban:WBAAM31020FM81453 nömrəli) avtomobilin üzərində 1/2 (ikidə bir) hissədə Cavabdeh və 1/2 (ikidə bir) hissədə İddiaçı mülkiyyət hüququnun tanınması qət edilmişdir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli Təklifdən görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş və birgə nikahda əldə edilmiş "BMW 323" minik markalı **-UO-*** dövlət qeydiyyat nişanlı (sedan, ban nömrəsi: WBAAM31020FM81453) avtomobil üzərində 1/2 (ikidə bir) hissədə Cavabdeh və 1/2 (ikidə bir) hissədə İddiaçı mülkiyyət hüquqları müəyyən edilmişdir. Hazırda həmin daşınar əmlaka olan ½ payını satmaq niyəttində olduğundan payın alınmasını ilk olaraq ona təklif etdiyi, təklifinə 10 gün ərzində müsbət cavab verməyəcəyi təqdirdə, tərəfindən paylı mülkiyyətin açıq hərracdan satılması tələbi ilə Sabirabad rayon Məhkəməsinə müraciət ediləcəyi bildirilmişdir. İşin məhkəmədə araşdırılmış hallarından (Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(002)-1705/2024№-li Qətnaməsi ilə və Baş DYPİ tərəfindən Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Nümayəndə ünvanlanmış məktubla müəyyən edilmiş halları) görünür ki "BMW 323" minik markalı **-UO-*** dövlət qeydiyyat nişanlı (sedan, ban nömrəsi WBAAM31020FM81453) avtomobili Cavabdeh tərəfindən İddiaçı ilə birgə nikah dövründə əvəzli sürətdə əldə edildiyi üçün, onların bərabər hissələrdə ümumi paylı mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilən bu hüquq sahəvi qanunvericilik aktı olan Mülki Məcəllədə də öz əksini tapmışdır. Belə ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (məsələn, nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, məsələn, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Qanunverici fərdi mülkiyyət halından fərqli olaraq paylı mülkiyyətçilərin ümumi paylı mülkiyyətdə olan əmlaka və öz pay hüququna sərəncam səlahiyyətinin reallaşdırılması, habelə payın ayrılmasının tələb edilməsi və həyata keçirilməsi qaydalarını müəyyən etmişdir. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydası Mülki Məcəllənin 220-ci maddəsi ilə tənzimlənir və həmin maddi hüquq normasında sözügedən məsələnin həll edilməsinin hüquqi mexanizmləri dəqiq və konkret şəkildə müəyyən edilmişdir. MM-nın 220.2, 220.3 və 220.4-cü maddələrinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Bundan əlavə MM-nın 220.4-cü maddəsinin üçüncü cümləsi məhkəmənin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilməsini paydaşlıqdan çıxmaq istəyən mülkiyyətçinin payının cüzi olması, real surətdə ayrıla bilməməməsi və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyinin olmaması şərtləri ilə əlaqələndirmiş və Konstitusiya Məhkəməsi 04 aprel 2014-cü il tarixli qərarında vurğulamışdır ki, 220.4-cü maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür. Hazırkı işin hallarından isə görünür ki, iddiaçının payı cüzi deyil və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeləri vardır. Həmin Məcəllənin 220.6-cı maddəsinə görə, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Göründüyü kimi, qanuni mexanizm payın ayrılmasının mərhələli şəkildə həyata keçirilməsini tələb edir. Məhkəmə bu qənaətə gələrkən Konstitusiya Məhkəməsinin qeyd edilən məsələ ilə bağlı mövqeyini əsas götürür. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “...Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil”. Məhkəmə MM-nın 220-ci maddəsinin göstərişlərini və Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutub, ilk növbədə "BMW 323" minik markalı **-UO-*** dövlət qeydiyyat nişanlı (sedan, ban nömrəsi WBAAM31020FM81453) avtomobildən payın naturada faktiki ayrılmasının mümkün olmadığı aydın olur. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarında göstərilmişdir ki, “... əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir... Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil”. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 06 dekabr 2024-cü il tarixli 02/2024№-li Qərardadının 39-cu bəndində qeyd edilir ki Mülki Məcəllənin 220-ci maddəsinin məzmunundan və Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 4 aprel tarixli qərarındakı izahlardan müəyyən olunur ki, ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması aşağıdakı üç mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyadan payın natura formasında ayrılması; 2) kompensasiya (payın dəyəri) ödənilməsi; 3) əşyanın məhkəmə qərarı ilə açıq hərracdan satılması və əldə olunan vəsaitin paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülməsi. Həmin 06 dekabr 2024-cü il tarixli 02/2024№-li Qərardadın 42-ci bəndində qeyd olunur ki birinci mərhələ üzrə məhkəmə tərəfindən ilk növbədə iddiaçının əşya üzərində mülkiyyət hüququndakı payının naturada bölgüsünün mümkün olub-olmadığı, ayrılan payın vahid daşınmaz əşya konsepsiyasına uyğun gəlib-gəlmədiyi istiqamətində araşdırma aparılmalıdır. Həmin 06 dekabr 2024-cü il tarixli 02/2024№-li Qərardadın 47-ci bəndində qeyd olunur ki naturada ayrılma mümkün olmadıqda ikinci mərhələnin tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 4 aprel tarixli qərarında göstərilmişdir ki, ...mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Həmin 06 dekabr 2024-cü il tarixli 02/2024№-li Qərardadın 57-ci bəndində qeyd olunur ki məhkəmə araşdırması zamanı cavabdehlərdən heç biri kompensasiya ödəmək istəmədikdə və ya hər hansı səbəbdən ödəyə bilmədikdə iddiaçının tələbi əsasında məhkəmə üçüncü mərhələyə keçid etməklə əşyanın birbaşa açıq hərracdan satılmasını qət etməlidir. İddiaçının əşyanın açıq hərracdan satılmasını tələb etmədiyi halda isə məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və ona gələcəkdə yalnız üçüncü mərhələ üzrə iddia qaldırmaq hüququ izah edilməlidir. Həmin 06 dekabr 2024-cü il tarixli 02/2024№-li Qərardadın 60-cı bəndində qeyd olunur ki, odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. Məhkəmə "BMW 323" minik markalı **-UO-*** dövlət qeydiyyat nişanlı (sedan, ban nömrəsi WBAAM31020FM81453) avtomobildən payın naturada bölünməsinin mümkün olmadığını, payın dəyərinin ödənilməsinə dair kompensasiyanın verilməsi üzrə tərəflər arasında razılıq əldə edilmədiyini və qanunda təsbit edilmiş ardıcıllığı nəzərə alaraq, iddiaçının tələbi əsasında üçüncü mərhələyə keçid etməklə ümumi paylı avtomobilin birbaşa açıq hərracdan satılaraq dəyərinin ½ hissəsinin tərəflərə aid edilməsi barədə iddianın əsaslarının mövcudluğunu müəyyən etmiş hesab edir. Ona görə də, avtomobilin birbaşa açıq hərracdan satılması ilə bağlı ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ƏEM/İ 43-305/25 saylı rəydən görünür ki, aparılan araşdırmalar və təhlillərə əsasən, "BMW 323 minik" markalı **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilin cari təmir işlərinə ehtiyac olmaqla avtomobilin 21 iyun 2025-ci il tarixinə olan bazar dəyəri: 4000 manat, "X16" markalı, **- LK-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə 7000 manat təşkil edir. Mülki Prosessual Məcəllənin 103-cü maddəsinin 1-ci hissəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ekspertizanın rəyini iddiaçının izahatı və işin mübahisələndirilməyən faktiki halları ilə birlikdə qiymətləndirərək həmin rəylə razılaşır və hesab edir ki, mübahisəli BMW 323" minik markalı **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilin həqiqi dəyəri rəydə göstərilən 4000 manat məbləğdən ibarətdir. Ona görə də məhkəmə hesab edir ki, avtomobilin açıq hərracdan satılması ilə bağlı ilkin satış qiyməti əsas götürülməlidir. Əks yanaşma iddiaçının toxunulmazlığına dövlət tərəfindən təminat verilən mülkiyyət hüququnun pozulmasına səbəb olacaqdır. Belə ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət toxunulmazdır. Mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarı). Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən ümumi paylı mülkiyyət olan mübahisəli avtomobilin həqiqi dəyərinə uyğun olaraq iddiaçıya kompensasiya verilməsindən imtina edildiyi (ümumiyyətlə təklifə razılıq verilməmişdir) halda, həmçinin paylı mülkiyyətin müvafiq hissəsinin real olaraq naturada ayrılması mümkün olmadığı üçün, hazırkı mülki mübahisənin hüquqi həlinin yeganə vasitəsi məhz mübahisəli avtomobilin bazar dəyəri müəyyən olunmuş 4000 (dörd min) manata açıq hərraca çıxarılıb, hərracda satılaraq, müvafiq satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsidir. Bu nəticə paylı mülkiyyətdə olan əşyadan payın ayrılması və paylı mülkiyyət halının başa çatmasının MM-nin 220-ci maddəsində təsbit olunmuş mərhələli mexanizminə tam uyğundur və mülkiyyətçilərdən hər hansı birinin mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması sayıla bilməz. Konstitusiya Məhkəməsinin qeyd edilən, 04 aprel 2014-cü il tarixli qərarının 1-ci bəndində görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflərin ümumi paylı mülkiyyəti olan “BMW 323 minik” markalı (ban:WBAAM31020FM81453) **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobil 4000 (dörd min) manat ilkin satış qiyməti ilə açıq hərracda satılmalı, satışdan əldə olunmuş pul vəsaiti mülkiyyətçilər İddiaçı və Cavabdeh arasında onların paylarına (½ hissədə) mütənasib surətdə bərabər həcmdə bölüşdürülməli, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan “BMW 323 minik” markalı **-UO- *** dövlət nömrə nişanlı avtomobilin bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən MPM-nın 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilməsi tərəflərə izah edilməlidir. Məhkəmə iddia tələblərinin tərəflərin ümumi paylı mülkiyətləri olmuş "X16" markalı **- LK-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin ½ hissəsinin cavabdehdən alınaraq ona ödənilməsi hissəsi ilə bağlı məhkəmə mübahisənin hüquqi həlli ilə əlaqədar aşağıdakıları qeyd edir. Belə ki, iddiaçı "X16" markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə iddia tələbinin əsası kimi həmin avtomobilin birgə nikah dövründə əldə edilmiş ümumi paylı əmlakı olmasına baxmayaraq, onun razılığı olmadan xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında üçüncü şəxsin adına özgəninkiləşdirilməsi hallarına istinad etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli e-2(002)-1705/2024№-li Qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə “X16” markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2016-cı il tarixli alqısatqı müqaviləsi ilə Cavabdeh mülkiyyətinə keçməsi müəyyən edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2009-cu il tarixdə bağlanmış nikah xx.xx.2024-cü il tarixdə pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 330 nömrə ilə qeydiyyat aparılmışdır. Baş DYPİ tərəfindən Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Nümayəndə ünvanlanmış məktubdan görünür ki, DİN-in Baş DYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının xx.xx.2024-cü il tarix üçün olan məlumatına əsasən xx.xx.1979cu il təvəllüdlü Cavabdeh adına "X16" markalı **-LK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Belə ki, iş materiallarına olan Baş DYPİ tərəfindən Sabirabad Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-13-16/2-156352 nömrəli məktubdan və əlavə edilmiş müqavilənin surətindən görünür ki, tərəflərin ümumi paylı mülkiyyəti olmuş “Ford Transıt yük” markalı (ban: WF0LXXGBVLXM71484) **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı barədə Cavabdeh ilə X4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli "Nəqliyyat vasitəsinin alqı-satqı Müqaviləsi" əsasında həmin avtomobil 9000 (doqquz min) manata X1. Belə ki, Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. İşin məhkəmədə araşdırılmış halları ilə (Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(002)-1705/2024№-li Qətnaməsi ilə və Baş DYPİ tərəfindən Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Nümayəndə ünvanlanmış məktubla müəyyən edilmiş halları) müəyyən edilmişdir ki, "X16" markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh tərəfindən İddiaçı ilə birgə nikah dövründə əvəzli sürətdə əldə edildiyi üçün, onların ümumi mülkiyyəti olmuşdur. Məhkəmə iclasında araşdırılan sübutlarla həmçinin o da müəyyən edilmişdir ki, tərəflərin birgə nikahı dövründə ödənişli qaydada alınaraq onların ümumi mülkiyyəti olmuş «Ford Transıt yük” markalı (ban: WF0LXXGBVLXM71484) **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin ər-arvad münasibətləri faktiki pozulduqdan sonra iddiaçının razılığı olmadan Cavabdeh tərəfindən 9000 (doqquz min) manata satılmışdır. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahı dövründə əldə edilmiş «Ford Transıt yük” markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilin ümumi mülkiyyətçisi olmuş İddiaçı razılığı olmadan xx.xx.2024-cü il tarixli "Nəqliyyat vasitəsinin alqı-satqı Müqaviləsi" əsasında X2 halı İddiaçı mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Bu baxımdan iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Lakin dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (məsələn, nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, məsələn, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı üzrə həyata keçirilə bilər. Məhkəmə yuxarıda istinad edilən maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, İddiaçı ilə Cavabdeh ümumi paylı mülkiyyəti olmuş «Ford Transıt yük” markalı (ban: WF0LXXGBVLXM71484) **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı barədə Cavabdeh ilə X4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli "Nəqliyyat vasitəsinin alqı-satqı Müqaviləsi" əsasında avtomobilin dəyəri kimi yaranmış 9000 (doqquz min) manat vəsaitinin yarı hissəsini təşkil edən 4500 (dörd min beş yüz) manat pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilməlidir. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə MPM-nın 115-ci və 119-cu maddələrinə əsaslanaraq hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğu üçün və iddianın təmin olunduğu halda isə, məhkəməyə iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 100 manat, hüquqi yardım xərcinin əvəzi 500 manat və mütəxəssis rəyinin dəyəri 400 manat cavabdehə aid edilməlidir. İş materiallarından görünür ki, iddiaçı ilə vəkil Nümayəndə arasında bağlanmış Müqavilə əsasında hüquqi yardımın dəyəri 500 manat, mütəxəssis rəyinin dəyəri 400 manat və iddia ilə bağlı dövlət rüsumunun dəyəri 100 manat müəyyən edilmişdir. MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin ümumi paylı mülkiyyəti olan “BMW 323 minik” markalı (ban:WBAAM31020FM81453) **-UO-*** dövlət nömrə nişanlı avtomobil 4000 (dörd min) manat ilkin satış qiyməti ilə hərraca çıxarılmaqla, açıq hərracda satılsın, satışdan əldə olunmuş pul vəsaiti mülkiyyətçilər İddiaçı və Cavabdeh arasında onların paylarına (½ hissədə) mütənasib surətdə bərabər həcmdə bölüşdürülsün. Qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan “BMW 323 minik” markalı **- UO-*** dövlət nömrə nişanlı avtomobilin bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən MPM-nın 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilməsi tərəflərə izah edilsin. Tərəflərin ümumi paylı mülkiyyəti olmuş “Ford Transıt yük” markalı (ban: WF0LXXGBVLXM71484) **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı barədə Cavabdeh ilə X4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli "Nəqliyyat vasitəsinin alqı-satqı Müqaviləsi" əsasında avtomobilin dəyəri kimi yaranmış 9000 (doqquz min) manat vəsaitin yarı hissəsini təşkil edən 4500 (dörd min beş yüz) manat pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilsin. Məhkəməyə iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 100 manat və hüquqi yardım xərcinin əvəzi 500 manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilsin. "xxxx" MMC tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli ƏEM/İ 43-305/25 №-li məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən xərcin əvəzi 400 manat Cavabdeh tutulub "xxxx" MMC-nin hesabına (VÖEN:**********; Hesab N AZN: AZ68İBAZ********************, Bank:ABB ASC; VÖEN:**********; Müxbir hesab:AZ03NABZ********************; KOD:805711; SWİFT:İBAZAZ2X) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar