Məhkəmə qərarları › İş №e-2(056)-80/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-80/2024

14.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-80/2024 14.02.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «Ziyanın əvəzinin ödənilməsi barədə» iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəkəsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 54 baş qoyunların, qoyunlar olmadıqda isə dəyərini 2021/2022-ci illərdə bazar qiymətinə uyğun hesablanmış məbləği və 1500 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırılmışdır ki, o, uzun müddət ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşamışdır. 2021-ci ilin may ayında o, Azərbaycan Respublikasında qonaq olan zaman İmişli rayonunda yerləşən mal bazarından 40 baş xırdabuynuzlu heyvan almış və saxlaması üçün qaynı Cavabdeh vermişdir. Həmin ay o, Ağcabədi rayonunun Taynaq kəndində yaşayan Ədalət adlı şəxsdən yenə də 50 baş və 26 baş xırdabuynuzlu heyvan almış və saxlaması üçün cavabdehə vermişdir. Bundan əlavə, o, bir ədəd qoç və iki baş erkək toğlunu öz kəndlərindən alaraq cavabdehə vermiş və həmin heyvanları saxlamasını bildirmişdir. O, bunlardan əlavə heyvanların saxlanılması üçün ot bağlamalrı da alaraq cavabdehə vermişdir. Həmin ilin sentyabr ayında o, 3600 manat dəyərində VAZ 2107 markalı avtomobil almış və biraz sürdükdən sonra Rusiya Federasiyasına qayıtdığı üçün avtomobili etibarnamə əsasında cavabdehə vermişdir. O, Rusiya Federasiyasından 2022ci ildə Azərbaycan Respublikasına gəlmiş və Davuddan ya qoyunları, ya da qoyunların pulunu verməsini tələb etmişdir. Davud isə qoyunları və pulunu verməyəcəyini bildirmişdir. Bundan sonra, cavabdeh ona qoyunların bir qismini götürməsini qalanlarının isə pulunu ödəyəcəyini bildirmişdir. Bundan sonra, o, 40 baş qoyunu aparmış bir müddət saxladıqdan sonra isə 4000 manata satmışdır. O, Davuda zəng edərək qoyunları 4000 manata sardığını və qalan pulun da verməsini bildirmiş və aralarında mübahisə yaranmışdır. Bundan sonra, o, xx.xx.2023-cü il tarixdə Sabirabad rayon Polis Şöbəsinə müraciət edərək Cavabdeh ona məxsus 79 baş xırdabuynuzlu heyvanlarını və 3300 manat pulunu qaytarmağını bildirmişdir. Araşdırma zamanı o, xx.xx.2023-cü il tarixində tərtib edilmiş akta imza çəkərək, Davud tərəfindən 25 baş qoyunun və 1800 manat pulun qaytarılmasını bildirmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, cavabdeh götürdüyü öhdəliyə əməl etməyərək heyvanları sataraq öz şəxsi ehtiyyacları üçün xərcləmişdir. İddiaçı qeyd olunanlara əsasə hesab etmişdir ki, cavabdeh onun əmlakı hesabına gəlir əldə edərək əsassız varlanmışdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia ərizəsinə etiraz olaraq göstərdi ki, o, iddiaçıya 43 baş bir, 25 baş bir olmaqla 68 baş qoyun qaytarmış, həmçinin 1800 manat avtomobilin pulundan qaytarmışdır. Bundan əlavə o, iddiaçıya 60-70 baş qoyunun ölməsini bildirmişdir. Hətta ölən qoyunların hamısının hər dəfə şəkillərini də çəkib Anara telefonla atmışdır. Qoyunlar alınan zaman xətə olmuşlar. O, qoyunları mülaicə etdirmiş, həmçinin, yem olmadığı üçün qoyunlardan satıb ot almışdır. Onların arasında heç bir rəsmi və qeyri rəsmi müqavilə, razılaşma olmayıb. Sadəcə qohum olduqlarına görə iddiaçının qoyunlarıı saxlayacaqdı , amma Davud heyvanların yemini. dərmanlarını alıb verəcəkdi. Lakin Davud ona yem, dərman almaq üçün bir manat da, olsun pul göndərməmişdir. Hər dəfə Davudla razılaşaraq doğulan quzuları sataraq yem və dərman almışdır. O iddiaçının qoyunlarını və maşına görə borclu olduğu pulu tam şəkildə qaytarmışdır. Odur ki, işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılıb iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında göstərdi ki, Anar onub həyat yoldaşı, Davud isə onun qardaşıdır. Onlar Rusiya Federasiyasından gələn zaman Anarın biraz pulu olmuşdur. Anar onun qardaşı Davuda qoyun alıb saxlamağı təklif etmiş və razılaşmışlar. Amma Anarın aldığı qoyunlar qoca qoyunlar olmuşdur. Anar və Davud şərik olmuşlar. Davudun qoyunlar üzərində əziyyəti çox olmuşdur. Anar Davudun qalan qoyunlarını və çatmayan – ölmüş qoyunların da pulunu tam şəkildə Davuda qaytarmışdır. Hazırda Davudun onunla münasibətləri pozulduğuna görə qərəzli olaraq, heç bir əsas olmadan onun qardaşı Anara qaqrşı belə bir iddia qaldırır. Hələ biz Rusiyada olanda Anar Davuda zəng edi ölən qoyunlar barədə məlumat verirdi və onların şəkillərini də çəkib göndərirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında göstərdi ki, Anar onun yeznəsi, Davud isə oğludur. Qeyd olunan heyvanları onun oğlu Davud saxlamışdır. Qoyunların əksəriyyəti qoca olduğu üçün ölmüşdür. Onlar bu barədə iddiaçıya bildirən zaman iddiaçı onlara “canları sağ olsun”, “ölənin təki qoyun olsun” demişdir. Yüzdən artıq qoyunu həyətdə saxlamaq asan deyil. Hələ onların özlərinin də əllidən artıq qoyunları olub. Davud bu qədər qoyunu alıb gətirəndə oğlu ona demişdi ki, bu qədər qoyunu həyətdə saxlamaq olmaz, lakin qızlarının xatirinə etiraz etməmişlər. Qoyunlardan öləni çox olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri bardə lazımı qaydada məlumatlandırılmış İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən və Cavabdeh etiraz etməməsini nəzərə alaraq məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini əsaslı hesab etmişdir. Məhkəmə cavabdehin və şahidlərin izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutları onlara təbiq edilməli olan hüquq normaları baxımından obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı hazırkı iş üzrə İddiaçı iş üzrə Cavabdeh tərəfindən ziyan dəyməsi faktı öz təsdiqini tapmamışdır. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdeh isə tərəddüdlə iddiaçıya heç bir borcu olmadığını bildirmiş və şahidlər də, bu halı təsdiq etmişlər və cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı irəli sürdüyü tələblərini yəni, cavabdeh tərəfindən ona ziyan vurulmasının təsdiq edə biləcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı Cavabdeh onun vəsaiti hesabına alınan xırdabuynuzlu heyvanları satıb öz şəxsi ehtiyyaclarını qarşılaması halına əsaslansa da, bu ziyanın məhz cavabdeh tərəfindən vurulmasını təsdiq edə biləcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə, hər bir sübutu öz mənbəyinə, mənsubiyətinə və mötəbərliyinə görə qiymətləndirməklə, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi dəlillərini işin faktiki hallarına uyğun gəlmədiyinə görə əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərf öz tələblərinin və etirazlarının əsası kimi istinad tedii halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallarını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Hüquq ədəbiyyatında sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğunu nəzərə alınsa, bu insitut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa insan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tədbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi, yəni cavabdehin iddıaçının əmlakı heüsabına qazanc əldə edərək əsassız varlanması sübuta yetmədiyindən İddiaçı Cavabdeh qarşı «Ziyanın əvəzinin ödənilməsi barədə» iddia tələbi təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi » barədə iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: FÜZULİ PƏNAHOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar