Məhkəmə qərarları › İş №e-2(056)-833/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-833/2024

17.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-833/2024 17.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı - Cavabdeh MMC-nə qarşı «qeyri yaşayış sahəsindən çıxarılma və həmin sahənin mülkiyyətçiyə geri qaytarılması» tələbinə dair mülki işə xx.xx.2024-cü il tarixdə Sabirabad şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər Cavabdeh MMC-nə qarşı «qeyri yaşayış sahəsindən çıxarılma və həmin sahənin mülkiyyətçiyə geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX tərəfindən mülkiyyətçi kimi hüquqlarının qeydə alındığı, hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX-dən Çıxarışla mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 150,7 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun və 100 manat hüquqi yardım üçün ödənilmiş xidmət haqqının cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, DƏDRX tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan Seriya RX ******* nömrəli Çıxarışla mülkiyyətinə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 150,7 kv.m olan qeyri-yaşayış sahəsi verilmişdir. "xxxx" MMC (VÖEN:**********) direktoru adından etibarnamə əsasında çıxış edən X3 ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçı mülkiyyətində olan qeyriyaşayış sahəsini cavabdehə 5 il müddətinə icarəyə vermişdir. xx.xx.2017-ci il tarixdə qeyri-yaşayış sahəsi cavabdehin nümayəndəsi tərəfindən təhvil alınmışdır. İcarə müqaviləsi bitənədək və sonrakı müddətdə iddiaçı tərəfindən dəfələrlə cavabdehin nümayəndəsi ilə şifahi söhbətlər aparılmasına baxmayaraq hal-hazıra kimi olan müddətdə cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməmişdir. Cavabdeh ona məxsus qeyri-yaşayış sahəsini boşaldmaqdan imtina edərək onun büdcəsinə ziyan vurmaqla yanaşı həmin qeyri-yaşayış sahəsi üzərində sahiblik, istifadə və sərəncamvermə hüquqularını pozurlar. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı və onun etibarnə üzrə nümayəndəsi, həmçinin, vəkili Nümayəndə1 məhkəmə iclasında iddianı müdafiə edib, iddia ərizəsində qeyd olunanlara uyğun məzmunda izahat verərək iddia tələblərinin təmin edilməsini xahiş etmiş və iddiaçı əlavə olaraq qeyd etmişdir ki, xx.xx.2017-ci il tarixli icarə müqaviləsi bağladıqdan sonra onların arasında həmin qeyri-yaşayış sahəsinə dair 11 yanvar 2019-cu il tarixdə 5 il müddətinə yeni icarə müqaviləsi bağlanmış və bu müqavilə əsasında icarə haqqının məbləği 1050 (bir min əll) manat müəyyən edilmişdir. Həmin müqavilənin də müddəti 11 yanvar 2024-cü il tarixdə başa çatmışdır. Cavabdeh yeni müddətə icarə müqaviləsi bağlamaq istəsə də, onlar cavabdehin təklif etdiyi şərtlərlə razılaşmadıqlarından yeni müqavılə bağlamaqdan imtina etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinə etiraz edərək tərəflər arasında yeni müqavilə bağlanılması ilə əlaqədar danışıqlar getdiyini, bəzi şərtlərin razılaşdırılmadığını bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, həmçinin, qeyd etmişdir ki, hazırda onların qeyri – yaşayış sahəsini boşaltmaları şirkətə çox böyük maddi ziyana başa gələr. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan DƏDRX tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 150,7 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli İcarə müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 5 il müddətinə hər ay üçün 150 ( bir yüz əlli) manat ödənilməsi şərti ilə "xxxx" MMC-nə icarəyə verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli İcarə müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 5 il müddətinə hər ay üçün 1050 ( bir min əlli) manat ödənilməsi şərti ilə "xxxx" MMC-nə icarəyə verilmişdir. Məhkəmədə araşdırılmış sübutlar əsasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 150,7 kv.m olan qeyri yaşayış sahəsi DƏDRX tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Seriya RX ******* nömrəli Çıxarış əsasında İddiaçı mülkiyyətinə verilmişdir. Bundan əlavə, ünvan 1 ünvanında yerləşən həmin qeyri-yaşayış sahəsi xx.xx.2017-ci il tarixli İcarə müqaviləsinə əsasən 5 il müddətinə hər ay üçün 150 (bir yüz əlli) manat ödənilməsi şərti ilə "xxxx" MMC-nə icarəyə verilmişdir. Daha sonra, tərəflər müqavilə şərtlərini dəyişməklə yenə də həmin qeyri-yaşayış sahəsinin 5 il müddətinə hər ay üçün 1050 ( bir min əlli) manat ödənilməsi şərti ilə xx.xx.2019-u il tarixli yeni icarə müqaviləsi bağlamışlar. Müqavilənin müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. Lakin həmin qeyri-yaşayış sahəsinin cavabdehin və ya hər hansı üçüncü şəxslərin istifadəsinə verilməsi barədə hazırda sənəd və ya icazə olmadığı halda, cavabdeh tərəfindən həmin qeyri-yaşayış sahəsinə müdaxilə edilərək, qeyriyaşayış sahəsini zəbt edərək, qeyri-yaşayış sahəsinin qanuni sahibi və mülkiyyətçisi olan İddiaçı mülkiyyət hüququ əsasında malik olduğu qeyri-yaşayış sahəsindən istifadə etməsinə maneçilik və məhdudiyyətlər yaratmış və bununla da onun səhəyə olan istifadə və sahiblik hüquqlarını pozmuşlar. Bu səbəbdən iddiaçı cavabdehə qarşı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcələnin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcələnin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin xx.xx.2017-ci il tarixli və xx.xx.2019-cu iltarixli müqavilələrə əsasən, müddəti xx.xx.2024-cü il tarixdə bitmiş icarə müqaviləsi əsasında istifadə etmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında müqavilənin vaxtı bitməsinə baxmayaraq qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, İddiaçı mülkiyyətində olan əmlakın cavabdeh tərəfindən boşaldılmasını və ona təhvil verilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin MPM-nın 119.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddia tələbləri əsas hissədə tam təmin edildiyi üçün, iddianın ödənilmiş dövlət rüsumu əvəzi olan 100 manat və hüquqi xidmətə görə çəkilmiş xərci əvəzi 100 manat pulun cavabdehdən tutulması hissəsi də təmin olunmalıdır. MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-nın 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan kassa mədaxil qəbzi ilə müəyyən olunur ki, iddiaçı tərəfindən Saatlı Rayon Vəkil Bürosunun hesabına 100 manat ödəniş edilmişdir. Həmçinin, ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, hazırkı iddia təmin olunduğundan, məhkəmə xərclərinə aid edilən ödənilmiş 100 AZN dövlət rüsumu və 100 manat hüquqi xidmət haqqının əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş (xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* nömrəli) Çıxarış əsasında ünvan 1 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan, ümumi sahəsi 150,70 kv.m qeyri-yaşayış sahəsindən Cavabdeh MMC istifadəsi dayandırılaraq çıxarılsın (boşaldılsın) və həmin qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar