Məhkəmə qərarları › İş №e-2(056)-839/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(056)-839/2025

19.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № e-2(056)-839/2025 19.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakimi Səlim Məhərrəm oğlu Allahverdiyevin sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi ilə, İddiaçı “X1” X3 Cavabdeh qarşı «istifadəyə verilmiş avadanlıqlarının naturada qaytarılması» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı “X1” X5 Cavabdeh qarşı «istifadəyə verilmiş avadanlıqlarının naturada qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəməyə elektron ərizə ilə müraciət edərək, sənədlərinin özlərinə geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh məhkəmə iclasına gəlməmiş və işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı “X1” X3 Cavabdeh qarşı «istifadəyə verilmiş avadanlıqlarının naturada qaytarılması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar