Məhkəmə qərarları › İş №e-2(057)-1048/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1048/2025

04.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1048/2025 04.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndəun, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 (üç min) manat pul və ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Salyan rayonu X5 Tam Orta Məktəbin direktorudur. 2020-ci ildə qızı Aytəkinin məktəbdə işə düzəlməsi ilə bağlı sənədləşmiş işlərini düzəldilməsi zamanı ondan 4000 manat pul almışdır. Ona qızı Aytəkinin gələcək vaxta istiqamət verərək öz məktəbinə düzəldəcəyini bildirmişdir. Amma heç bir iş görülmədiyi üçün tərəfindən Salyan Rayon Prokurorluğuna müraciət edildi. Şikayət zamanı onunla razılığa gələrək pulundan 1000 manat vermiş və qalan məbləği aylara bölüb hər ay 1000 manat ödəyəcəyini bildirdi. O yalnız yazılı şəkildə olduğu halda razılaşacağını bildirdi və mediasiyaya müraciət etdi. Həmçinin mediasiya xərclərini cavabdeh özü ödədi və ilkin olaraq 1000 manat da ödədi. Daha sonra isə dəfələrlə çağırsada barışıq sazişini imza etməyə gəlmədi və pulunu ödəmədi. xx.xx.2024-cü ildə İddiaçı ilə Cavabdeh arasında barışıq sazişi yazılmaqla razlığa gəlinmişdi: Cavabdeh İddiaçı 4000 (dörd min) manat pulu aldığını etiraf edir və İddiaçı ilkin olaraq xx.xx.2024-cü il tarixdə 1000 (bir min) manat ödəyir, 2024-cü il Sentyabr ayının 20-də 1000 (bir min) manat, 2024-cü ilin Oktyabr ayının 20-də 1000 (bir min) manat, 2024-cü ilin Noyabr ayının 20-də 1000 (bir min) manat ödəməklə qalan 3000 (üç min) manat pulu ödəməyi öhdəsinə götürür. Cavabdeh tərəfindən Sentyabr ayında ödəniş edilmədiyi halda Cəfərova X1 icra edilməsi üçün Salyan rayon Məhkəməsinə ərizə təqdim edir və ödənilmiş rüsumlarda Cavabdeh tutulur. Amma barışıq sazişinin pulunu ödəməsinə və 1000 manat ödəməsinə baxmayaraq qalan 3000 (üç min manat pulu bugünə kimi qaytarmır. Bir dəfə də ona teleqram vurulmuşdur. Cavabdeh tərəfindən qeyd olunmuş xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişindəki şərtlərə uyğun pulu ödəməmişdir. Odur ki, Cavabdeh 3000 (üç min) manat pul və 50 manat dövlət rüsumu Cavabdeh alınaraq ona verilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İddiaçı borcunun olduğunu etiraf etmiş və ona olan borcunu qısa müddətdə qaytaracağını bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli Barışıq Sazişindən görünür ki,

1. Cavabdeh İddiaçı 4000 (dörd min) manat pulu aldığını etiraf edir və İddiaçı ilkin olaraq xx.xx.2024-cü il tarixdə 1000 (bir min) manat ödəyir, 2024-cü il Sentyabr ayının 20-də 1000 (bir min) manat, 2024-cü ilin Oktyabr ayının 20-də 1000 (bir min) manat , 2024-cü ilin Noyabr ayının 20-də 1000 ( bir min) manat ödəməklə qalan 3000 (üç min) manat pulu ödəməyi öhdəsinə götürür. 2. Cavabdeh tərəfindən sentyabr ayında ödəniş edilmədiyi halda Cəfərova X1 icra edilməsi üçün Salyan rayon Məhkəməsinə ərizə təqdim edir və ödənilmiş rüsumlarda Cavabdeh tutulur. İş materiallarına əlavə edilmiş İddiaçı Salyan Rayon Prokurorluğunda xx.xx.2024-cü il tarixdə verdiyi izahatından görünür ki, o, 2020-ci Cavabdeh ümumilikdə 4000 manat pul verdiyini bildirmişdir. İş materiallarında olan Cavabdeh Salyan Rayon Prokurorluğunda xx.xx.2024-cü il tarixdə verdiyi izahatından görünür ki, o, 2020-ci ildə Seyranə ilə tanış olduqdan sonra ondan 4000 manat borc aldığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcun qaytarılması ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) borcun qaytarılmasına və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh iddianı qəbul edib onu etiraf etdiyindən Cavabdeh 3000 (üç min) manat məbləğində pulun İddiaçı xeyrinə ödənilməsi tələbi barədə iddia tələbi əsaslıdır və iddia tam təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3000 (üç min) manat pul və ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə

Q Ə T E T D İ:

İddia tələbi təmin edilsin. Cavabdeh 3000 (üç min) manat pul və ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar