Məhkəmə qərarları › İş №e-2(057)-1156/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1156/2025

19.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1156/2025 19.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 26900 manat, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 250 manat, 172,37 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 27322,37 manat pul məbləğinin alınaraq iddiaçının xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, İddiaçı 2019-cu ildən Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Lombard” adlı kredit təşkilatında xəzinədar vəzifəsində çalışır. Cavabdeh işlədiyi kredit təşkilatının yanında yerləşən “Klass Man” adı ilə fəaliyyət göstərən kişi geyimləri mağazasından tanımışdır. O, 2023-cü ilin mart ayında işdə olan zaman Cavabdeh iş yerinə gələrək, oğlunun onkoloji xəstə olduğunu və bu səbəbdən pula ehtiyacı olduğunu bildirdi. Övladının xəstəliyinin müalicəsi kimi ondan 2000 (iki min) manat pul istədi. Bu zaman o, Elxana o qədər pulunun olmadığını, ancaq 1-2 nəfər tanışlarından istəyə biləcəyini bildirdi. Təxminən 1 həftə sonra işdə olduğu zaman Elxan ona zəng edərək pulu tapıb-tapmadığını soruşdu. O də Elxana 2000 manat pul əldə etdiyini söylədi. Cavabdeh iş yerinə gəldi və o iş yerində 2000 manat məbləğində pulu ona verdi. Cavabdeh ondan pulu götürən zaman 2-3 gün ərzində geri qaytaracağını bildirsə də aldığı 2000 manat pulu söz verdiyi vaxtda qaytarmadı. Daha sonra Cavabdeh övladının xəstəliyini və işlətdiyi mağazaya mal alacağını bəhanə gətirərək 2023-cü ilin mart ayından may ayına qədər ondan 34.000 manat pul aldı. Bir insan olaraq onun düşdüyü vəziyyəti, övladının xəstəliyini nəzərə alaraq qeyd edilən zaman ərzində bu pulları ona verdi. Bir müddət sonra verdiyi pulları Cavabdeh geri istədiyi zaman o, Badamdar qəsəbəsində özünə məxsus evini, həmçinin Qobustan qəsəbəsində yerləşən torpaq sahəsini sataraq ona olan borcunu geri qaytaracağını, eləcə də işlətdiyi “Klass Man” mağazasında 160.000 manatlıq malının olduğunu və həmin malların satışı zamanı əldə etdiyi gəlirdən müəyyən qədərini borc pulu müqabilində ona verəcəyini bildirdi. Lakin Cavabdeh bu günə qədər verdiyi vədlərin heç birini yerinə yetirməyib. Cavabdeh borclu olduğu pulu qaytarmadığını görüb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etdi. Cavabdeh və o polis idarəsinə dəvət edilərək izahatları alındı. Cavabdeh polis idarəsində verdiyi izahatında ona 30.000 manat məbləğində borcu olduğunu etiraf etmiş və dayısı X4 da həmin borc məbləğini bildiyini öz ifadəsi ilə təsdiqləmişdir. Bundan başqa istintaq zamanı ifadələri alınan Cavabdeh əmisi Zahid və qayınatası İlham adlı şəxslər Elxan tərəfindən bocunun qaytarılmadığı təqdirdə həmin pul məbləğinin onlar tərəfindən ona qaytarılacağına dair öhdəlik götürmüşlər. Lakin Cavabdeh əməlində cinayət tərkibi olmadığından Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Əli Məmmədovun icraatında olan 977 nömrəli iş üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə 03 mart 2024-cü il tarixli Qərar qəbul edilmişdir. Sözügedən qərarda Cavabdeh ona 30.000 manat məbləğində borcunun olduğunu öz təsdiqini tapmış və cavabdeh bu borcu qaytarmaqdan qəsdən yayındığını açıq-aşkar etiraf etmişdir. Nəsimi Rayon Polis İdarəsinə aparılan profilaktik söhbətlərdən sonra Cavabdeh aşağıda göstərilən vaxtlarda borcundan müəyyən qədər ödənişlər etmişdir. 10 mart 2024-cü il tarixində 500 manat; 10 aprel 2024-cü il tarixində 500 manat; 20 may 2024-cü il tarixində 500 manat; 02 avqust 2024-cü il tarixində 500 manat; 09 sentyabr 2024-cü il tarixində 500 manat; 10 dekabr 2024-cü il tarixində 300 manat; 14 yanvar 2025-ci il tarixində 250 manat; 28 yanvar 2025-ci il tarixində 50 manat. Beləliklə, ümumi 30.000 manat borcundan müxtəlif vaxtlarda hissə-hissə olmaqla cəmi 3100 manat ödədikdən sonra Cavabdeh ona yekun olaraq 26.900 manat borcu qalmışdır. Xüsusilə qeyd etmək istərdi ki, yuxarıda göstərilən ödəniş tarixlərini yazılı formada elə cavabdehin özünə də 17 yanvar 2025-ci il tarixində whatsap proqramı vasitəsi ilə göndərib, onu da qalan 26.900 manat borc məbləği barədə məlumatlı etmişdir. Artıq bir neçə aydır ki, Cavabdeh borclu olduğu məbləğdən heç nə ödəmir və ödəməkdən də qəsdən yayınır. Bu səbəbdən də cavabdehin borcunun qanuni şəkildə alınaraq ona geri qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəməyə müraciət edilməsi üçün 171 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119-cu maddəsinin tələblərini rəhbər tutaraq, məhkəməyə müraciət üçün ödədiyi 171 manat məbləğində dövlət rüsümunun da cavabdehdən tutularaq ona ödənilməlidir. Digər tərəfdən hüquqi xidmət göstərilməsi üçün vəkilə 250 manat məbləğində pul vəsaiti ödənilmişdir. Mülki Prosessual Məcəllənin 121.1ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Odur ki, Cavabdeh borclu olduğu 26900 manat, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 250 manat, dövlət rüsumu olaraq ödənilmiş 172,37 manat, cəmi 27322,37 (iyirmi yeddi min üç yüz iyirmi iki manat otuz yeddi qəpik) manat pul məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehin borclu olduğu pul məbləğindən 300 manat ödəniş etdiyi üçün hal-hazırda borcunun 26600 manat qaldığını, odur ki, cavabdehdən 26600 manat pul məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi Vəkil nümayəndəsi olduğu şəxsin dediklərini bir daha təsdiq edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya 15000 min manat borcu olmuş, 3400 manatını qaytarmış və hazırda 11600 manat borcu qalmışdır. Nəsimi RPİ-də aralarında olan razılaşmaya əsasən əmisi, qaynatası və özünün iştirakı ilə 30000 manat borcunu etiraf edərək, hər ay 500 manat ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X1 bildirmişdir ki, iddiaçının qohumudur. Nəsimi RPİ-də olarkən Elxan iltizam verərək, İlahəyə olan 30000 manat borcunu aybaay 500 manat olmaqla qaytaracağına söz vermişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “Whatsapp” yazışmalarında olan fotoşəkillərdən görünür ki, İddiaçı ilə Cavabdeh arasında borc barəsində mütəmadi danışıqlar aparılmış, cavabdeh borclu olduğunu etiraf etmiş və borcunu yaxın günlərdə qaytaracağını bildirmişdir. İş materiallarına əlavə olunmuş qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 171 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhər Nəsimi Rayon Polis idarəsinin İŞ-nin müstəntiqi, polis kapitanı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, araşdırma zamanı izahatı alınmış İddiaçı izahatında bildirmişdir ki, “2019-cu ilin may ayında Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Lombard” adı ilə fəaliyyət göstərən kredit təşkilatında xəzinədar vəzifəsində işləyirəm. Cavabdeh mənim işlədiyimi Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Lombard” adı ilə fəaliyyət göstərən kredit təşkilatının yaxınlığında yerləşən “Klas Man” adı ilə fəaliyyət göstərən kişi geyim mağazasında işləyirdi. İşlədiyimiz müddət ərzində Elxanı tanımışam. 2023-cü ilin mart ayında işdə olan zaman Elxan işlədiyimi yerə gələrək məndən oğlunun xərçəng xəstəsi olduğunu və pula ehtiyacı olduğunu bildirdi. Borc kimi məndən 2000 manat pul istədi. Bu zaman mən, Elxan o qədər pulumun olmadığını ancaq bir iki nəfər tanışlarımdan istəyəcəyimi bildirdim. Təxminən 1 həftə sonra Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Lombard” adı ilə fəaliyyət göstərən kredit təşkilatında işdə olan zaman Elxan istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə mənə bir neçə dəfə zəng edərək pulu tapıb-tapmadığımı soruşurdu. Mən, həmin zaman Elxana 2000 manat pulu tapdığımı bildirdim. Elxan mənim işlədiyimi yerə gəldi və mən, 2000 manat pulu Elxana verdim. Elxan məndən pulu götürdü və 2-3 gün ərzində geri qaytaracağını bildirdi. Daha sonra isə mən, Elxandan həmin pulu istədikdə o mənə müxtəlif bəhanələr gətirərək pulu geri qaytarmamışdır. Daha sonra Elxan yenidən məndən 2023-cü ilin mart ayından başlayaraq o023-cü ilin may ayında qədər məndən 34000 manat pul almışdır. Həmin pulları məndən alan zaman isə səbəb olaraqda oğlunun xərçəng xəstəsi olduğunu və müalicəsinə görə aldığını bildirdi. Mən, Elxandan verdiyim pulları geri istəyən zaman o, mənə Badamdar qəsəbəsində evinin, Qobustan qəsəbəsində isə torpaq sahəsinin olduğunu və onları sataraq borcunu geri qaytaracağını deyirdi. Əlavə olaraqda onun Bakı şəhəri, Yasamal rayonu ərazisində “Klas Man” adı ilə fəaliyyət göstərən kişi geyim mağazasını dayısının olduğunu və 2023-cü ilin ferval ayında ona verdiyini demişdi. Hətta 160000 manatlıq məhsulunun olduğunu və həmin məhsulların Satışı zamanı əldə olunmuş gəlirdəndə mənə müəyyən qədərini verdiyim borc pulun Qarşılığında qaytaracağını demişdir. Lakin sonradan Elxan verdiyi vəddlərin heç birisini yerinə yetirməmiş və mənə ümumilikdə 34400 manat məbləğində maddi ziyan vurmuşdur”. Aparılan araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında qeyd etmişdir ki, “Bakı şəhəri, Yasamal rayonunda Yerləşən “KlassMan” adı ilə fəliyyət göstərən kişi geyim mağazası dayım Faiq Soltanovun idi. 4020-ci il tarixində 2023-cü il tarixinə qədər həmin mağazada satıcı kimi işləmişəm. 2023-cü il tarixdə isə Faiq işlədiyimi “KlassMan” mağazasını satmaq istədiyini və yaxud mənə verə İləcəyini dedi. Bunun qarşılığında isə mən, Faiqə aylıq olaraq satdığım məhsulların Qarşılığında 8000 (səkkiz min) manat pul ödəməyimi bildirdi. İşlətdiyim Bakı şəhəri, Yasamal ayonunda yerləşən “KlassMan” adı ilə fəliyyət göstərən kişi geyim mağazasının yanında Yerləşən “Lombard” adı ilə fəaliyyət göstərən kredit təşkilatında işlən İlahə adlı xanımı lanımışam. Təxminən 2023-cü il tarixində mart ayında İlahənin işlədiyi yerə gedərək ondan şlətdiyimi “KlassMan” adı ilə fəaliyyət göstərən kişi geyim mağazasının aylıq arenda pulunu Üdənilməsi üçün onda borc kimi 1500 (min beş yüz) manat pul istədim. İlahə bunun qarşılığında mənə 1500 (min beş yüz) manat pul verəcəyini əlavə olaraqda 200 (iki yüz) manat alacağını bildirdi. Məndə İlahənin bu təklifi ilə razılaşdım. İlahədə mənə həmin zaman 1500 (min beş yüz) manat pul verdi. Təxminən 1 həftə sonra mən, İlahənin işlədiyi Bakı şəhəri, Yasamal rayonu, “Lombar” adı ilə fəaliyyət göstərən kredit təşkilatında 1700 (min yeddi yüz) manat pulu özünə verdim. Daha sonra yenidə təxminən 2023-cü il aprel ayında İlahədən “KlassMan” adı ilə fəaliyyət göstərən kişi geyim mağazana məhsul almaq üçün pula ehtiyyacımın olduğunu və mənə borc kimi 1500( min beş yüz) manat pul istədim. İlahənə mənə pulu verə biləcəyini lakin əlavə olaraq 500(beş yüz) manat pul alacağını dedi. Məndə İlahə ilə razılaşdım və pulu 1(bir) ay müddətində geri qaytaracağımı bildirdim. Daha sonra İlahə ilə razılaşdıq və İlahə mənə 1500( min beş yüz) manat pulu bank kartında göndərdi. Daha sonra işlərimin pis getməsi səbəbində satış edə bilmədiyim üçün və İlahədə aldığım pula məhsul sifariş verə bilmədim. Həmin puluda mağazanın komunal xərclərinə xərclədim. İlahədən aldığım 1500(min beş yüz ) manat pulu geri qaytara bilmədim. Sonuncu dəfə 2023-cü il may ayında qızımın xərçəng xəstəsi olduğunu İlahəyə deyərək ondan 2000(iki min) manat pul istədim. Bunun qarşılığında İlahəyə əlavə olaraq 300(üç yüz) manat pul qaytarmal idim. Ümumilikdə İlahədən 15000( on beş min) manat pul almışam və 15000(on beş min) manat pulun qarşılığında İlahəyə əlavə olaraq 7000(yeddi min) manat pul ödəməli idim. Təxminən 2023-cü ilin iyun ayında dayım Faiq məndən işlətdiyim “KlassMan” adı ilə fəaliyyət göstərən kişi geyim mağazasını geri aldı, Daha sonra işsiz qaldığım üçün İlahədən aldısım 30000 (otuz min) manat pulu geri qaytara bilməmişəm. Baş vermiş hadisə nəticəsində tərəfimdən İddiaçı 30000(otuz min) manat maddi ziyan dəymişdir. Dəymiş maddi ziyanı, ödəməyə. razıyam. Ancaq həmin ödənişi aylara bölməklə ödəyə bilərəm. Yaşadığım evi satdıqdan sonra isə qalan borcumu bağlayacağıma söz verirəm.” Göründüyü kimi, cavabdeh cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarda etiraf edilən 30000 manat məbləğdə pul vəsaitinin cavabdehə verilməsi faktını da qabartmış, məhkəmə iclasında iddiaçıya iddiaçıya 11600 (on bir min altı yüz) manat borcunun olduğunu bildirsə də, iddiaya olan etirazın əsası kimi istinad etdiyi hallara dair öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, Cavabdeh İddiaçı ümumilikdə 30000 manat məbləğdə borc pul almış və ondan 3400 manat hissəsini geri qaytarmışdır. Ancaq qalan hissənin – 26600 manat məbləğdə pulun qaytarılması barədə hər hansı mötəbər sübut yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Nəzərə alınmalıdır ki, MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan, həmin dövrdə qüvvədə olan MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinin tələbinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 61 (altmış bir) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, iş materillarına əlavə olunmuş qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən hüquqi xidmətin göstərilməsi üçün vəkilə 250 manat pul ödənilmişdir. Məhkəmə hesab edir ki, cavabdehdən vəkilə ödənilmiş cəmi 200 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 26600 (iyirmi altı min altı yüz) manat, vəkilə ödənilmiş 200 (iki yüz) manat və məhkəməyə dövlət rüsumu olaraq ödənilmiş 170.14 (bir yüz yetmiş manat on dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 26600 (iyirmi altı min altı yüz manat) manat, vəkilə ödənilmiş 200 (iki yüz) manat və məhkəməyə dövlət rüsumu olaraq ödənilmiş 170.14 (bir yüz yetmiş manat on dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar