Məhkəmə qərarları › İş №e-2(057)-1276/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1276/2023

28.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1276/2023 28.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X1 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı nümayəndəsi Vəkil rayon məhkəməsinə verdiyi iddia ərizəsində 2720 AZN, ödənilməmiş pulun, bank uçot dərəcəsi nəzərə alınaraq 244,80 AZN əlavə pulun, 250 AZN hüquq xidməti üçün çəkilmiş xərcin, 52,15 AZN dövlət rüsumunun, ümumilikdə 3262 AZN pulun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Vəkil rayon məhkəməsinə verdiyi iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerlşən, Kod 13007959- 10301 saylı reyestr nömrəli ona məxsus fərdi yaşayış evini 2 ailəyə, hər birinə ayrı-ayrılıqda aylıq 250 AZN olmaqla kirayəyə vermişdir. Krayəçilər hər ay ümumi 500 AZN olan kirayə haqqını İddiaçının qabaqcadan tanıdığı və razılaşdığı daşınmaz əmlakın alqı-satqsı ilə məşğul olan Cavad adlı şəxsə təhvil vermiş, Cavad adlı şəxs vəfat etdikdən sonra iddiaçı kirayə haqqını hər ay həmin ünvanda meyvə ticarəti ilə məşğul olan, qabaqcadan tanıdığı və razılaşdığı Cavabdeh təhvil alırdı. Lakin bir müddət sonra cavabdeh müxtəlif bəhanələr gətirərək aylıq kirayə haqqını iddiçıya təhvil verməmişdir. İddiaçı cavabdehdən dəfələrlə kirayə haqqını ona təhvil verməsini istəsə də, sonuncu bəzi problemlərinin olduğunu deyərək iddiaçı ilə daha sonra görüşəcəyini bildirmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdeh etibardan sui-istifadə edərək kirayə haqqı olan 2720 AZN məbləği İddiaçıya təhvil verməyərək öz şəxsi istifadəsi üçün xərcləmişdir. Daha sonra iddiaçı cavabdehlə görüşmüş və pulun ona qaytarılmasını bildirmişdir. O, da öz ehtiyacı üçün xərclədiyi kirayə haqqı olan 2720 AZN olan məbləği tez bir zamanda ödəyəcəyini bildirərək iltizam yazmışdır.Lakin cavabdeh hələ də pulu iddiaçıya qaytarmayaraq borclu qalmışdır. Mərkəzi Bankın veb saytında xx.xx.2023-cü il tarixə olan uçot faiz dərəcəsi 9% müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsinə yazılanlara uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh bildirmişdir ki, iddiaçının qardaşı Elmanı tanıyır. Elşənin Bakıda evi var, həmin evi iki nəfərə Pərvanəyə 150 manat, Ramilə isə 350 manata kirayə vermişdir. Özü meyvə-tərəvəz dükanında işləyir. Kirayə pulunu əvvəllər alan Cavad müəllim ona kirayə pulunu kirayəçidən götürməyi və daha sonra kirayəyə verənə verməyi demişdir. Cavad 2021-ci ilin yanvar ayında vəfat etmiş, sonrakı müddətdə yığılan 2720 manat məbləğində kirayə haqqını yığıb özündə saxlamış və daha sonra öz ehtiyacları üçün sərf etmişdir. İddiaçıya olan borcunu etiraf edir və həmin borcu hissə-hissə qaytaracağına söz verir.Verilmiş iddiada əsas borc olan hissəni etiraf edir, qalan hissədə rədd olunmasını xahiş etdi. İş materiallarında olan reyestr nömrəsi **********59-10301 olan ümumi sahəsi 84,7 kvadratmetr, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsi ev 9, Yeni qaydalarla ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus evdə kirayədə yaşayan kiaryəçilərdən 2720 AZN məbləğində pulu alıb sonuncuya təhvil vermədən öz şəxsi xərcləri üçün istifadə etmişdir. Həmin pulu hər ay 300 manat az olmamaq şərtilə 2023-cü ilin aprel ayına qədər İddiaçı ödəyəcəyinə söz vermişdir. Məhkəmə hər iki tərəfi dinləyib işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh iddiaçya aid olan kirayə haqqını kirayəçilərdən götürmüş və 2720 AZN məbləği iddiaçıya təhvil verməyərək öz şəxsi istifadəsi üçün xərcləmişdir.İddiaçı dəfərlələ pulunu tələb etsə də, cavabdeh buna məhəl qoymamış və aldığı pulu qaytarmaqdan imtina etmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaçı qarşısında olan öhdəliyi icra etməmişdir. Həmçinin iddiaçı haqlı olaraq bank uçot dərəcəsi nəzərə alınaraq 244,80 AZN əlavə pulun da cavabdehdən alınaraq ona verilməsini tələb etmişdir. İddiaçının hüquqi yardıma görə ödənilmiş 250 manat tələbi ilə bağlı isə məhkəmə qeyd edir ki, vəkilə 250 manat ödənilməsi ilə bağlı konkret hallar və çıxış üçün hesab təqdim olunmadığından, həmin məbləğ ağlabatan məbləğdə, yəni 100 manat pulun Cavabdeh alınaraq iddiaçı Cavabdeh ödənilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 449.1-ci maddəsində qeyd edilmişdir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 529.1-ci maddəsində qeyd olunmuşdur ki, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 529.4. Borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. 529.5. Borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. 529.6. Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. 529.7. İcra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdehin yazdığı borc sənədinin iddiaçıda olması bir daha onu göstərir ki, cavabdeh tərəfindən üzərinə düşən öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 121.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 121.2. Bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilən məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2720 manat, bank uçot dərəcəsinə görə 244,80 manat, hüquqi yardıma görə 100 manat, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 49 manat alınıb iddiaçı Cavabdeh verilsin. İdda tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. SƏDRLİK EDƏN HAKİM Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar