Məhkəmə qərarları › İş №e-2(057)-138/2024

Salyan Rayon Məhkəməsi Qərardad — İş №e-2(057)-138/2024

24.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(057)-138/2024 24.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul və maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh 10000 manat pulun və iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 120 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia tələbinin Cavabdeh tərəfindən ona ödənildiyini və aralarında razılıq olduğunu bildirmişdir. Buna şahid kimi atası X2 və qayınatası X1 olmuşdur. Pul onlara təqdim edilmişdir. İddia ərizəsinin baxılmamış saxlanılmasını və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh borcundan 7000 manat qaytardığı üçün iddia tələbi həcminin 3000 manata gədər azaldılması barədə ərizə təqdim etmiş və xx.xx.2023-cü il tarixli ərizənin nəzərə alınmamasını, işə mahiyyəti üzrə baxılıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə yenidən ərizə ilə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh ərizənin geri qaytarılmasına etiraz etməmişdir. Məhkəmə iddiaçının vəsatətini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 170.1.-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə iddiaçının göndərdiyi ərizə üzrə mülki işin baxılmamış saxlanılmasına dair tələbinə qiymət verərək qeyd edir ki, qanunvericilikdə məhkəmə hazırlıq iclasında mülki işin baxılmamış saxlanılması yox, məhz iddia ərizəsinin geri qaytarılması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı göndərdiyi ərizə üzrə mülki işin baxılmamış saxlanılmasını tələb etsə də, əslində, o, ərizənin ona əlavə edilmiş sənədlərlə birlikdə məhkəmə hazırlıq iclasından geri qaytarılması nəzərdə tutmuşdur. Məhkəmə hesab edir ki, hazırlıq iclasında iddiaçı məhkəməyə ərizə göndərərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən qanunvrericiliyin tələbinə əsasən həmin iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə ona geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 170, 259- 260-cı, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı vəsatəti təmin edilsin. İddiaçı Cavabdeh qarşı “pul və maddi ziyan” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı ödədiyi 120 manat dövlət rüsumu Dövlət büdcəsi (Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi) tərəfindən ona qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar