Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1505/2023 06.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun katibliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti rayon məhkəməsinə verdiyi iddia ərizəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə edilən “Toyota Prius” markalı, ** CR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Toyota Prius” markalı ** FR *** dövlət qeydiyyat nişanlı, “LADA 21214” markalı ** AC *** dövlət qeydiyyat nişanlı,“Opel Astra” markalı, ** UC *** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobillər ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, “Toyota Prius” markalı, ** FR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1568 manat, “LADA 21214” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 798 manat, “Opel Astra” markalı, ** UC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1362 manat, “Chevrolet Cruze” markalı, ** NX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1272 manat sığorta ödənişləri həyata keçirmişdir. xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. Hesab edir ki, 5000 manat pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh “Toyota Prius” markalı, ** FR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1568 manat, “LADA 21214” markalı ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 798 manat, “Opel Astra” markalı, ** UC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1362 manat, “Chevrolet Cruze” markalı, ** NX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1272 manat olmaqla, cəmi 5000 manat pulun və ödənilmiş 70,40 manat məbləğin Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Sığorta Şirkətinin nümayəndəsi Nümayəndə məhkəməyə göndərdiyi ərizədə işə onların iştirakı olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdlir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə sonuncunun iştirakı olmadan işə Azəbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan 18 noyabr 2022-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh tələblə bağlı xəbərdar olunmuşdur. İş materiallarında olan 113698 nömrəli sığorta aktından görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Prius” markalı, ** FR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə X1 1568 manat sığorta ödənişi verilmişdir. İş materiallarında olan yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 15 noyabr 2022-ci il tarixli hesabatın surətindən görünür ki, baş vermiş hadisə nəticəsində “Lada 21214” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın 1025 manat həcmində olduğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli PRP**********921 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC X3 dəymiş zərərə görə 1362 manat sığorta ödənişi etmişdir. İş materiallarında olan 114005 nömrəli sığorta aktından görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “LADA 21214” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə "xxxx" MMC-yə 798 manat sığorta ödənişi verilmişdir. İş materiallarında olan yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 15 noyabr 2022-ci il tarixli hesabatından görünür ki, baş vermiş hadisə nəticəsində “Chevrolet Cruze LS Minik” markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın 1635 manat həcmində olduğu müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli 299 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC "xxxx" MMC-yə dəymiş zərərə görə 798 manat sığorta ödənişi etmişdir. 114932 nömrəli sığorta aktından görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Chevrolet Cruze LS Minik” markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə X2 1272 manat sığorta ödənişi verilmişdir. İş materiallarında olan yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 15 noyabr 2022-ci il tarixli hesabatından görünür ki, baş vermiş hadisə nəticəsində “Tayota Prius (Hibrid)” markalı, ** FR *** qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın 2015 manat həcmində olduğu müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli PRP**********226 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC X2 dəymiş zərərə görə 1272 manat sığorta ödənişi etmişdir. 113696 nömrəli sığorta aktından görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Opel Astra” markalı, ** UC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə X3 1362 manat sığorta ödənişi verilmişdir. İş materiallarında olan yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 15 noyabr 2022-ci il tarixli hesabatından görünür ki, baş vermiş hadisə nəticəsində “Opel Astra” markalı, ** UC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın 1750 manat həcmində olduğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli PRP**********951 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC X1 dəymiş zərərə görə 1568 manat sığorta ödənişi etmişdir. İş materialında olan inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmiş və 100 manat məbləğində cərimə edilmişdir. İş materialında olan xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə inzibati protokol tərtib barəsində 100 manat cərimə tənbehi tətbiq edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində qeyd olunmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 936.2-ci maddəsində qeyd olunmuşdur ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində qeyd olunmuşdur ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.Subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Bu Qanunun 32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda kompensasiya ödənişi həyata keçirildikdə, müvafiq icbari sığorta müqaviləsi üzrə faydalanan şəxsin sığortaçı və ya müvafiq hallarda sığortaçının ləğvetmə komissiyası qarşısındakı tələb hüququ verilmiş kompensasiya ödənişi həcmində bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosuna keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216- 220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh “Toyota Prius” markalı, ** FR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə1568 manat, “LADA 21214” markalı ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 798 manat, “Opel Astra” markalı, ** UC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1362 manat, “Chevrolet Cruze” markalı, ** NX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1272 manat olmaqla, cəmi 5000 manat və dövlət rüsumu kimi ödənilmiş 70,40 manat Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №e-2(057)-1505/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1505/2023
06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver