Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1554/2024 28.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı1, İddiaçı2, İddiaçıların nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 Kivas oğlu və İddiaçı2 Cavabdeh, maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi, Salyan rayon İcra Hakimiyyəti və "xxxx" MMC-yə qarşı “evə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı3 Kivas oğlu və İddiaçı2 nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1, İddiaçı3 Kivas oğlu və İddiaçı2 ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməsi, Cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşən mənzilə reyestr çıxarışının hazırlanması, həmin mənzilə dair mənzil kirayə müqaviləsi və çıxarışın verilməsi üçün zəruri sənədlərin verilməsi üçün Salyan rayon İcra Hakimiyyəti, "xxxx" MMC və DƏDKR PHŞ 13 saylı Şirvan Ərazi İdarəsinin əməkdaşlarına yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıların nümayəndəsi vəkil Nümayəndə iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı3 Kivas oğlu və İddiaçı2 atası İsmiyev Kifas xx.xx.2009-cu ildə, anaları X5 xx.xx.2020-ci ildə vəfat etmişdir. Salyan şəhəri, X.R.Ulutürk küçəsi, 30 saylı evin 37 saylı mənzili X3 Salyan XDSİK xx.xx.1990-cı il tarixli 865 saylı orderlə 04 nəfər ailə üzvünə verilmişdir. Cavabdeh hazırda onları evə buraxmır və təkbaşına birgə mülkiyyətdə olan evə reyestr çıxarışı alınmasına imkan yaratmır və mənzilin sənədləşdirilməsinə maneəçilik törədir. Orderdə göründüyü kimi iki iddiaçının adı var və bir iddiaçıda qanun üzrə vərəsə hesab edilir. Evin sənədləşdirilməsi üçün Salyan RİH rəsmi sənəd verilməsinə baxmayaraq sənədləşmə üçün cavabdeh icazə vermir və mülkiyyət və vərəsəlik hüquqlarını pozaraq məhdudlaşdırır. Ona görə də onların həmin mənzilə köçürülməkləri təmin edilməli və Salyan RİH, "xxxx" MMC və DƏDKR PHŞ 13 saylı Şirvan Ərazi İdarəsinin əməkdaşlarına həmin mənzilin ölçü işləri aparılmasına şərait yaradılmalıdır. Məhkəmə iclasında çıxış edən İddiaçı2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh onun bacısıdır. X1 xx.xx.2009-cu ildə, anaları X5 xx.xx.2020-ci ildə vəfat etmişdir. Salyan şəhəri, X.R.Ulutürk küçəsi, 30 saylı evin 37 saylı mənzili anası X3 Salyan XDSİK xx.xx.1990-cı il tarixli 865 saylı orderlə 04 nəfər ailə tərkibinə verilmişdir. Cavabdeh hazırda onları evə buraxmır və təkbaşına birgə mülkiyyətdə olan evə reyestr çıxarışı alınmasına imkan yaratmır və mənzilin sənədləşdirilməsinə maneəçilik törədir. Evin sənədləşdirilməsi üçün Salyan RİH tərəfindən rəsmi sənəd verilməsinə baxmayaraq, sənədləşmə üçün cavabdeh icazə vermir. Məhkəmə iclasında çıxış edən İddiaçı1 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçıların nümayəndəsi vəkil Nümayəndə iddia tələbinə uyğun izahat verərək bildirdi ki, atası X9 xx.xx.2009-cu ildə, anaları X5 xx.xx.2020-ci ildə vəfat etmişdir. Salyan şəhəri, X.R.Ulutürk küçəsi, 30 saylı evin 37 saylı mənzili X3 Salyan XDSİK xx.xx.1990-cı il tarixli 865 saylı orderlə 04 nəfər ailə tərkibinə verilmişdir. Cavabdeh hazırda onları evə buraxmır və təkbaşına birgə mülkiyyətdə olan evə reyestr çıxarışı alınmasına imkan yaratmır və mənzilin sənədləşdirilməsinə maneəçilik törədir. Orderdə göründüyü kimi iki iddiaçının adı var və bir iddiaçıda qanun üzrə vərəsə hesab edilir. Evin sənədləşdirilməsi üçün Salyan RİH rəsmi sənəd verilməsinə baxmayaraq sənədləşmə üçün cavabdeh icazə vermir və mülkiyyət və vərəsəlik hüquqlarını pozaraq məhdudlaşdırır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, mərhum valideynləri 1990-cı ildə üç otaqlı yaşayış mənzili almışlar. Mənzil alındıqdan sonra bacısı Tura razılıq əsasında əvvəllər valideynlərinə verilmiş iki otaqlı yataqxana tipli mənzilə yaşamağa davam etmişdir. Hal-hazırda Tura qızı və nəvəsi ilə birlikdə həmin iki otaqlı mənzildə yaşayır. İddiaçı Turanın məqsədi üç otaqlı mənzilə vərəsəlik adı ilə tək sahib olaraq satıb pulunu mənimsəməkdir. Özü 1994-cü ildən anasından qalan üç otaqlı mənzildə qızı ilə birlikdə yaşayır. Qardaşı İddiaçı3 Kivas oğlunun mənzilə köçüb yaşamasına etiraz etmir. Qardaşı Mikayılın mənzili yoxdur. Digər İddiaçı2 uzun illərdir Bakı şəhərində özünə məxsus olan evdə yaşayır. İş üzrə maraqlı şəxslər Salyan rayon İcra Hakimiyyəti, Salyan rayon İcra Hakimiyyəti "xxxx" MMC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ 13 saylı Şirvan Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxslərin nümayəndələrinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə maraqlı şəxslərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək maraqlı şəxsə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəfin izahatını dinləyib işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan Salyan rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş Nikah Haqqında arayışdan görünür ki, X9 ilə X6 xx.xx.1958-ci il tarixdə nikaha daxil olmuşlar. Salyan rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, X9 xx.xx.2009-cu ildə və X6 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Salyan rayon VVADQ şöbəsi tərəfindən verilmiş X2 surətindən görünür ki, tərəflərin birgə nikahlarından İddiaçı1 Kifas qızı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. Salyan rayon VVADQ şöbəsi tərəfindən verilmiş X2 surətindən görünür ki, tərəflərin birgə nikahlarından X8 xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. Salyan rayon VVADQ şöbəsi tərəfindən verilmiş X2 surətindən görünür ki, tərəflərin birgə nikahlarından İddiaçı3 Kivas oğlu xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. Salyan rayon VVADQ şöbəsi tərəfindən verilmiş X2 surətindən görünür ki, tərəflərin birgə nikahlarından Cavabdeh xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. Salyan rayon XDSİK xx.xx.1990-cı il tarixli 865 saylı orderindən görünür ki, ünvan 2 ünvan Salyan şəhəri, Oktyabr küçəsi) 30 saylı evin 03 otaqdan ibarət 37 saylı mənzili X3 və X9, İddiaçı3 Kivas oğlu və İddiaçı2 verilmişdir. Salyan rayon İcra Hakimiyyəti "xxxx"nin İddiaçı1 Kifas qızının adına verilmiş xx.xx.2024-cü il tarixli, 1359 nömrəli arayışından görünür ki, İsmiyeva X12 şəhəri, T.Xəlilbəyli küçəsi, ev 111, mənzil 21-də aşağıda adları göstərilən şəxslərlə qızı Gülnar İsmiyeva, nəvəsi X7, bacısı Cavabdeh və bacısı qızı X4 ilə birlikdə yaşayırlar. Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-48 DA/9F/-2-188/2024 nömrəli arxiv arayışından görünür ki, Salyan rayon XDS İK yanında mənzil-məişət komissiyasının xx.xx.1990-cı il tarixli 12 nömrəli iclas protokoluna əsasən Salyan rayon XDS İK-nin qərarına əsasən ünvan 4 nömrəli RİK üçün tikilmiş binadan tikinti təşkilatı kimi 10 faiz hesabı ilə rayon EMKTİB-nin növbədə olan vətəndaşlar üçün ayrılmış 3 mənzilin idarənin müdriyyət və həmkarlar təşkilatının xx.xx.1990-cı il tarixli qərarı ilə aşağıda adları göstərilən vətəndaşların mənzillə təmin edilərək və adlarına order yazılması və X3 - ünvan 4, blok 4, mərtəbə 4, 3 otaqlı, yaşayış sahəsi 37,04 kvm, mənzil 37 verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən İddiaçı1, İddiaçı3 Kivas oğlu, İddiaçı2 nümayəndəsi vəkil Nümayəndə adına müraciyyətlərinə baxılması barədə verilmiş məktubdan görünür ki, Salyan şəhəri, X.R.Ulutürk küçəsi, 30 saylı evin, 37 saylı mənzilinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi barədə müraciətlərinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsində baxılması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 05 oktyabr tarixli 319 nömrəli qərarına əsasən sənədlərin qəbulu, yoxlanılması və elektron çıxarışın və (və ya) bildirişin tərtib edilməsi Qanunla müəyyən edilmiş əsaslara, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması qaydasına uyğun olaraq həyəta keçirildiyi, tərəflərindən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbinə əsasən qeyd olunan müvafiq sənədlərin Salyan regional “ASAN xidmət” mərkəzinə müraciət edəcəkləri təqdirdə, müraciətlərinin icrası istiqamətində mövcud qanunvericiliyin tələblərinə uyğun tədbir görüləcəyi və eyni zamanda 13 saylı Şirvan Ərazi İdarəsinin mühəndisinə sözügedən əmlaka dair ölçü işlərinin aparılmasına, baxış keçirilməsinə şərayit yaradılmalı olduğu bildirilmişdir. İşin mübahisəsiz hallarına görə Salyan rayon XDS İK yanında mənzil-məişət komissiyasının xx.xx.1990-cı il tarixli 12 nömrəli iclas protokoluna və Salyan rayon XDS İK-nin qərarına əsasən X3 (ailə üzləri X9, İddiaçı3 Kivas oğlu və İddiaçı2) ünvan 4 ünvanında yerləşən binada 3 otaqlı, 37,04 kv.metr yaşayış sahəsi olan 37 saylı mənzil istifadəsinə verilmişdir. X9 xx.xx.2009-cu ildə və X5 isə xx.xx.2020-ci ildə vəfat etmiş, İddiaçı3 Kivas oğlu və İddiaçı2 isə ailə qurduqları üçün başqa ünvanda yaşamağa başlamışdır. Hazırda mənzildə Cavabdeh, övladı X4 ilə birlikdə yaşayır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı3 Kivas oğlu və İddiaçı2 mübahisəli mənzildən istifadə hüququ 16 oktyabr 1990-cı il tarixdə həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq əmələ gəlmişdir. İddiaçı3 Kivas oğlu və İddiaçı2 qanuni əsaslarla əldə etdikləri yaşayış sahəsindən istifadə etmişlər. Onların həmin yaşayış sahəsinə olan hüquqları hər hansı bir hüquqi əsasla məhdudlaşdırılmamış, həmçinin mənzilin hazırki istifadəçisi Cavabdeh da İddiaçı3 Kivas oğlunun mənzilə köçüb, yaşamasına etiraz etmir. Cavabdeh valideynlərinin sağlığında onların razılığı ilə mübahisəli mənzilə köçmüş, anası X5 xx.xx.2020-ci il tarixdə vəfat etdikdən sonra anasından miras qalmış ünvan 1 ünvanda yerləşən mənzili miras əmlak kimi qəbul edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı1 qanun üzrə vərəsə olduğunu iddia etsə də, miras əmlakı qəbul etməsi ilə bağlı hər hansı bir sübut təqdim olunmadığından İddiaçı1 mənzilə köçürülməsi barədə tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 08 iyul 1982-ci il tarixli (01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra - Mənzil Məcəlləsi) 4-cü maddəsində Azərbaycan vətəndaşlarının mənzil hüququnun olmasını təsbit edilmişdir. Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinə icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Hazırda qüvvədə olan (2009-cu ildən) Mənzil Məcəlləsinin 2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan şəxslər mülkiyyətçi, kirayəçi qismində və qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yaşamaq üçün yaşayış sahəsini sərbəst seçmək hüququna malikdirlər. Mənzil Məcəlləsinin 3.2-ci maddəsinə əsasən, vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Mənzil Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə hesab edir ki, İddiaçı3 Kivas oğlu və İddiaçı2 hazırda mübahisəli mənzilə Cavabdeh tərəfindən buraxılmamaları nəticəsində ünvan 1 ünvanında yerləşən mənzildə yaşamaq, mənzilə dair sənədlərin hazırlanması, yəni mənzil kirayə müqaviləsi və çıxarışın verilməsinə yaratdığı maneələr səbəbindən onların hüquqları pozulmuşdur. Odur ki, iddiaçılar mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. İddiaçılar İddiaçı3 Kivas oğlu və İddiaçı2 mübahisəli mənzilə köçmələri üçün hüquqi əsası olduğundan iddiaçılar İddiaçı3 Kivas oğlu və İddiaçı2 mübahisəli mənzilə köçürülməlidir. İddia tələbi İddiaçı3 Kivas oğluna münasibətdə ona görə təmin edilməlidir ki, iddia tələbi həm də cavabdehin özü tərəfindən etiraf edilərək, iddia tələbini qəbul edilir. Belə ki, MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı1 qanun üzrə vərəsə olduğunu iddia etsə də, miras əmlakı qəbul etməsi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmiş, əksinə hazırki işin materialları və Salyan rayon İcra Hakimiyyəti, Salyan rayon İcra Hakimiyyəti "xxxx"nin İddiaçı1 Kifas qızının adına verilmiş xx.xx.2024-cü il tarixli, 1359 nömrəli arayışından görünür ki, İsmiyeva X12 şəhəri, T.Xəlilbəyli küçəsi, ev 111, mənzil 21-də qızı Gülnar İsmiyeva, nəvəsi X7 ilə birlikdə yaşayırlar. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı3 Kivas oğlu və İddiaçı2 ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməli, Cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşən mənzilə reyestr çıxarışının hazırlanması, həmin mənzilə dair mənzil kirayə müqaviləsi və çıxarışın verilməsi üçün zəruri sənədlərin verilməsi üçün Salyan rayon İcra Hakimiyyəti, Salyan rayon İcra Hakimiyyəti "xxxx" MMC-nin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ 13 saylı Şirvan Ərazi İdarəsinin əməkdaşlarına yaradılan maneələrin aradan qaldırılmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçılar İddiaçı3 Kivas oğlu və İddiaçı2 ünvan 1 ünvanda yerləşən mənzilə köçürülsünlər. Cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşən mənzilə reyestr çıxarışının hazırlanması, həmin mənzilə dair mənzil kirayə müqaviləsi və çıxarışın verilməsi, həmçinin zəruri sənədlərin verilməsi üçün Salyan rayon İcra Hakimiyyəti, Salyan rayon İcra Hakimiyyəti "xxxx" MMC-nin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ 13 saylı Şirvan Ərazi İdarəsinin əməkdaşlarına yaradılan maneələrin aradan qaldırılsın. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-1554/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1554/2024
28.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver