Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1569/2024 02.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı, nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh iştirakı ilə pul tələbi barədə mülki işə 02 sentyabr 2024-cü ildə Salyan şəhərində açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh 16400 manat, 300 manat vəkilə ödənilən məbləğ və dövlət rüsumu kimi ödənilmiş 139,20 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, Sahil onunla qonşudur. 2022ci ildə özünə məxsus 210 baş ana qoyunu, 12 baş qoç, 64 baş keçi və 35-36 baş quzunu həmçinin başqa şəxslərin qoyunlarını da Qəhrəman adlı çobana saxlamaq və otarmaq üçün vermişlər. Qoyunların doğuşu zamanı Qəhrəman ona heyvanlara tək baxa bilmədiyini və Sahilin ona köməklik etməsini xahiş etmişdir. Sonradan Sahil də qoyunları saxlamağa ona köməklik etmişdir.Ana qoyunların doğuşu zamanı alınmış balalardan 30- 40 başının digər şəriklərə, qalan balaların isə ona məxsus olduğunu demişdir. 196 baş quzu doğulmuş və 01 aprel 2024-cü ildə digər qoyun sahibləri Elnur, Babək və Şəhriyar öz qoyunlarını və 84 baş quzunu aparmışlar. Sahilə onların niyə heyvanın yarsını aparmasını demiş, Sahil isə xəbərinin olmadığını bildirmişdir. Sonradan Sahil ona 2 baş ana inək, 48 baş xırda buynuzlu heyvanları və 1 atının öldüyünü bildirmişdir. 82 baş quzu və verdiyi heyvanları təhvil almışdır. Ölən heyvanları da tələb etmir. Ana qoyunlar doğmuş, artmış onlardan 82 baş quzunun çatmadığı məlum olmuşdur. Quzuların hər birinin qiyməti təqribən 200 manat olmaqla çəkisi 12-13 kq olmuşdur. Qoyunlar əvvəlcə Qəhrəmana təhvil verilmiş, Qəhrəman getdikdən sonra Sahil təhvil almışdır. Qəhrəman orada olanda quzular yerində olmuşdur. Polisə şikayət etmiş, polisdə Sahil quzuların bir hissəsinin öldüyünü və bir hissəsini isə Qəhrəmanın bacanağının apardığını bildirmişdir.Cavabdeh faktiki olaraq ona məxsus quzuları satıb mənimsəmiş,quzuluarını tələb etdikdə mütəlif bəhanələr gətirərək verməkdən imtina etmişdir. Ona görə də iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə da iddiaçının dediklərini bir daha təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, Ceyhunla qonşudur. 2023-cü ildə Ceyhun qoyunları çoban Qəhramana təhvil vermişdir. Çobandan qabaq Ceyhunun qoyunlarına 3 ay tək baxmış, sonradan çoban gələrək qoyunları ona təhvil vermişdir. Sonra Ceyhunun kəndçiləri olan Elnur, Babək və Şəhriyar 300 baş qoyunları gətirərək çobanlar Qəhrəman, arvadı Solmaz və Asifə təhvil vermişlər. 2023-cü ilin sentyabr ayından 2024-cü ilin aprel ayına kimi heyvanlara onlar baxmış, özü də nəzarət etmişdir. Daha sonra Elnur, Babək və Şəhriyar öz qoyunlarını götürüb aparmış və Ceyhunun qoyunlarını da ona təhvil vermişdir. Ceyhun qoyunları sayaraq götürmüş və narazalıq etməmişdir.2-3 sonra Ceyhun ona zəng edərək əvvəlcə 82 baş daha sonra 22 baş quzuların əskik olduğunu bildirmişdir. Polisdə izahat verərək, 176 baş quzunun olduğunu və onlardan 84 başını Ceyhunun şərikləri apardığını və özündə 92 baş quzu qaldığını bildirmişdir. Gedəndən sonra Ceyhun ona 82 baş quzunun çatmadığını bildirmişdir. Quzulardan itən və ölənlər olmuşdur. Ceyhunun quzularını satmamışdır. İnəyi acından ölmüşdür. Atı öləndə orada olmamışdır. Odur ki, iddianı qəbul etməyərək rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmədə elan olunmuş İddiaçı tərəfindən Salyan rayon Polis şöbəsinə ünvanlanmış ərizəsində özünə məxsus fermer təsərrüfatının olduğunu, qoyun və mal-qara saxladığını bu səbəbdən heyvanlara baxmaq üçün həm kəndlisi olan Cavabdeh nəzarətçi kimi ona tapşırmış və 2024-cü ilin aprel ayında qoyunları sayarkən 82 baş quzunun əskik gəldiyi müəyyən olunmuşdur. Sahildən heyvanları soruşduqda heç bir cavab verməmişdir. İş materiallarına əlavə olunmuş cavabdeh Eminov X1 rayon Polis şöbəsində vermiş olduğu izahatında göstərmişdir ki, Ceyhunu tanıyır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur.Ceyhunun fermasında 2 ilə yaxındır ki, işləmiş və son 9 ayda isə heyvanlara nəzarət etmişdir. Ceyhuna 230 baş ana qoyun, 12 baş qoç, 35 baş toğlu və 64 baş ana keçi, bu ilki, döl zamanı isə 86 baş quzu təhvil vermişdir. Ölən qoyun və quzular barədə Ceyhuna məlumat vermişdir. Ceyhunun təsərrüfatından 22 baş quzunun 8-nin hara yox olduğu barədə məlumatının olmadığını bildirmişdir. Heyvanların təhvil-təslim zamanı iştirak etməmişdir. Heyvanların itəni və öləni olmuşdur. Ceyhunun quzularının yox olması barədə məlumatının olmadığını bildirmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır.Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçı özünə məxsus heyvanlarını saxlamaq üçün cavabdehə vermiş, cavabdeh həmin heyvanları bir müddət saxladıqdan sonra geri təhvil vermişdir.Təhvil zamanı iddiaçının cavabdehə etibar etdiyi ana qoyunlarından yeni doğulmuş balalarından 82 baş çatışmamazlığı müəyyən olmuşdur. İddiaçı özünə məxus quzularını cavabdehdən tələb etdikdə cavabdeh müxtəlif bəhanələrlə qaytarmaqdan imtina etmişdir. Ona görə də iddiaçı haqlı olaraq məhkəməyə iddia ilə müraciət etmişdir.İddiaçı ilə cavabdeh arasında öhdəlik olmuş, iddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, cavabdeh isə üzərinə düşən öhdəliyi icra etməkdən boyun qaçırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386.1-cı maddəsində qeyd olunmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 386.4. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 16400 manat, 300 manat vəkilə ödənilən məbləğ və dövlət rüsumu kimi ödənilmiş 139,20 manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №e-2(057)-1569/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1569/2024
02.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver