Məhkəmə qərarları › İş №e-2(057)-1597/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №e-2(057)-1597/2023

27.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(057)-1597/2023 27.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh qzından 12610 manat və 128 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki,cavabdehlə razılığa gəlmiş və aralarında barışıq sazişi bağlanmışdır.Odur ki, barışıq sazişinin təsdiq olunaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddiaçı ilə razılığa gəlmiş və aralarında barışıq sazişi bağlanmışdır. Odur ki, barışıq sazişinin təsdiq olunaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib,işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağladıqdan sonra və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 114, 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilsin, mülki iş üzrə icraata xitam verilsin. İddiaçı üzərinə aşağıdakı öhdəlikləri götürür: Bu sazişin birinci bəndində nəzərdə tutulmuş və sazişin predmeti olan razılıq əsasında məhkəməyə razılığa gəlinməsi barədə məlumat vermək və müvafiq qərarın verilməsini təmin etmək. Cavabdehdən 12610 manat borcun 2023-cü ilin oktyabr ayından hər ay 1000 manat olmaqla 12 ay müddətinə və qalan 738 manat pulu sonuncu ayda ödəməyi tələb etmək. Cavabdh üzərinə aşağıdakı öhdəlikləri götürür: Yaranmış mübahisə əsasında olan iddia üzrə ondan tələb olunan 12610 manat pulu 12 ay müddətinə hər ay 1000 manat olmaqla və qalan 610 manat və 128 manat olmaqla 738 manat pulu 13-cü ayda İddiaçı ödəmək. Əgər Cavabdeh üzərinə düşən öhdəliyi hər ay vaxtında ödəmədiyi halda İddiaçı borc heç ödənilmədiyi halda bütöv şəkildə yaxud müəyyən məbləğ ödənildiyi halda həmin məbləğ çıxılaraq qalan hissəni bütöv tələb etmək hüququ yaranır. İddiaçı ödədiyi 128 manat dövlət rüsumu Dövlət büdcəsi (Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi) tərəfindən ona qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar