Məhkəmə qərarları › İş №e-2(057)-185/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-185/2025

04.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-185/2025 04.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 qarşı pul tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə cavabdehlər Cavabdeh1, X7 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, yaşayış evi, blok 7, mərtəbə 1, 625 saylı mənzilində (yeni qaydada: Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 7-ci Alatava "xxxx" bina 92K, 3 saylı mənzilində) uzun müddət yaşayaraq, istifadə etdikləri və ödəmədikləri kommunal xərclərin: "xxxx" ASC-nə yaranmış 997,35 manatməbləğində borcun, “Azərqaz” İstehsalat Birliyinə yaranmış 3317,76 manat məbləğində borcun, hüquqi xidmət üçün ödənilmiş 300 manatın, 66 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, yaşayış evi, blok 7, mərtəbə 1, 625 saylı mənzilini"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən almışdır. Aralarında mübahisə yarandığına görə tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı məhkəmədə iddia qaldırılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(001)-1376/2014 saylı qətnaməsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu,Yeni Yasamal yaşayış massivi, yaşayış evi, blok 7, mərtəbə 1, 625 saylı mənzilinin ona, yəni İddiaçı verilməsi "xxxx" MMC-nə həvalə edilmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)- 2694/2014 saylı qətnaməsi ilə "xxxx" MMC-nin şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(001)-1376/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya Məhkəməsinin qəbul etdiyi qətnamədən narazı qalan cavabdeh tərəf kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(102)-3899/2014 saylı qərarı ilə qarşı tərəfin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-2694/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətini dayandırdıqdan sonra onun bütün səlahiyyətlərini "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyəti yerinə yetirmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arada yaranmış boşluqlardan istifadə edərək, ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, yaşayış evi, blok 7, mərtəbə 1, 625 saylı mənzilini (yeni qaydada: Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 7-ci Alatava "xxxx" bina 92K, mənzil 3) qanunsuz olaraq zəbt edərək orada yaşamışlar. Tərəfindən cavabdehlərə mənzilinin boşaldılmasına dair dəfələrlə xəbərdarlıqlar olunmuş, lakin onlar xəbərdarlıqlarına məhəl qoymayaraq, ona məxsus mənzildən çıxmaq istəmirlər, yaşamaqda davam etmişlər. Məcbur qalaraq, cavabdehlərin mənzilindən çıxarılmalarına dair məhkəmədə iddia qaldırmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-2956/2024 saylı qətnaməsinə əsasən, cavabdehlər - Cavabdeh1, Cavabdeh2 və X5 İddiaçı məxsus: Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, yaşayış evi, blok 7, mərtəbə 1, 625 saylı mənzilindən çıxarılmaları qət edilmişdir. Cavabdeh şəxslər mənzilində yaşadıqları müddət ərzində kommunal xərclərini ödəməmişlər. Bu səbəbdən onların müəyyən borcları yaranmışdır: “Azəriqaz” İstehsalat Birliyinin 14-2-2-4/2-Z-12xx-xx/2024 saylı, xx.xx.2024 tarixli arayışında göstərilmişdir: “ünvan 1 ünvanında istehlakçı kodu İddiaçı adına olan mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunması aşkar olunaraq bu barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtib edilərək 3317.76 manat dəymiş ziyan hesablanmışdır”. "xxxx" ASC-nin Yasamal Rayonu Enerji Təchizatı və Satışı İdarəsinin 09 YX-2660 saylı, xx.xx.2024 tarixli arayışında qeyd edilmişdir: “Abonent kodu 048700909K0006 nömrəli elektrik sayğacı xx.xx.2018-ci il tarixdən – xx.xx.2024-cü il tarixə 997,35 manat məbləğində "xxxx" ASC qarşısında borcu yaranmışıdır. Ona görə də, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri,Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, yaşayış evi, blok 7, mərtəbə 1, 625 saylı mənzilində (yeni qaydada: Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 7-ci Alatava "xxxx" bina 92K, 3 saylı mənzilində) uzun müddət yaşayaraq, istifadə etdikləri və ödəmədikləri kommunal xərclərinin: "xxxx" ASC-nə yaranmış 997,35 manat məbləğində borcun, “Azərqaz” İstehsalat Birliyinə yaranmış 3317,76 manat məbləğində borcun, hüquqi xidmət üçün ödənilmiş 300 manatın, 66 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsində qeyd olunanları bir daha təsdiq edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləşinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləşinin 185.4-cü maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləşinin 185.4-cü maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X2 bildirmişdir ki, İddiaçı bibisi oğludur. Əminə Əlinin yanında satıcı işləmiş və işlərlə Əli məşğul olmuşdur. Əliyə etibar etdikləri üçün mənzil Əlinin vasitəsi ilə kirayə verilmişdir. Kirayə pulu Əliyə verilmişdir. Əminənin evi olmadığı üçün 2018-ci ildən həmin mənzildə kirayədə yaşamışlar. Mənzildə Əminə, anası və qardaşı yaşamışdır. 2024-cü ildə maraqlanan zaman məlum olmuşdur ki, kirayədə qalan şəxslərin kommunal borcları mövcuddur. Mənzildən onları çıxartmaq istədikdə mənzildən çıxmayacaqlarını bildirsələr də, məhkəmənin qərarı ilə həmin mənzildən çıxarılmışlar. Məhkəmə iclasında iştirak edən şahid X8 bildirmişdir ki, İddiaçı dayısı oğludur. Binə ticarət mərkəzində Əminə ilə birlikdə işləmişlər. 2018-ci ildən Əminə həmin mənzildə kirayədə yaşamışdır. Mənzildə özündən başqa, anası və qardaşı yaşamışlar. 2024-cü il tarixdən həmin mənzildən çıxarılmışlar. Məhkəmə iclasında iştirak edən şahid X12 bildirmişdir ki, İddiaçı ilə iş yoldaşı olmuşdur. Mürsəllə birlikdə dəfələrlə həmin mənzilə gedib-gəlmişdir. Amma kirayədə yaşayanların mənzildə nə vaxtdan qaldıqlarının dəqiqliyini bilmir. Məhkəmə iddiaçının nümayəndəsini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; "xxxx" ASC-nin Yasamal Rayonu Enerji Təchizatı və Satışı İdarəsinin 09 YX-2660 saylı, xx.xx.2024 tarixli arayışında görünür ki, elektrik sayğac quraşdırılan tarixdən “Abonent kodu 048700909K0006 nömrəli elektrik sayğacı xx.xx.2018-ci il tarixdən – xx.xx.2024-cü il tarixə 997,35 manat məbləğində "xxxx" ASC qarşısında borcu yaranmışıdır. “Azəriqaz” İB-nin 14-2-2-4/2-Z-12xx-xx/2024 saylı, xx.xx.2024 tarixli İddiaçı ünvanlanmış müraciətindən görünür ki, istehlakçı İddiaçı ilə “Azəriqaz” İB-yi arasında xx.xx.2022-ci il tarixli AK2-483941 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. “ünvan 1 ünvanında istehlakçı kodu İddiaçı adına olan mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunması aşkar olunaraq bu barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtib edilərək 3317.76 manat dəymiş ziyan hesablanmışdır”. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 2956/2024 saylı qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 İddiaçı məxsus: Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, yaşayış evi, blok 7, mərtəbə 1, 625 saylı mənzilindən çıxarılmaları qət edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, № ******* saylı aktın surətindən görünür ki, “ünvan 1 ünvanında yerləşən istehlakçı kodu İddiaçı adına olan mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunması halı aşkar olunmuşdur. Bakı şəhəri Yasamal RPŞ QvŞV şöbəsi tərəfindən verilmiş 20 fevral 2024-cü il tarixli müvəqqəti qeydiyyat vəsiqəsindən görünür ki, Biləsuvar rayonunda anadan olmuş xx.xx.1963-cü il təvəllüdlü Cavabdeh1 ünvan 2 ünvanında müvəqqəti qeydiyyatdadır. Bakı şəhəri Yasamal RPŞ QvŞV şöbəsi tərəfindən verilmiş 13 fevral 2024-cü il tarixli müvəqqəti qeydiyyat vəsiqəsindən görünür ki, Salyan rayonunda anadan olmuş xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh2 ünvan 2 ünvanında müvəqqəti qeydiyyatdadır. İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə məhkəməyə 07 yanvar 2025-ci il tarixdə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırılmışdır. Məhkəmənin 11 dekabr 2024-cü il tarixdə baş tutmuş məhkəmənin birinci hazırlıq iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus: Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, yaşayış evi, blok 7, mərtəbə 1, 625 saylı mənzildə bir neçə ay müddətində kirayədə yaşadıqları barədə həqiqətə uyğun olmayan məlumat vermişlər. X6 anası X3 qarşı pul tələbinə dair İsmayıllı Rayon Məhkəməsində iddia qaldırmışdır. xx.xx.2024-cü il tarixdə məhkəmənin baxış iclasında Cavabdeh1, Cavabdeh2 və X5 7-8 il ərzində ona məxsus: Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, yaşayış evi, blok 7, mərtəbə 1, 625 saylı mənzilində kirayədə yaşadıqlarını bildirmişdir. X1 xx.xx.2024-cü il tarixdə məhkəmənin baxış iclasında verdiyi ifadəsini əks etdirən videogörüntülərin ona təqdim edilməsinə dair tərəfindən İsmayıllı Rayon Məhkəməsinə ərizə ilə müraciət olunmuş, lakin xahişinə müsbət cavab verilməmişdir. Odur ki, X1 xx.xx.2024-cü il tarixdə məhkəmənin baxış iclasında verdiyi ifadəsini (Cavabdeh1, Cavabdeh2 və X9 7-8 il ərzində İddiaçı, Zeynal oğluna məxsus: Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi , yaşayış evi, blok 7, mərtəbə 1 625 saylı mənzilində kirayədə yaşamışlar.) əks etdirən videogörüntülərin iş materiallarına əlavə olunması məqsədilə İsmayıllı Rayon Məhkəməsinə sorğu verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi vəkili tərəfindən məhkəməyə təqdim olunmuş CD diskdə olan videoyazıdan görünür ki, iddiaçı öz mənzilinə yaxınlaşan zaman cavabdeh tərəfindən onlara qarşı açıqca hörmətsizlik olmuşdur. “Milliön” elektron ödəmə sistemi vasitəsilə aparılmış əməliyyatlardan görünür ki, İddiaçı tərəfindən abonent kodu **********K0006 olan elektrik enerjisindən istifadə üçün 117 manat məbləğində ödəniş həyata keçirilmişdir. “Milliön” elektron ödəmə sistemi vasitəsilə aparılmış əməliyyatlardan görünür ki, İddiaçı tərəfindən abonent kodu **********90030 olan təbii qazdan istifadə üçün 150 manat məbləğində ödəniş həyata keçirilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə hüquqlarının müdafiəsi üçün 6 saylı vəkil bürosunun hesabına 300 manat məbləğində pul ödəmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 66.00 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, İddiaçı xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, yaşayış evi, blok 7, mərtəbə 1, 625 saylı mənzilini "xxxx" MMC-dən almışdır. Aralarında mübahisə yarandığına görə tərəfindən "xxxx" MMC-yə qarşı məhkəmədə iddia qaldırılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(001)- 1376/2014 saylı qətnaməsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, yaşayış evi, blok 7, mərtəbə 1, 625 saylı mənzilinin ona, yəni İddiaçı verilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx"xxxx"xxxx" MMC yerinə yetirmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arada yaranmış boşluqlardan istifadə edərək, iddiaçıya məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, yaşayış evi, blok 7, mərtəbə 1, 625 saylı mənzilini (yeni qaydada: Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 7-ci Alatava "xxxx" bina 92K, mənzil 3) qanunsuz olaraq zəbt edərək 2018-ci ildən orada yaşamışlar. İddiaçı tərəfindən cavabdehlərə mənzilinin boşaldılmasına dair dəfələrlə xəbərdarlıqlar olunmuş, lakin onlar xəbərdarlıqlara məhəl qoymayaraq, ona məxsus mənzildən çıxmaq istəməmiş və yaşamaqda davam etmişlər. Məcbur olub cavabdehlərin mənzilindən çıxarılmalarına dair məhkəmədə iddia qaldırmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-2956/2024 saylı qətnaməsinə əsasən, cavabdehlər - Cavabdeh1, Cavabdeh2 və X5 İddiaçı məxsus: Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, yaşayış evi, blok 7, mərtəbə 1, 625 saylı mənzilindən çıxarılmaları qət edilmişdir. Cavabdeh şəxslər mənzilində yaşadıqıları müddət ərzində kommunal xərclərini ödəməmişlər. Bu səbəbdən onların kommunal borcları yaranmışdır. Həmin borclar iddiaçı tərəfindən ödənilməkdədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 66.00 manat məbləğində dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 müştərək qaydada 4615,11 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 66 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 müştərək qaydada 4615,11 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 66 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar