Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1874/2024 16.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı, Cavabdeh, həmçinin digər Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1920 manat pul və 42 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə mərhum X2 nikahlarını Salyan RİHB-nin Arbatan kənd İnzinbati Ərazi Nümayəndəliyində xx.xx.2016-cı il tarixdə 27 №-li akt qeydi ilə rəsmiləşdirmiş nikaha xx.xx.2023-cü ildə X2 vəfat etməsi səbəbi ilə xitam verilmişdir. Həmin nikahdan xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2019-cü il təvəllüdlü İbrahimzadə Rəşad Qaraş oğlu doğulmuşdur. X2 xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş, o cəzasını Bakı şəhəri Binəqədi rayonu 7-ci mikro rayon ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 11 saylı Cəza çəkmə müəssisəsində çəkir. Salyan Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli 5-71/3-2-44/2024 saylı Sərəncamı ilə xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2019-cü il təvəllüdlü İbrahimzadə Rəşad Qaraş oğlu nənələri İddiaçı qəyyumluğuna verilmişdir. Az yaşlı uşaqlar, xx.xx.2024cü il tarixindən rəsmi olaraq, xx.xx.2023-cü il tarixindən isə faktiki olaraq iddiaçının yanında qalır və onun qəyyumluğuna verilmişdir. Lakin az yaşlı uşaqlar X1 və İbrahimzadə Rəşad Qaraş oğluna sosial təminatının yaxşılaşdırılması üçün DSMF tərəfindən ödənilən aylıq hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat məbləğində olan ödəniş 2023-cü ilin Sentyabr ayından 2024-cü ilin Aprel ayına qədər 8 ay müddətində Cavabdeh1 adına olan Bank Kartına ödənilmiş, lakin həmin 1920 manat pulu uşaqlara xərclənməmişdir. Həmin dövrdə Cavabdeh1 həbsdə olduğu kimi, onun adına olan həmin bank kartının digər Cavabdeh2 istifadə etdiyi hesab olunur. Ona görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1920 manat pulun müştərək qaydad tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını bir daha xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh, həmçinin digər Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, Qaraş tutulduqdan sonra ona bildirmişdirlər ki, Qaraşın adına kart verilib. Kartı alıb yoxlamış, lakin kartda hər hansı pul məbləği olmamışdır. Onun puldan ümumiyyətlə xəbəri yoxdur. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edərək məhkəmə hesab edir ki, iddia əsassızdır və aşağıdakılara görə rədd edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş, o cəzasını Bakı şəhəri Binəqədi rayonu 7-ci mikro rayon ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 11 saylı Cəza çəkmə müəssisəsində çəkir. Salyan Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli 5-71/3-2-44/2024 saylı Sərəncamı ilə xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2019-cü il təvəllüdlü İbrahimzadə Rəşad Qaraş oğlu nənələri İddiaçı qəyyumluğuna verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, az yaşlı uşaqlar, Salyan Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli sərəncamı ilə rəsmi olaraq İddiaçı qəyyumluğuna verilmişdir. Azyaşlı uşaqların sosial təminatının yaxşılaşdırılması üçün DSMF tərəfindən aylıq hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat məbləğində olan ödəniş 2023-cü ilin Sentyabr ayından 2024-cü ilin Aprel ayına qədər 8 ay müddətində Cavabdeh1 adına olan Bank Kartına ödənilmişdir. Hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, uşaqların faktiki olaraq onun yanında qaldığı vaxtdan, yəni 2023-cü ilin Sentyabr ayından 2024-cü ilin Aprel ayına qədər 8 ay müddətində hesablanmış 1920 manatı cavabdehlərdən tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən, on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən, uşağın digər valideynə verilməsi mümkün olmadıqda və ya valideynlərin hər ikisi valideynlik hüquqlarından məhrum edildikdə, uşaq müvafiq icra hakimiyyəti orqanının himayəsinə verilə bilər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 79.1-ci maddəsinə əsasən, valideyn himayəsindən məhrum olmuş uşaqlara görə aliment bu Məcəllənin 76—78-ci maddələrinə uyğun olaraq tutulur və uşağın qəyyumuna (himayəçisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir. Hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, uşaqların faktiki olaraq onun yanında qaldığı vaxtdan, yəni 2023-cü ilin Sentyabr ayından 2024-cü ilin Aprel ayına qədər 8 ay müddətində hesablanmış 1920 manatı cavabdehlərdən tələb etsə də, məhkəmə qeyd edir ki, uşaqlar həmin dövrdə (2023 senytabr – 2024 aprel) faktiki olaraq nənələrinin yanında qalsa da, rəsmi olaraq atalarının himayəsində olmuş, yalnız xx.xx.2024-cü il tarixdən sonra Salyan Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı əsasında nənələrinin qəyyumluğuna verilmişdir. Odur ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməklə tələbində haqlı olmamışdır. Ona görə də, məhkəmə iddianın rədd olunmasını qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №e-2(057)-1874/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1874/2024
16.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver