Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-2099/2024 11.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə oğlunun, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra – iddiaçı) nümayəndəsi vəkil Nümayəndə Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20100 (iyirmi min yüz) manat məbləğində pulun və ödədiyi 151 manat dövlət rüsumu və 300 manat vəkilə ödənilən məbləğin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh 20100 (iyirmi min yüz) manat pul borcludur. xx.xx.2024-cu il tarixdə Salyan Regional “ASAN xidmət” mərkəzində notariat ofisində borc müqaviləsi bağlayaraq xx.xx.2024-cu il tarixinədək verdiyi pulu qaytarmağı Cavabdeh öhdəsinə götürmüşdür. Cavabdeh həmin tarixdə götürdüyü 20100 (iyirmi min yüz) manat pulu ona qaytarmamışdır. Dəfələrlə ona şifahi olaraq xəbərdalıq edilməsinə baxmayaraq hər dəfə borcunu ödəyəcəyini bildirmiş və bu günə kimi pulu ona qaytarmamışdır. Tərəfindən xx.xx.2024-cü il tarixdə bildirişi cavabdehə göndərməklə ona ümumi olan 20100 manat pul borcunu 3 gün müddətində geri qaytarmağı tələb etmiş, əks halda qanunvericiliyə müvafiq olaraq barəsində borcun alınması məqsədi ilə məhəmə qaydasında müraciət etməklə tələb edəcəyini bildirmişdir. Lakin cavabdeh yenə də pulu qaytarmamışdır. O, hüquqi yardım üçün vəkillə müqavilə bağlamış və ona pul ödəmiş, maddi ziyana düşmüşdür. Bu pul da cavabdehdən tutulmalıdır. Hesab edir ki, 151 manat dövlət rüsumu və 300 manat vəkilə ödənilən xərc cavabdehdən tutulmalı və ona ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi vəkil Nümayəndə bildirmişdir ki, Cavabdeh müqaviləyə imza etməklə 20100 manat borcu faktiki olaraq etiraf etmişdir. İddiaçı cavabdehə bildiriş göndərək borcunu ödəməsini tələb etmiş, lakin cavabdeh borcu ödəməmişdir. İddia tələbinin əsası olan müqaviləni məhkəməyə təqdim etmişdir. İddia tələbi əsaslıdır. Odur ki, iddianın təmin edilərək cavabdehdən 20100 (iyirmi min yüz) manat məbləğində pulun və ödədiyi 151 manat dövlət rüsumu və 300 manat vəkilə ödənilən məbləğin alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, o, İddiaçının mağazasında satış vəzifəsində işləmişdir. İşlədiyi müddətdə ayrı-ayrı mağazalara satılacaq malları dəyərindən daha ucuz qiymətə yazdırıb satmışdır. Satışdan əldə edilmiş pulun bir hissəsini kassaya təhvil versə də bir hissəsini öz ehtiyacı üçün xərcləmişdir. İddiaçıya 11000 (on bir min) manat məbləğində borcu var. İdddiçı onu aldatmış, demişdir ki, sistemdə borcu 20100 manat görünür, ona görə müqaviləni imzalamışdır. İddiaçı ona hədə-qorxu gəlmişdir. İddiaçı ilə mübahisəni nizama salmaq üçün dayısı görüşmüş, lakin bir nəticə olmamışdır. O, Vətən Müharibəsi iştirakçısıdır, hazırda işsizdir, veteran kimi 80 manat müavinət alır, başqa gəlir yeri yoxdur. Odur ki, iddianın qəbul etdiyi həcmdə, yəni 11000 manat hissəsinin təmin edilməsini, qalan hissəsinin isə rdd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında Cavabdeh göstərmişdir ki, iddia ərizəsi ilə tanışdır, iddianl qəbul etmir. İddiaçıya 11000 (on bir min) manat borcu var. O, iddiaçının sahibliyində olan mağazada 2023-cü ildən əmək müqaviləsi bağlamadan ekspeditor işləmiş, 2024-cü ilin aprel ayında işdən çıxmışdır. İşlədiyi dövrdə 600 manat əmək haqqı almışdır. İddiaçı mağzada işləyən Daşqın adlı işçinin adına 6000 manata **- OD-*** dövlət qeydiyyat nişanlı, “Vaz 2107 minik” markalı avtomobil almış, etibarnamə əsasında onun istifadəsinə vermiş, İddiaçı həmin avtomobili ona verəcəyi vədi ilə hər ay onun əmək haqqından 300 manat pul tutmuş, satışı yüksək olacağı halda 200 manat tutacağını vəd etmişdir. Həmin avtomobili istifadə etməklə Salyan-Neftçala rayonları ərazisində yerləşən mağazalardan sifarişlər götürmüş, malların satışını təşkil etmiş, malları isə mağzalara anbardar paylamışdır. İddiaçı ondan satış tələb etdiyi üçün malları ucuz satmış, buna görə də 11000 manat borcu yaranmışdır. İddiaçı borc müqaviləsi bağlanarkən “ASAN xidmət” də olanda ona demişdir ki, “sənin 11000 manat borcun olacaq, lakin notariusda 20100 manat qəbul edilir”. Buna görə də o, müqaviləyə imza çəkmişdir. İddiaçı ona demişdir ki, “işləyib borcunu ödəyərsən”. Lakin sonra buna razı olmamışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iddiaçının nümayəndəsi vəkil Nümayəndə bildirmişdir ki, cavabdehin iddiaçıya 20100 manat borcu var. Belə ki, tərəflər arasında notarial qaydada borc müqaviləsi bağlanmış, Cavabdeh də həmin müqaviləni imzalamışdır. Həmin müqavilədə yazılıb ki, cavabdehin iddiaçıya 20100 manat məbləğində borcu var. Buna görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında Cavabdeh bildirmişdir ki, 2024-cü ilin mart ayında bu mübahisə yaranmışdır, həmin vaxta qədər borcu olmamışdır. Belə ki, İddiaçı ondan satışı artırmağı tələb etmiş, əks halda, işdən çıxaracağı, əmək haqqısının hamısını ondan alacağı ilə hədələmişdir. O, da məcbur olub, malları ucuz satmış, borcu yaranmışdır, yoxlama ilə müəyyən olunmuşdur ki, onun 11300 manat borcu yaranıb. Bu borc 1 aya yaranmışdır, ondan əvvəl heç bir borcu olmamışdır. O, 2 dəfə notariusa getmiş, birinci dəfə Daşqın ilə, ikinci dəfə İddiaçı ilə getmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Salyan Regional “ASAN xidmət” mərkəzinin Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2024-cu il tarixli borc müqaviləsindən görünür ki, “borc verən” İddiaçı “borc alana” Cavabdeh 20100 manat məbləğində borc pulu tələb edir. “Borc alan” xx.xx.2024-ci il tarixədək 20100 manat olmaqla, “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcun qaytarılması ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında notarial qaydada xx.xx.2024-cu il tarixli borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı 20100 manat məbləğində pul vəsaitini cavabdehə vermiş, cavabdeh isə borcu xx.xx.2024-cü il tarixədək borc verənə geri qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə ilə nəzərdə tutulmuş borcu İddiaçı qaytarmamışdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, Cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, Cavabdeh borcunu ödəmədiyindən, İddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdeh tərəfindən həmin müqavilənin aldadılaraq bağlanması, borc pul almaması, borcun iddiaçının məhsullarının ucuz qiymətə satması nəticəsində yaranması və borcunun 11000 (on bir min) manat olması ilə bağlı mötəbər sübutlar təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən qaytarılmamış borca görə 20100 (iyirmi min yüz) manat alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi digər hissədə qismən təmin olunmalı, hazırkı iddianın qaldırılması ilə əlaqədar xərclər də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, iş üzrə konkret halları nəzərə almaqla 100 (bir yüz) manat hüquqi xidmət haqqını ağlabatan məbləğ hesab edərək, həmin məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, cavabdehdən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 150,60 (bir yüz əlli manat altmış qəpik) manat da tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 20100 (iyirmi min yüz) manat pul, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 150,60 (bir yüz əlli manat altmış qəpik) manat və hüquqi xidmətə görə ödənilmiş 100 (bir yüz) manat pul alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 20100 (iyirmi min yüz) manat məbləğində pulun və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 150.60 (bir yüz əlli manat altmış qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Hüquqi xidmətə görə ödənilmiş 100 (bir yüz) manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 0.40 (qırx) qəpik iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-2099/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-2099/2024
11.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver