Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(057)-2719/2024 13.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Məmmədli Ənnağı Əbdül oğlu, Ərizəçi İddiaçı maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs1nə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi İddiaçı maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs1nə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 06 yanvar 1928-ci ildə X3 qızı ilə evlənməsi, onların birgə nikahından 30 iyun 1929-cu ildə övladları X2 anadan olması, X4 1939-cu ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizəçi bir-biri ilə bağlı olmayan tələbləri (nikah, doğum və ölüm) bir icraatda birləşdirməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 149.3-cü maddəsinin tələbinə riayət etməmişdir. MPM-in 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Belə ki, iddia tələbindən aşkar surətdə göründüyü kimi, iddiaçının iddia tələbi bir-biri ilə əlaqədar olmamaqla, iddiaçı iddia ərizəsində ayrı-ayrılıqda baxılmalı olan müstəqil tələbləri bir tələbdə birləşdirmişdir. Göründüyü kimi, faktiki nikah münasibətlərində olma faktı ilə doğum və ölüm faktları müəyyən edilərkən həll edilən məsələlər bir-biri ilə əlaqədar olmayan müstəqil tələbdir və ayrı-ayrı istiqamətlər olduğundan onlara birlikdə baxılması mümkün deyil. Buna görə də məhkəmə hesab edir ki, doğum və ölüm faktı ilə faktiki nikah münasibətlərində olma faktı barəsində ərizə ilə birlikdə baxılıb həll edilə bilməz. Məhkəmə hesab edir ki, xüsusi icraat qaydasında verilən ərizənin geri qaytarılması barədə mübahisələri tənzimləyən mülki-prosessual hüquq norması olmadığından həmin mübahisəyə iddia ərizəsinin qaytarılması barədə hüquq normaları tətbiq edilməlidir. Belə ki, MPM-in 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, iddia ərizəsi MPM-in tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də ərizənin məhkəmə icraatı mümkün deyildir. Odur ki, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. MPM-in 114.1.3-cü maddəsinə əsasən, Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılırsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, hazırki ərizə icraata qəbul edilmədən geri qaytarıldığından ərizənin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində pul büdcədən ərizəçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 114, 149, 152, 263 və 264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi İddiaçı maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs1nə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən iddia ərazi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-2719/2024
Salyan Rayon Məhkəməsi Qərardad — İş №e-2(057)-2719/2024
13.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver