Məhkəmə qərarları › İş №e-2(057)-2906/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №e-2(057)-2906/2025

17.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(057)-2906/2025 17.09.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Mən, Salyan Rayon Məhkəməsinin hakimi Əliyeva Vəsilə Əlövsət qızı, İddiaçı EL.SƏ.Nİ. MMC-nin cavabdeh "xxxx" MMC-nə qarşı “qiymətləndirmənin ləğv edilməsi və yeni qiymətləndirmə təyin edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı EL.SƏ.Nİ. MMC cavabdeh "xxxx" MMC-yə qarşı “qiymətləndirmənin ləğv edilməsi və yeni qiymətləndirmə təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı EL.SƏ.Nİ. MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “qiymətləndirmənin ləğv edilməsi və yeni qiymətləndirmə təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmiş, Salyan Rayon Məhkəməsinin 2(057)-2509/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiyindən iddia tələbi baxılmamış saxlanılmışdır. Göründüyü kimi, hazırki iş üzrə eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qərarı mövcuddur. Qeyd olunanlara əsasən, hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə çəkilmiş məhkəmə xərci barədə məsələ də həll olunmalıdır. İş materiallarından müəyyən olunur ki, iddiaçı EL.SƏ.Nİ. MMC qanunvericilik üzrə tələb edilən miqdarda dövlət rüsumu ödəmişdir. Belə ki, o, ərizə ilə məhkəməyə müraciət edərkən cəmi 100.00 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, qüvvədə olan qanunvericilik üzrə ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.2-ci maddəsinə əsasən, məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı EL.SƏ.Nİ. MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “qiymətləndirmənin ləğv edilməsi və yeni qiymətləndirmə təyin edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar