Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-3086/2025 25.02.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Dadaşov Cavid Zeydulla oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi.
1. İşin halları
Cavabdeh tərəfindən imza edilməklə xx.xx.2025-ci il tarixdə tərtib olunmuş əlyazmadan görünür ki, Cavabdeh İddiaçı xx.xx.2025-ci il tarixində 6000 manat borca pul almışdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə tərəfindən Cavabdeh göndərilmiş Pretenziya məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə ondan aldığı 6000 (altı min) manat məbləğində pulu qaytarmamışdır. Pretenziyanı aldıqdan sonra ona olan 6000 (altı min) manat məbləğində pul borcunu 07 gün müddətində ödənilməsi təklif olunmuşdur. Əks halda məhkəməyə bu tələblə bağlı iddia qaldırılacaqdır. Məhkəmənin Salyan Rayon Polis Şöbəsinə ünvanlanmış 419 nömrəli, xx.xx.2025-ci il tarixli Soğrusuna cavab olaraq xx.xx.2026-cı il tarixli məktubla bildirilmişdir ki, Cavabdeh müraciəti əsasında Salyan Rayon Polis X4 araşdırma aparılmış, xx.xx.2025-ci il tarixdə “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərar qəbul edilmiş və toplanmış material saxlanılması üçün Salyan RPŞ-nın dəftərxanasına təhvil verilmişdir. xx.xx.2025-ci il tarixdə həmin material 3-13-104/2-37030/25 nömrəli məktubla birlikdə Salyan rayon Prokurorluğuna göndərilmişdir. Məhkəmənin 2(057)-3086/2025 saylı, xx.xx.2026-cı il tarixli Sorğusuna cavab olaraq Salyan Rayon Prokurorluğu tərəfindən məhkəməyə təqdim olunmuş Cavabdeh müraciəti əsasında araşdırmanın nəticəsi olaraq toplanan materiallardan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müraciəti əsasında aparılan araşdırma çərçivəsində müraciət edən şəxsin izahatı alınmış və onunla bərabər barəsində müraciət olunan İddiaçı da izahatları alınmışdır. Müraciət edən şəxs Cavabdeh izahatında bildirmişdir ki, Mənə verilən suallara cavab olaraq bildirirəm ki, ünvan 2 ünvanında yaşayıram, məhkum olunmamışam, Salyan rayon yol idarəsində fəhlə işləyirəm. Salyan şəhər sakini İddiaçı barəsində Salyan rayon prokurorluğuna şikayət ərizəsini mən yazmışam. Belə ki, 2024-cü ilin dekabr ayında mən ilk dəfə Xuramandan 500 manat pulu hər ay 75 manat faiz ödəmək şərti ilə götürmüşdüm və sonrakı 2 ay ərzində hər dəfə 75 manat olmaqla cəmi 150 manat faiz ödəmişəm. Daha sonra yenidən pula ehtiyac yarandığından 2025-ci ilin mart ayında Xuramandan daha 500 manat faizə pul götürdüm və Xuramana 1000 manat borcum olduğu barədə ona qəbz yazıb verdim. Bundan sonrakı 2 ayda hər ay 150 manat olmaqla Xuramana 300 manat faiz ödəmişərn. Aprel ayında anamın vəfatının ildönümü olduğundan məcbur qalıb yenidən Xuramandan 600 manat faizə pul götürdüm. Daha sonrakı aylarda mən Xuramandan daha hissə-hissə 400 manat, daha sonra hissə-hissə 1200 manat pul götürmüşəm. Ümumilikdə mən Xuramandan 3200 manat pul götürmüşəm və götürdüyüm pulların aylıq faizi 480 manat təşkil etmişdir. İyul ayında mən Xuramana 480 manat faiz pulu ödəmişəm, avqust ayında isə 400 manat faiz pulu ödəmişəm. Mən artıq Xuramandan götürdüyüm pulun aylıq faizini ödəyə bilmədiyim üçün sentyabrın əvvəllərində evlərinə getdim və Xuramandan xahiş etdim ki, mənə bir qədər möhlət versin ki, dekabr ayında ona olan bütün borcumu bağlaya bilim. Lakin Xuraman razı olmadı və mənə dedi ki, hər ay ona 200 manat faiz pulunu ödəyə bilsəm dekabr ayınadək hər ay qalacaq 280 manat faiz pulunu mənim ümumi olan 3200 manat borcumun üzərinə yazacaq. Ümumilikdə hazırda mənim Xuramana cəmi 3200 manat ana məbləğ olan borcum qalıb və artıq borcumu Xuramana ödəyə bilməyəcəyimi başa düşüb məcbur qalıb rayon prokurorluğuna şikayət ərizəsi yazdım. Çünki son görüşdə Xuraman mənə demişdir ki, əgər onun borcunu qaytarmasam məni məhkəməyə verəcəkdir. Sual: İzahatınıza əlavəniz varmı? Cavab: İzahatımı oxudum, sözlərimlə düzgün yazılıb, əlavəm yoxdur, imzamla təsdiq edirəm. Barəsində müraciət olunmuş şəxs İddiaçı izahatında bildirmişdir ki, Mənə verilən suallara cavab olaraq bildirirəm ki, anam və bacım Mehribanla birlikdə ünvan 4 ünvanında yaşayıram, məhkum olunmamışam, evdar qadınam, istifadəmdə ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri vardır. Salyan şəhər sakini X6 mənim barəmdə yazdığı şikayət ərizəsi ilə tanış oldum. Bununla bağlı deyə bilərəm ki, həmin ərizədə göstərilənlər qismən doğrudur. Belə ki, həqiqətən 2023-cü ilin iyun ayında Müşfiq məndən 1500 manat, bacım Mehribandan isə 3500 manat pulu borc götürüb qısa zamanda qaytaracağına söz vermişdir. Müşfiqin bizdən istədiyi pulu faizlə götürüb hər ay faiz ödəmək şərti ilə götürmüşdür. Müşfiqin faizə götürdüyü pulu vaxtında qaytarmadığına görə mən ondan Salyan rayon məhkəməsinə şikayət ərizəsi verdim və hazırda bizim işimiz məhkəmədə baxışdadır. Həmçinin Salyan şəhər sakini Cavabdeh da məndən 2024cü ilin dekabr ayında 500 manat, 2025-ci ilin mart ayında daha 500 manat, aprel ayında daha 600 manat, sonrakı aylarda hissə-hissə 400 manat və hissə-hissə daha 1200 manat pul götürmüşdür. Ümumilikdə İbrahim məndən 3200 manat pul götürmüşdür və götürdüyü pulların aylıq faizi 480 manat təşkil etmişdir. Lakin İbrahim də götürdüyü pulları qaytarmadığından mən onun barəsində Salyan rayon məhkəməsinə şikayət ərizəsi vermişəm və işimizə məhkəmədə baxılır. Sual: İzahatınıza əlavəniz varmı? Cavab: İfadəmi oxudum, sözlərimlə düzgün yazılıb, əlavəm və düzəlişim yoxdur, düzgünlüyünü imzamla təsdiq edirəm. Salyan Rayon Polis X5 müstəntiqi, polis mayoru X7 tərəfindən xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarından görünür ki, Toplanmış HK- 1/1811 və HK-1/1812 №-li araşdırma materiallarında cinayətin tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CM-nin 178-ci maddəsilə cinayət işinin başlanılmasının rədd edilməsi qərarı alınmış və Cavabdeh “əmlak” tələbi barədə müvafiq iddia ilə yaşadıqları yer üzrə məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. İddiaçı Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, onun İddiaçı 3200 manat məbləğində borcu vardır. 2030 manat ödəmişdir və hazırda 1170 manat məbləğində borcu qalmışdır. xx.xx.2025-ci il tarixli **********2 nömrəli qəbzdən görünür ki, **** 3082 nömrəli hesabdan 350 manat məbləğində vəsait silinərək, **** 9872 nömrəli hesaba köçürülmüşdür. Köçürməni alan şəxs Xuraman S**** kimi qeyd olunmuşdur. xx.xx.2025-ci il tarixli **********0 nömrəli qəbzdən görünür ki, **** 3082 nömrəli hesabdan 300 manat məbləğində vəsait silinərək, **** 9872 nömrəli hesaba köçürlmüşdür. Köçürməni alan şəxs Xuraman S**** kimi qeyd olunmuşdur.
a) iddia tələbi
İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 6000(altı min) manat məbləğində pulun və 80 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 300 manat məbləğində hüquqi yardım üçün vəkilə ödənilən pul vəsaitinin tutularaq, iddiaçı X2 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini əsaslandırmışdır ki, Cavabdeh ona 6000 (altı min) manat məbləğində pul borcludur. Belə ki, xx.xx.2025-cü ildə şəxsən imza etdiyi yazılı müqaviləyə əsasən İddiaçı ilə Cavabdeh arasında 6000 (Altı min) manat dəyərində pul götürdüyünü qeyd etmiş, razılığa əsasən hər ay götürdüyü pulu hissə-hissə olmaqla 2026-cı ilədək qaytarmağı öhdəsinə götürmüşdür. Dəfələrlə ona şifahi olaraq xəbərdarlıq edilməsinə baxmayaraq hər dəfə borcunu ödəyəcəyini bildirmiş və bu günə kimi pul ödəməmişdir. Tərəfindən xx.xx.2025-ci ildə bildirişi Cavabdeh göndərməklə ona olan 6000 (altı min) manat pul borcunu 7 gün müddətində geri qaytarmağı tələb etmişdir. Əks halda qanunvericiliyə müvafiq olaraq barəsində borcun alınması məqsədi ilə məhkəmə qaydasında müraciət etməklə tələb edəcəyini bildirmişdir. Lakin cavabdeh yenədə pulu ödəməmişdir.Bu səbəbdən məhkəməyə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir.
b) iddiaya etiraz
İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştirakçılarının izahatları
10. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, bildirmişdir ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə imza edilməklə 6000 manat borc pul vəsaitinin almasını öz iradəsi ilə ifadəsini bildirməklə borc müqaviləsi bağlamışdır. Qeyd olunan borc məbləğindən Cavabdeh tərəfindən hər hansı məbləğdə ödəniş edilməmişdir. Onun tərəfindən məhkəməyə təqdim olunan ödəniş qəbzləri hazırda iddia tələbi ilə məhkəməyə müraciət edilməsinə əsas olmuş borc müqaviləsi ilə bağlı ödəniş olmamışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında sədrlik edən tərəfindən ona ünvanlanmış “qeyd olunan borc müqaviləsində qeyd olunan 6000 manat məbləğində pul vəsaitinin Cavabdeh müqavilə bağlanan tarixdə verilib-verilməməsi barədə” suala cavab olaraq bildrmişdir ki, borc müqaviləsində qeyd olunan 6000 məbləğində pul vəsaiti müqavilənin bağlandığı tarixdə deyil, 2024-cü ilin dekabr ayından başlayaraq, 2025-ci ilin iyul ayınadək olan müddət ərzində cavabdehə hissə-hissə olmaqla verilmişdir. Həmçinin “cinayət işinin başlanmasının rədd olunması haqqında” xx.xx.2025-ci il tarixli qərarda qeyd olunan İddiaçı izahatı və həmin qərardan şikayət verilməsi” ilə bağlı digər suala cavab olaraq bildirmişdir ki, həmin qərarın qəbul olunmasına əsas Cavabdeh müraciəti əsasında başlanan araşdırma olmuşdur və həmin müraciətdə İddiaçı qarşı 3200 manat məbləğində pul vəsaitinə görə müraciət olunduğundan bu səbəbdən həmin izahatında da Cavabdeh 3200 manat məbləğində pul vəsaitini verdiyini bildirmişdir. Qeyd olunan qərardan İddiaçı tərəfindən məhkəmə nəzarəti qaydasında və ya prokurora şikayət olunmamışdır. Həmçinin sədrlik edən tərəfindən “xx.xx.2025-ci il tarixli müqavilədə qeyd olunan 6000 manat məbləğində Cavabdeh borclu olduğu təqdirdə Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli (borc müqaviləsindən sonrakı tarixdə) müraciətin araşdırılması zamanı 3200 manat məbləğində borcunun olması barədə İddiaçı izahat verməsinin səbəbi barədə” ona ünvanlanan suala cavab olaraq bildirmişdir ki, həmin müraciətdə Cavabdeh tərəfindən məhz 3200 manat məbləği ifadə olunduğundan bu səbəbdən İddiaçı həmin məbləğə münasibətdə izahat vermişdir, amma əslində tərəflər arasında olan borc məbləği 6000 manat təşkil etmişdir. Bu hal borc müqaviləsi ilə təsdiq olunur. Həmçinin sədrlik edən tərəfindən “İddiaçı müqavilə ilə faizləri nəzərə alınmaqla pul vəsaiti verməklə bağlı müvafiq lisenziyasının olması ilə bağlı” sualına cavab olaraq bildirmişdir ki, İddiaçı müvafiq VÖEN-i olmasına baxmayaraq, o, vergi ödəyicisi kimi məhz kredit təşkilatı kimi faizlər nəzərə alınmaqla borc pul verməklə bağlı müvafiq qaydada qeydiyyatdan keçməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbi ilə qismən razılaşaraq, bildrmişdir ki, onun tərəfindən İddiaçı hissə-hissə olmaqla ümumilikdə 3200 manat məbləğində pul vəsaiti borc olaraq alınmışdır. Həmin pul vəsaiti üzrə müvafiq ödənişlər etsə də, iddiaçı tərəfindən həmin ödənişlər əsassız olaraq ondan qanunsuz olaraq tələb olunan faizə çıxılmışdır. İş materiallarına əlavə olunmuş əlyazma onun tərəfindən imza edilməklə tərtib olunmuşdur, lakin orada qeyd olunan məbləğ şişirdilərək, tərtib olunmuş və bu səbəbdən İddiaçı barəsində polis orqanlarına müvafiq şikayətlə müraciət etmişdir. Həmin müraciət əsasında aparılan araşdırma zamanı iddiaçı özü də ona verilən pul vəsaitinin məbləğinin 3200 manat olmasını izahatı ilə təsdiq etmişdir. Qeyd olunan araşdırma əlyazmanın tərtib olunduğu xx.xx.2025-ci ildən sonrakı tarixdə yəni 2025-ci ilin sentyabr ayında aparılmışdır. Əgər onun İddiaçı 6000 manat məbləğində borcu olsaydı bu zaman qeyd olunan izahatlarında da bu məbləğin 3200 manat deyil, 6000 manat olmasını bildirərdi. Həmçinin bildirmişdir ki, iddiaçıya olan 3200 manat borc məbləğindən 2030 manat məbləğində ödənişlər etmiş və hazırda onun iddiaçıya 1170 manat məbləğində borcu qalmışdır. Qeyd olunan məbləğidə hissə-hissə olmaqla ödəyəcəkdir. Qeyd etdikləri halların məhkəmə tərəfindən qətnamə qəbul edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.
2. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
157.2-ci maddəsinə əsasən, Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-ci maddəsinə əsasən, Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən, İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 329.1-ci maddəsinə əsasən, Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2-ci maddəsinə əsasən, Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. 337.1-ci maddəsinə əsasən, Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-ci maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 882.1-ci maddəsinə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 dekabr 2008-ci il tarixli Qərarı:
“MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı :
“Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.” Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir”
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı:
İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarı:
“Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi MPM-in 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: (bundan sonra – MPM-in) 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Hazırki mülki iş üzrə Cavabdeh xx.xx.2026-cı il tarixli ərizəsində İddiaçı 3200 manat məbləğində borcunun olmasını məhkəmə borcun etirafı barədə ərizə kimi qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehə aid edilməlidir. 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi
Məhkəmə maddi norma ilə bağlı hüquqi məsələlərə dair qeyd edir ki, məhkəmələr hüquq tətbiq edən orqan olmaqla qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hüququ tətbiq etməli, yalnız qanunda boşluq olduqda hüquq prinsipləri nəzərə alınmaqla qanunun və hüququn anologiyasından istifadə etməlidirlər. Məhkəmənin qanunvericiliyin aydın, müəyyən olan konkret normasını digər formada şərh etmək hüququ yoxdur. Nəzərə almaq lazımdır ki, qanunun hər hansı norması açıq-aşkar ədalətsiz olsa da, həmin normanın dəyişdirilməsi və ya qüvvədən salınması hüququ dövlətin hüquq yaradıcı (qanunverici) orqanlarına məxsusdur. Məhkəmələr isə hüquq tətbiq etmə prosesində müvafiq normanın şərh edilməsi və ya normaya yenidən baxılmasına dair səlahiyyətli orqanlara müraciət edilməsi məsələsini müzakirə edə bilərlər. Məhkəmə iddia tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən ilk öncə iddiaçının iddia tələbindən aslı olmayaraq, iddiaçı ilə cavabdeh arasında mövcud olan mülki hüquq münasibətləri müəyyən edilməlidir. Hazırki iddia tələbi ilə və məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunur ki, tərəflər arasında borc münasibətləri mövcud olmuşdur. Tərəflər arasında borc münasibətinin mövcudluğu iddiaçı və cavabdeh tərəfindən məhkəmə iclaslarında verdikləri izahatlarla və məhkəməyə təqdim olunan sübutlarla öz təsdiqini tapır və işin mübahisəsiz halı kimi qiymətləndirilir. Məhkəmə tərəflər arasında olan borc münasibətlərini mübahisəsiz hal kimi qiymətləndirməklə bərabər, tərəflər arasında olan mübahisəli halla bağlı qeyd edir ki, hazırki mülki iş üzrə iddiaçı və cavabdeh tərəfindən işin mübahisəli halı tərəflər arasında olan borcun məbləği ilə bağlıdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan iddia ərizəsi ilə tələb olunan borcun məbləği 6000 manat olaraq qeyd olunmuş və iddiaçı tərəfindən iddia tələbində qeyd olunan borc məbləği müdafiə olunur. Lakin cavabdeh tərəfindən isə tərəflər arasında olan borc məbləğinin ümumi məbləğinin 3200 manat olması ilə bağlı etiraz irəli sürülmüşdür. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, tərəflər arasında olan borc münasibətlərinin predmetini 3200 manat miqdarında pul vəsaiti təşkil etmişdir. Belə ki, məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda iştirak etməsi nəzərə alınmaqla, prosessual tərəflərin (iddiaçı, cavabdeh və s.) hər hansı birinin lehinə və ya əleyhinə öz təşəbbüsü ilə sübutlar toplaması qanunvericiliyin prinsiplərinə zidd olmaqla yolverilməzdir. Məhkəmə qeyd edir ki, iş üzrə obyektiv və hərtərəfli araşdırmanın aparılması üçün 04 (dörd) hazırlıq iclası və 1 (iki) baxış iclası olmaqla, ümumilikdə 5 (beş) iclas keçirilmişdir. Məhkəmənin işdəki tədqiq edilmiş sübutlarla kifayətlənməsi qanuni və əsaslıdır. Hazırki mülki işin hallarından görünür ki, tərəflər arasında sadə yazılı formada borcun mövcudluğunu təsdiq edən xx.xx.2025-ci il tarixli yazılı sənəd (Qəbz) imzalanmışdır. Qeyd olunan yazılı sənəddə borcun məbləği 6000 manat məbləğində qeyd olunsa da, məhkəmə araşdırması zamanı cavabdeh tələb olunan borc məbləğinin əslində 3200 manat təşkil etməsi bildirilmişdir. Və qeyd etdiyi bu arqumentin və ya dəlilin təsdiqi kimi onun müraciəti əsasında Salyan RPŞ-da aparılan araşdırma zamanı iddiaçının özünün izahatına sitinad etmişdir. Qeyd olunan bu halın araşdırılması məqsədilə məhkəmə tərəfindən Salyan Rayon Polis Şöbəsinə xx.xx.2025-ci il tarixdə və xx.xx.2026-cı il tarixdə Salyan Rayon Prokurorluğuna müvafiq Soğrular ünvanlanmışdır. Qeyd olunan Soğulara cavab olaraq Cavabdeh xx.xx.2025-ci il tarixli müraciəti əsasında aparılmış araşdırma materialları məhkəməyə təqdim olunmuşdur. Məhkəmə baxışı zamanı iddia tələbinin verilməsinə əsas olan xx.xx.2025-ci il tarixli yazılı sənəd Salyan RPŞ-da aparılmış araşdırma zamanı hazırki mülki iş üzrə iddiaçı və cavabdeh tərəfin verdiyi izahatlarla qarşılıqlı şəkildə tədqiq olunmuşdur. Və müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixli yazılı sənəddə borc məbləği 6000 manat kimi qeyd olunsa da, həmin yazılı sənədin tərtib olunduğu tarixdən sonrakı, yəni, xx.xx.2025-ci il tarixində Cavabdeh müraciəti əsasında 2025-ci ilin sentyabr ayında aparılan araşdırma zamanı İddiaçı tərəfindən verilən izahatında tərəflər arasında mövcud olan borcun məbləği 3200 manat kimi qeyd olunmuşdur. Həmçinin araşdırma çərçivəsində Cavabdeh tərəfindən də verilən izahatında onun İddiaçı borc məbləğinin 3200 manat təşkil etməsi ifadə olunmuşdur. Aparılan araşdırmanın yekun nəticəsi kimi Salyan Rayon Polis X1 müstəntiqi İlqar İsmayılov tərəfindən xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərar qəbul edilmiş və qeyd olunan qərardan İddiaçı və Cavabdeh tərəfindən prokurora və ya məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət olunmamışdır. Həmçinin məhkəmə araşdırması zamanı iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkilinə xx.xx.2025-ci il tarixdən sonrakı tarixdə təsadüf edən Salyan RPŞ-da aparılan araşdırma zamanı İddiaçı izahatında Cavabdeh ona 3200 manat məbləğində borcunun olması barədə izahatında bildirdiyi ifadəsinə münasibət bildirməsi tələb olunmuş və iddiaçının nümayəndəsi və vəkili hazırki mülki iş üzrə cavabdeh olan Cavabdeh Salyan RPŞ-ya müraciətinin məhz 3200 manata münasibətdə olması səbəbindən həmin məbləğə uyğun izahat verdiyini bildirmişdir. Qeyd olunan və məhkəmə baxışı zamanı tədqiq olunan sübutlara məcmu halında qiymət verən məhkəmə hesab edir ki, mülki işin mübahisəli halı kimi qiymətləndirilən İddiaçı ilə Cavabdeh arasında mövcud olan borc məbləğinin 3200 manat olması qənaətinə gəlir.Belə ki, məhkəmə bir daha vurğulamağı zəruri hesab edir ki, tərəflər arasında borc məbləğinin 6000 manat olması halında Salyan RPŞ-da aparılmış araşdırma zamanı İddiaçı tərəfindən izahatında borc məbləğinin 3200 manat olmasını bildirməsi mütənasiblik təşkil edən hal kimi qiymətləndirilə bilməz. Çünki borcun olmasını təsdiq edən yazılı sənəd tərəflər arasında xx.xx.2025-ci il tarixdə tərtib olunmuş, Salyan RPŞ-da isə araşdırma ondan sonrakı tarixdə, yəni 2025-ci ilin sentyabr ayında aprılmışdır. Bu isə bir daha onu təsdiq edir ki, İddiaçı tərəfindən verilən borcun məbləği 6000 manat təşkil etsəydi, o, bunu verdiyi izahatında bir daha təsdiq edərdi, nəinki 3200 manat məbləğ kimi bildirməzdi. Həmçinin məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, xx.xx.2025-ci il tarixli müvafiq sənəd tərtib olunarkən Cavabdeh 6000 manat məbləğində vəsait verilməmiş və həmin sənəddə əks olunan məbləğ daha əvvəlki tarixlərdə cavabdeh iddiaçı tərəfindən verilən məbləğin təsdiqi məqsədilə tərtib olunmuşdur. Araşdırmanın nəticəsi olaraq qəbul edilən Salyan Rayon Polis X1 müstəntiqi İlqar İsmayılov tərəfindən xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərar hazırki mülki iş üzrə preyedusial əhəmiyyət daşımasa da, mülki iş üzrə tərəflər arasında mövcud olan borc məbləği üzrə sübut növü kimi qiymətləndirilir. Həmin qərarda əks olunan izahatların məzmunu ilə bağlı İddiaçı və Cavabdeh tərəfindən hər hansı formada şikayətin edilməməsi də həmin qərarın mötəbər sübut qismində iştirak etməsini istisna edən hal kimi qiymətləndirilmir. Məhhkəmə hazırda məhkəmə tədqiqi ilə tərəflər arasında mövcud olan borc məbləği ilə bağlı müəyyən etdiyi 3200 manat məbləğin iddiaçı tərəfindən birdəfəlik formada və ya hissəhissə olmaqla verilməsi ilə bağlı münasibət bildirməyi zəruri hesab edir. Belə ki, mülki işin araşdırması zaman iddiaçı və cavabdeh tərəfindən verilən izahatlarla da müəyyən olunur ki, hazırda tərəflər arasında olan mübahisənin predmetini təşkil edən 3200 manat məbləğində borc pul vəsaiti Cavabdeh İddiaçı tərəfindən hissə-hissə olmaqla verilmiş pul vəsaitlərinin cəmidir. Bu halın müəyyən edilməsinin əhəmiyyəti xx.xx.2025-ci il tarixli sənədin iddiaçı və cavabdeh tərəfindən sənəd tərtib olunarkən orada qeyd olunan məbləğin verilib-verilməməsini müəyyən olunması və maddi norma baxımından Mülki Məcəllənin 739.2-ci maddəsinin tələbi ilə əlaqədardır. Tərəflər arasında olan borcun ümumi məbləği 3000 manatdan yuxarı olsa da qeyd olunan məbləğlər hissə-hissə olmaqla Cavabdeh İddiaçı tərəfindən verilmişdir. Məhkəmə tərəflər arasında borc müqaviləsinin MM-in 739.2-ci maddəsinin tələbindən irəli gələrək, yazılı formada bağlanmaması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçıdan hissə-hissə olmaqla 3200 manat məbləğində borc pul məbləğinin alınması məhz MM-in 739.2-ci maddəsi ilə yazılı müqavilənin bağlanması ilə bağlı tələbin və MM-in əsassız varlanma ilə maddi normalarının tələblərinin təsir dairəsinə düşmür. Həmçinin məhkəmə həmin normada göstərilən yazılı müqavilə şərti ilə bağlı bildirməyi zəruri hesab edir ki, tərəflər arasında tələbin aşkar və müəyyən olması üçün həmçinin tələb olunan məbləğin verilməsinin ilkin təsdiqedici meyarı onlar arasında müvafiq yazılı müqavilənin və ya sənədin mövcudluğudur. Bunu bir növ sübutetmə yükünün tərkib hissəsi kimi də adlandırmaq olar. Belə ki, mülki hüquq münasibətləri arasında yaranmış mübahisələr üzrə prosessual qanunvericiliyi təmin edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi tərəflər arasında mülki qanunvericiliyin maddi normasında nəzərdə tutulan yazılı müqavilənin olmaması tərəflər arasında olan borc münasibətinin məbləğinin 3000 manat və onun üzərində olduğu halda belə şifahi müqavilə tərəfləri arasında olan mülki münasibətlərin mövcudluğunu inkar etmir. Məhkəmə həmçinin qeyd olunan normada göstərilən imperativ tələblə bağlı hüququn təməl prinsiplərindən olan hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından yanaşılmanın vacibliyini qeyd edir. “Müəyyənlik prinsipi” tələb edir ki, tərəflər hüquqi riskləri əvvəlcədən bilsinlər. MM-in 739.2-ci maddəsi də bu funksiyanı yerinə yetirir. Yazılı müqavilə ilə bağlı şərti pozmaq → hüquqi risk daşımaq deməkdir. Bu prinsip həmçinin tələb edir ki, hüquq münasibətləri aydın, şəffaf, sabit və əvvəlcədən proqnozlaşdırıla bilən olsun. Prinsipin mahiyyətini isə təşkil edir: Subyektlər hüquq münasibətinə girərkən öz hüquq və vəzifələrinin sərhədlərini bilməlidirlər; Müqavilələrdə öhdəliklər, məbləğlər, forma və müddətlər dəqiq göstərilməlidir; Hüquqi qeyri-müəyyənlik riskləri minimuma endirilməlidir. MM 739.2-ci maddəsi isə bu prinsipi konkretləşdirərək borc müqavilələrinin forması ilə bağlı dəqiq hədd müəyyən edir.Beləliklə, bu maddə mülki hüquqda müəyyənlik prinsipinin praktiki təminat mexanizmi kimi çıxış edir. Həmçinin qeyd olunmalıdır ki, MPM-in 106.1-cı maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. MPM-in 106.4-cü maddəsinə görə, məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Cavabdeh tərəfindən xx.xx.2026-cı il tarixində məhkəmənin baxış iclasında məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı 3200 manat məbləğində borcunun olmasını etiraf etmiş və həmin borc məbləğindən 2030 manat məbləğində pul vəsaitinin qaytarıldığını və hazırda 1170 manat məbləğində borcunun qaldığını bildirmişdir. Mülki prosessual qanunvericiliyin qeyd olunan bu tələbi ilə bağlı məhkəmə hazırki mülki işin hallarının qarşılıqlı əlaqəsi ilə bağlı bildirir ki, iddiaçı tərəfindən tələb olunan borc pul məbləğinin Cavabdeh tərəfindən audio-video yazının müşayiəti ilə keçirilən məhkəmə iclasında izahat verdiyi zaman 3200 manat pul məbləğini etiraf etməsi və qeyd olunan ərizənin cavabdeh tərəfindən yazılaraq məhkəməyə təqdim olunması məhkəmə tərəfindən iddia tələbinin təmin olunması zamanı nəzərə alınmalı hal kimi qiymətləndirilməlidir. Belə ki, həm məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla həm də cavabdehin həmin ərizə ilə bildirdiyi 3200 manat məbləğində pul vəsaitini etiraf etməsi ilə bağlı onun məhkəmə tərəfindən nəzərə alınmasını istisna edən hal və MPM-in 106.4-cü maddəsində nəzərdə tutulan digər hallar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Lakin məhkəmə qeyd olunan ərizədə 2030 manat məbləğində pul vəsaitinin qaytarılması ilə bağlı cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir və bu səbəbdən ərizədə yalnız qeyd olunan borcun alınması ilə bağlı etiraf məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə prosessual normaların tələbləri ilə bağlı qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçının üzərinə düşür. Belə ki, sübutların tədqiqi zamanı iddiaçı tərəfindən 6000 manat məbləğində pul vəsaitinin verilməsi onlar tərəfindən müvafiq sübutlar təqdim olunaraq sübuta yetirilməsə də, məhkəmə iclası zamanı cavabdeh tərəfindən iddiaçılardan ümumilikdə 3200 manat məbləğində pul vəsaitini alması ilə bağlı izahatını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinin tələblərindən çıxış edərək, borcun etirafı kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə ödənilmiş dövlət rüsumuna münasibətdə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi qismən təmin edildiyindən, ********** nömrəli qəbz əsasında ödənilmiş 80 (səksən) manat dövlət rüsumunun 52 (əlli iki) manat hissəsi Cavabdeh İddiaçı xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 28 (iyirmi səkkiz) manat hissəsi iddiaçının özlərinə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3200 (üç min iki yüz) manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 52 (əlli iki) manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi qismən təmin edilsin. Cavabdeh 3200 (üç min iki yüz) manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzində 52 (əlli iki) manat cəmi, 3252 (üç min iki yüz əlli iki ) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Rüstəm Alıyev