Məhkəmə qərarları › İş №e-2(057)-3444/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №e-2(057)-3444/2025

20.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(057)-3444/2025 20.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın etibarsız hesab olunması və sair” tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın etibarsız hesab olunması və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qiymətləndirmə və Konsaltinq Şirkətinin xx.xx.2025-ci il tarixli qiymətləndirmə rəyinin etibarsız hesab edilməsinə, eləcə də cavabdehə ödəmiş olduğum 200 manat məbləğində və dövlət rüsumu üçün ödədiyim 100 manat məbləğində, habelə vəkilə göstərdiyi hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İdda ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-335/2024 sayl qətnaməsinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzili üzərində mənim, İddiaçı 1½ hissədə, X5 ½ hissədə pay hüququmuz müəyyən edilmişdir. Həmin iş bundan sonra icraya yönəldilmişdir. Qətnamə ilə mənim müəyyən məbləğdə borcum olmuş və borcumun ödənilməsi bəhsi keçən mənzilə yönəldilmişdir. Daha sonra sözügedən mənzilin bazar qiymətinin müəyyənləşdirilməsi məqsədilə qiymətləndirmə təyin edilmiş və bu işin icrası "xxxx" Qiymətləndirmə və Konsaltinq Şirkətinə həvalə olunmuşdur. Lakin qiymətləndirmə həyata keçirilərkən mənzilin istər sahəsi, istərsə də digər əlamətləri düzgün qiymətləndirilməmiş, nəticədə mənzilin qiyməti dəyərindən daha aşağı məbləğdə, 93.000 AZN (doxsan üç min manat) müəyyənləşdirilmişdir. Nərimanov Rayon İcra Şöbəsi də tutulmanı aşağı məbləğdə qiymətləndirilmiş həmin mənzilə yönəltməkdədir. Beləliklə, mənim mülkiyyət hüquqlarım kobud şəkildə pozulmuş, mən maddi zərərə məruz qalmaqdayam. Qeyd etməliyəm ki, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzilin ümumi sahəsi faktiki olaraq 100 kv.m olsa da, cavabdeh tərəfindən həmin mənzil sadəcə 63 kv.m göstərilmiş, bu da mənzilin qiymətinin aşağı göstərilməsinə səbəb olmuşdur. Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 100 kv.m sahəsi və üstəlik qarajı da olan mənzilin bazar qiymətinin 93.000 AZN olması ağlabatan deyildir. Həmçinin nəzərinizə çatdırmalıyam ki, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-335/2024 saylı qətnaməsində qeyd olunmuş, "X7 Mərkəzi" tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə işindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzilin bu günə olan bazar dəyəri 132.700 manat olmuşdur. Hətta həmin qiymət belə mənzilin real qiymətindən aşağı göstərilmış. eləcə də bu, 2024-cü il üçün nəzərdə tutulmuşdur. Bakı şəhəri ərazisində, xüsusilə də Nərimanov rayonu kimi yerdə mənzillərin bazar qiymətlərinə nəzər yetirdikdə, 100 kv.m sahəsi olan mənzilin qiymətinin 93.000 manat məbləğdə hesablanması heç bir məntiqə sığmır. Eyni zamanda "xxxx" Qiymətləndirmə və Konsaltinq Şirkəti tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli qiymətləndirmə rəyində sözügedən mənzillə analoji mənzillərin müqayisəsi aparılmış və həmin mənzillərin qiyməti 170.000 AZN (yüz yetmiş min manat) olaraq göstərilmişdir. Əlavə olaraq, mən, "xxxx" MMC-yə qarşı qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət etmişəm. Həmin işlə bağlı yekun məhkəmə aktı çıxarılana qədər Nərimanov Rayon İcra Şöbəsi tərəfindən tutulmanın dayandırılması zəruridir. Əks təqdirdə həmin mənzil dəyərindən qat-qat aşağı məbləğdə satılacaq və mən ciddi maddi zərərə məruz qalacağam. İddia ərizəsinə əlavə olunmuş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-335/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, İlk iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı 25.847,09 (iyirmi beş min səkkiz yüz qırx yeddi manat 9 qəpik) manat pul vəsaiti iddiaçı X6 ödənilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, ilkin iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun iddiaçı X6 aid edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzili üzərində İddiaçı ½ hissədə, X5 ½ hissədə paylarının müəyyən edilməsin, qarşılıqlı İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzilə köçürülməsi, cavabdeh X4 2.000 (iki min) manat pul vəsaitinın İddiaçı ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz manat) ekspertiza xərcinin 50 manat hissəsi X4, digər 50 manat hissəsi İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi, cavabdeh X4 240 (iki yüz qırx) manat qiymətləndirmə xərcinin İddiaçı ödənilməsi qərara alınmışdır. İddia ərizəsinə əlavə olunmuş Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X3 xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında Qərarla icra sənədi üzrəə icraat başlanılmış, borclu İddiaçı 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. İcra sənədini könüllü icra etmədikdə isə borclu barəsində məcbrui icra tədbirlərinin görülməsi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişinin borcludan tutulması, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakının siyahıya alınması və həmin əmlakın üzərinə həbs qoyulması barədə xəbərdar olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2025-ci il tarixli Cavabdeh tərəfindən təqdim olunmuş 0185/25 nömrəli mütəxəssi rəyindən görünür ki, İddiaçı və X5 ümumi birgə mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzilinin (yeni qaydalarla: AZ 1154, Bakı şəhəri, Nərimanov rayonu, Vladimir Mayakovski küçəsi, giriş 33, M 2, mənzil 14) bazar dəyəri 93000 (doxsan üç min) manat müəyyən olunmşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina ediməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin qanunun 51.1-ci maddəsinə əsasən, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə № 02/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadında qeyd edilmişdir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirilmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair “ 6 oktyabr 2012-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biridir və qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılması ilə bağlı qeyri-müəyyənlik yaranmış olar. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən,.iddia ərizəsi verildikdə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, məhkəmə hesab edir ki, ********** nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzinə əsasən Dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul vəsaiti X1 İdarəsi tərəfindən İddiaçı qaytarılmalıdır. Məhkəmə mülki iş üzrə icaata münasibətdə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iddia icraatı qaydasında pozulmuş mülki hüququn və ya qanuni mənafeyin müdafiəsinə dair iddialara baxır. İddia ərizəsindən görünür ki, iddiaçı əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsini istiyər, əmlakın qiymətləndirilməsinə dair hesabat (rəy) sübut növü hesab edilir və özü-özlüyündə hüquqi nəticələrə səbəb olmur. İddiaçı icra hərəkətləri zamanı icra məmurunun qanunsuz hərəkət və qərarlarından narazı olarsa, müvafiq icra işi üzrə icraat qaydasında aidiyyəti üzrə müvafiq orqana və ya məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 153.2.1-ci maddəsinə əsasən, iddia ərizəsinə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. MPM-in 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. MPM-in 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. MPM-in 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. MPM-in 269.1-ci maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiyası məhkəməsi tərəfindən 3 gün müddətinə baxılır. MPM-in 269.2-ci maddəsinə əsasən, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın etibarsız hesab edilməsi və sair” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın etibarsız hesab olunması və sair” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ********** nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat pul vəsaiti X1 İdarəsi tərəfindən ona qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsinə verilə bilər. Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar