Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-438/2025 06.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 105000 (yüz beş min) manat məbləğində maddi və 100000 (yüz min) manat məbləğində mənəvi ziyanın, habelə ödənilmiş 495 manat dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırlmışdır ki, Cavabdeh ilə xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olmuşdur. Sentyabr ayının 18-də Bakı şəhərində Mübarək şadlıq sarayında qız toyu, Sentyabr ayının 27-də Salyan rayonun Həsənli kəndində Şirvan şadlıq sarayında oğlan toyu olmuşdur. 2014 -2016 illər ərzində həftənin 5 günü Bakı şəhərində 2 günü Salyanın Həsənli kəndində olmuşlar. 2016-cı ilin may ayından mərhum X31 (qaynanası) xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün ondan xahiş etdi ki, qızı Cavabdeh anasını həkimə aparıb gətirməsi üçün Bakıda qeydiyyatda olduğu ünvan Yasamal rayonu Əsəd Əhmədov
28. Vidadi 18 küçəsində Sovestikisi adlı ərazidə qalmışdırlar. Həmin il də Cavabdeh anasını 20 Yanvar metrosu yaxınlığında yerləşən Milli Onkologiya Xəstəxanasında onknoloq Qasımzadə İlqarın qəbuluna getdiyi zaman onunla gizli sevgili münasibətdə olmuşdur, bunu bilən adam tək xalası qızı X7 və X23 bilirlərmiş. O da X35 Şirvan xəstəxanaları daxil olmaqla Bakı şəhəri üzrə Bayıl da 3 nömrəli xəstəxana, Avrasiya klinikası, X64, Modern Hospital 40-cı xəstəxana da cərrah mamaginekoloq Natiq Məhərrəmovun qəbulunda 1 kurs müalicə proseduruna 800AZN pul vermiş və onu Azərbaycan Respublikası üzrə vaginizim yəni cinsi istəksizlik mütəxəsisi olan Günay Hacıyevaya yönləndirmiş və Fatiməni cinsi istəksizlikdən cinsi istəkliyə gətirmək üçün həftədə 2 dəfə ayda 8 dəfə 2019 – ildə yanvar, fevral, mart sonuncu kurs müalicə aprel ayında bitmişdir. Oda bu müalicəyə onun ana olmağa hazırlamaq üçün prosedurlar həyata keçirilib və oda üzərinə düşən vəzifəni ona etmiş və X53 Hacıyevaya ümumi olaraq 3200 AZN pul ödəmişdir. Ümumilikdə Fatimənin ana olması üçün 10.200 AZN pul xərcləmişdir. Əliyeva X8 gənclikdən neftçilərə evinin əşyalarını kömək edən daşıyan taksi şoferindən əlaqədə olmuş və uşağa hamilə qalmışdır. O həmin taksi şoferi bir necə müddətdən sonra Sonaxanımı tapmış ona olan hadisələri danışmış və onların evinə getməsini xahiş etmişdir Fatimə həmin taksi şoferini dəfələrlə təhtid etmiş ondan pul alırmış. Saxta sənəd düzətdirərək şoferə təqdim etmiş ki güya uşağı abort yolu ilə götüzdürmüşdür. Amma halbuki onunla dəfələrlə cinsi əlaqədə olmuşdur ondan gizlətmişdir. Onun iş yerləri Salyan rayonun Həsənli kəndində gərgin iş qrafiki ilə işlədiyi üçün Bakı şəhərinə gəlib getməyi nisbətən zəifləmişdir və o da bundan isitifadə edərək onu dəfələrlə xəyanət etmiş və aldatmışdır. Real Hospitalda müalicə aparan X40 Elmlər Akademiyasında yerləşən Caspar xəstəxanasında ginekoloq Aytən xanıma yönləndirmiş və 1 günü 60 AZN olaraq o 20 günün pulu yəni 1200 AZN pul ödəmiş amma Fatimə 15 – ci gün ona zəng edərək söylədiki uşağın müalicəsi düzgün getmir. Gülnar adında yaxşı həkim tapmış sən demə X28 anasının həkimi olan Qasımzadə İlqarın həyat yoldaşı və biləcəridə yerləşən X68 Xəstəxanasının baş həkimi imiş. X58 da dəfələrlə pul almış uşaq sənəndir deyə hədələmiş və həyat yoldaşına deyəcək deyə təhtid etmişdir. Bunları ona detallı şəkildə Fatimənin xalası qızı olan Sonaxanım 2023 -cü ilin mart ayının 15 -də demişdir. Deməli anasını salığında Fatimə 2 xəyanət ona qarşı etmişdir. O Fatiməni Biləcəridə yerləşən X69 Xəstəxanasına 2019- cu ilin noyabr ayının 1 dən 30 na qədər bir günə 60 AZN olmaqla 1800 AZN pul , 2019 -cu ilin dekabr ayının 1 dən günü 120 AZN olmaqla VİP otaq 3600AZN pul ödəmişdir. Amma əvəzləmə vərəqəsində 01. 01.2020 daxil olmuş qeyd olunmuşdur. O xəstəxana ilə üzbəüz aptekə 1700AZN dərmanlara , keysəriyyə əməliyyatını edən Qasımzadə Gülnara 1600 AZN , onestezoloqa 400AZN əməliyyat zamanı qan itkisi yaranmış Qasımzadə İlqar tərəfindən qan göndərilmiş və ondan 1100 AZN istəmiş, xx.xx.2020-ci il tarixində Əlizadə İnci dünyaya gəlmişdir. xx.xx.2020 tarixində o Fatiməni və uşağı xəstəxanadan çıxartmaq üçün Fatiməyə 101 qızılgül -300 AZN uşağın həkimi Qasımzadə Gülnara 101 qızılgül- 300AZN xüsusi poketdə hazırlanmış RAFEOLLO şokolad 200 AZN + doğuşdan sonra 6 gün uşağa baxdığı üçün 200 AZN Gülnar həkimə Fatimənin və İncinin paltarlarına 2100AZN xüsusi hazırlanmış tort 450 AZN, CASTER maşının icarəyə götürüb bəzədilməsi 300AZN helium şarlar 155AZN , İSTANBUL salonundan Fatimənin bəzədilməsi 850AZN fotoqrafın gəlməsinə 50AZN video çəkliş 70 AZN 1 qurbanlıq qoyun xəstəxananın həyətində kəsilməsi 220AZN uşağın peyvəndlənməsi Vərəmə qarşı , Hepatit B, BCJ Poliomielit 800AZN Ümumilikdə müalicələr + xəstəxanadan çıxış ümumi xərclər 25.500AZN təşkil etmişdir. Fatimə ona söylədiki o rayonda yaşaya bilməz ona görədə xalası qızı Sonaxanım və Nəzrin də birlikdə 2020- ci ilin oktyabr ayının 1 – nə kimi neftçilərdə kirayədə qalıblar və sonradan memar əcəmidə kirayə ev tutuldu Fatimə qardaşı atası Sonaxanım hərdən bir gəlib gedirdi Nəzrin isə çox vaxt Fatimə ilə birgə qalırdı. Onun Ələt – Astara yolunun 22 km LUKOİL 50 f yanacaqdoldurma məntəqəsinin idarə olunması + Prestij restoranın tikinti təmir işlərinin idarə olunması + Yüzbaşlıq ətlik və südlük fermanın + 22 hektar torpaq sahəsin əkilməsi +suvarılması + biçilib anbara vurulmasına nəzarət etmiş yəni onun Bakı şəhərində qalmağı qeyri- mümkün idi. Memar əcəmidə kirayədə qaldıqları evə qonşu olan Həmidova Samirə , X24 vasitəsi ilə Ata sığortaya tək şəxsiyyət vəsiqəsi ilə ona kömək üçün işə düzəldib ki o ayda kirayə 600 AZN + İnciyə baxmaq üçün Həmidova Samirəyə 300 AZN xərc cox çıxdığı üçün ona kömək etsin. 5 ay kirayə pulu 3000 AZN + İnciyə dayə pulu 1800AZN amma Fatimə onu aldadaraq 1800 AZN yox az pul vermişdir. Uşağın 1 yaşını Niaqara şadlıq sarayında keçirmişdir həmin ad günündə 250 AZN Sonaxanım uşağa sep , o isə 500AZN qızıl sep İNCİ adı yazılmış hədiyyə etmişdir. Fatimə ona dediki iş yoldaşları Kapital banka depozit pul qoyurlar və oda 2000AZN +1000 AZN də pulu nağd şəkildə özünə verdi ki pulu depozitə qoyub və onlara xeyir olsun. Əcəmidə ki evdən 2020 ci ilin fevral ayından çıxıb xalası qızı Sonaxanım və Nəzrində birlikdə xalqlar metrosu yaxılığında şahmatlı binada yəni Məhəmməd Hadi küçəsində kirayə mənzil tutub bir yerdə yaşasınlar. 2020- ci ilin mart ayından kirayə haqqı 800 AZN olmaqla 6 ay müddətində 4800 AZN kirayə pulu ödəmişdir. Bu evə gələndən X25 ilə sevgili olmuş bunu bilən Nəzrin anası Sonaxanımnan gizlətmişdir. Bu şahmatlı binada 2021 ci ilin iyun ayında Fatimə ona demişdir ki iş yoldaşı Fidanın həyat yoldaşı ona 1000AZN dəyərində olan Apple watch saat almış səndə ona alarsan. Oda ona Apple watch se black 44mm dəniz telecomun Salyan filialının müdiri Ceyhun Mustafayev Bakıda 28 mayda baş ofis olan Dəniz telecomun rəhbəri Rəşaiqə demiş tək onun şəxsiyyət vəsiqəsi ilə 1 ay güzəşt müddəti ilə vermişdir. Onun tiktok və instagramda hesabları olmadığı üçün o da bundan istifadə edərək həmin saatı Ələkbərov Elmara hədiyyə etmişdir bunun tək şahidi Nəzrin olmuşdur. 2021- ci ilin iyun ayında qardaşı X32 toyuna gələn Fatimə və atası onların Salyan rayonun Həsənli kəndində yaşadıqları evdən sığorta adı altında ilk çıxartdığı dəyəri 1200 USD Hp markalı komputer, 11500AZN qızıl zinət əşyalarını + onun nişan üzüyünü götürmüşdür. 2021 ci ilin avqust ayında Zabrat dairəsində Louvre plaza şadlıq sarayında Fatimənin böyük xalası qızı X19 oğlu Samirə böyük toy etmişdir. Bu toydan bir neçə gün sonra Fatimə xalası qızları X36 Samir təzə bəy Samirin yoldaşı təzə gəlin X14 Reyhan Reyhanın rəfiqəsi Ülkərin qonşu Hüseyn Hüseyn adından istifadə edərək ondan adına tək şəxsiyyət vəsiqəsi ilə 1 ay güzəşt müddəti olmaqla telefonlar:Apple İpone 11 64GB -2200 AZN, Apple İpone 11 64GB – 2200AZN, Apple Watch SE Black 44mm – 1000AZN, Apple İpone 12 64GB - 2750AZN, Apple İpone 11 64GB - 1900AZN, Apple İpone 11 64GB – 1900AZN, Apple İpone 11 pro 64GB green – 2500AZN, Apple İpone 12 black 64GB – 2400AZN, Apple İpone 12 blue 64GB – 2400AZN, Apple İpone 13 pro max – 3630AZN, Apple İpone planşet- 1850 AZN, ümumi olaraq: 24.700 AZN bu telefonlar sevgili olduğu Ələkbərov Elmarla birlikdə satılmış və bu telefonların hec biri adları çəkilən şəxslərə catmamış həmin insanların adından istifadə edərək başqa adamları danışdırıb çünki həmin xalaqızlarının telefon nömrələri onda olmadığı üçün və ses tembrlərinə tanımadığı üçün Fatimə bunu ona bilərəkdən etmişdir. Bu işin üsdünü o 2023 ci il 15 martda Sonaxanımı vasitəsi ilə bu şəxslərlə görüşmüş və burda aydın olubki bu şəxlərin hec birinə telefon catmayıb. 2021 ci ilin setyabr ayının 20 də qaynatası ona zəng edərək ağlaya ağlaya bank onu məhkəməyə verib banka, lombarda və birdə əl borcu olduğu üçün borc sakinləri onu öldürür onu sıxır ona 12.000 AZN borca pul tapa bilərsən demişdir. Oda səhəri günü Səbail rayonu Badamdart qəsəbəsi X16 yəni xalasıgilin evinin qabağında 12.000AZN məbləği qaynatasına hamsı 100 AZN olmaqla sayıb verdi. Qaynatası ona dediki SOCAR qarajında yəni şofer iş yoldaşlarıyla ayı 1000AZN dən loterya oynayır. 30 nəfər şofer arasında 30.000AZN lotereyanı götürəndə ona olan ümumi borcunu qaytaracaq. 2021 – ci ilin setyabr ayının 22- də X15 sevgili olduğu Elmarı divanda əxlaqsız 1 yaşlı İncinin 16 yaşlı Nəzrinin gözü önündə etdiyi əxlaqsız videonu Fatimənin atası Hüseynə və qardaşı Məmmədhüseynə göndərmişdir. 2021 setyabr ayının 23 də o Maşdağa qəsəbəsi Alballıq 2 massivində Fatimənin atası evinə gəldi. Fatimənin atası və qardaşı əlbir olaraq həmin videonu və digər şəkilləri ondan gizlətmiş əxlaqsız Sonaxanım və Nəzrin olduğunu söyləmişdilər. Həmin günü Sonaxanım ilə görüş olmali idi üzləşmə olmali idi. Bunlarda onun safliğından inam ve etibarından sui istifade ederek onu aldatilarki, Sona bu aileni dagitmaq isteyir ve Fatimeye paxilliq edir. Oda bunlarin yalanci sozlerine inanıb hetda Sonaxanimin nömresinide orda bağ evinde silmişdir. X21 butun sirlerini hetda usagin İNCİNİN ondan yox adi bir Taksi şöferinden olduğu üzə çıxacaqdi. Bosanma olmali idi. Hətta Nicatla boşanıblar demişler ki, hami ele bilsinki boşanma olub. Bu işin üstünü ört basdir edən qaynatası ve qayni Fatimə ilə əlbir olaraq bu OYUNU onla oynamişdilar. O Sonaxanimi 2023 ci ilin mart ayinin 15 de tapanda temiz MUFLUS olmusdu. Bundan sonra X59 ile birlikde usagi Semed Vurğun küçesi 956 Mehellede yerlesen Ebulfet Qarayev adina 2Nomreli usaq Xestexanasina yerleşdirmisdiler. Bunlarin Meqsedi onu kulli miqdarda Borca salib maddi və mənəvi cəhətdən yıxmaq ,İsden atdirib menevi onu MUFLUS etmek, mehv etmek, özlerinə veziyyet qurmaq axirdada ondan boşanıb getmek olmuşdur. X55 qizi ozu- 8 agir emeliyat, usaq X65 qizına isə 12 ağir emeliyat adı altinda oyuna başlamışlar.Cavabdeh əməliyyatlar: Qasımzadə Gülnar hava balonları danışıb güya Əbülfət Qarayev adına 2 nömrəli klinik xəstəxananın ifeksion şöbəsində Covid-19 xəstəliyinin müalicəsi üçün palataya uşağıda onuda yerləşdiriblər tək Covid-19 xəstəliyinin sağalması üçün hissə hissə 18.500AZN Kapital kart hesabına köçürmüşdür. 2022 – ci ilin fevral ayının 5 də həmin xəstəxananın sanitarkası adından istifadə edərək ***-***-**-** bu nömrə vasitəsi ilə görüntülü ona 3 dəfə zəng ilə xəstəxananın içərisindən danışmışlar sonradan öz araşdırmasına görə həmin nömrə Fəridə adlı dəstənin bir üzvü olduğunu öyrənmişdir. Həmin Fəridə adlı sanitarka dəyəri 1850 AZN olan 28 mayda yerləşən Dəniz telecomdan yəni Rəşaiqdən (ora gedən zaman hicab paltarında getmiş ki iz itirmək üçün ) götürmüşdür. 2022 ci ilin fevral ayının 22 də o demişdirki bütün qohumlar gəlir nənəyə baş çəkirlər amma səndə gəlməlisən və oda həmin günü səhər saat 11 də Fatimə və İncini götürdü İncinin başı sarıqlı idi beyin əməliyyatı adından X9 beyin əməliyyatı edən həkim adından hissə hissə 7120 AZN Kapital kart hesabına pul göndərtdirmişdir. O Fatiməni evə gətirdi Fatimə 2 gün qabaq güa keysəriyyə əməliyyatının tikişlərinin söküldüyünü Qasımzadə Gülnara 1600AZN əməliyyatın bərpası üçün pul göndərtdirmişdir. O gəldi evə Fatiməni soyundurdu ki baxsın əməliyyat izinə görmüşdürki xüsusi alət vasitəsi ilə keysəriyyə əməliyyatının üzəri yarılmış İncinin başının arxa tərəfini qırxıb güa əməliyyat adı ilə başını sarımışlar ki sanki əməliyyat olunub. Təkrar təkrar baxmışdır ki, tökülmüş maddələrdən hec bir şey aydın edə bilmədi əməliyyat olunub yoxsa olunmayıb. Həmin günü Fatimənidə uşağıda apardı mühafizə polisinin yanından kecirdib palataya saldı və 5 dəqiqə gözlədi və sonra qayıtdı rayona. 2022- ci ilin mart ayında cinsiyyət orqanında xərçəng xəstəliyi aşkar edilmişdir əməliyyat üçün hissə hissə 9500AZN pul göndərdi. Xətəxanada mühafizəçi adından X3 hesabına hissə hissə 3000 AZN pul göndərmişdir. Sonradan öz araşdırmasına görə həmin X1 olduğu X10 yaxın dostu və X2 olmuşdur. 2022- ci ilin aprel ayında X13 Nihad Mayıl oğlu və o İddiaçı ** OT *** markalı BMW markalı maşın ilə xətəxananın qarşısında gözlədi Fatimə 42 dəqiqədən sonra aşağı korpusun qarşısına sevgilisi X25 çatdırmış Fatimə xəstəxananın içərisinə daxil olub xəstəxana paltarında gua xəstəxanadan çıxırmış kimi X50 maşının içərisində nağd olaraq 3000AZN verdi və oda 300 AZN hamısı 20 manat əskinaz olmaqla gua uşaq qalıb sanitarkanın yanında ona baxmaq üçün sonradan məlum olmuşdur ki bunlar hamısı ona qurulmuş bir plandır. 2022- ci ilin may ayında Fatimə ona dedi ki uşağın yəni İncinin ürəyində qidalanma zəifdir təcili əməliyyat olunmalıdır. Əməliyyatı da Qasımzadə Gülnar tərəfindən olunmalıdır. Oda hissə hissə 7000AZN göndərmişdir. Bundan sonra Fatimə özü və uşaq üçün əməliyyatlar adından istifadə edərək başında şiş, süd vəzisində çirk mədə bağırsaq sürüşməsi primaniya və digər ağır xəstəliklərlə yanaşı onu dəfələrlə aldatmış külli miqdarda ondan pullar istəmiş və demişki Kapital banka qoyduqları 3000AZN depozit pulu olub 225.000 AZN X56 orda ona sual verdi ki pulu nə vaxt çıxardacaqlar o da dedki 2 ay müddətində pulu çıxardıb onlara verəcək. 2022- ci ilin setyabr ayında ona dediki atası Maştağa bazarı ilə üzbəüz 3 otaqlı tam təmirli mənzil dəyəri 78.000AZN + Maştağa qəsəbəsi Alballıq qəsəbəsi 2 massivində bağ evi dəyəri 24.000 AZN onun qarşısında yarımtikili dəyəri 12.000 AZN+ 2 su kamazı birinin dəyəri 16.500 o birinin dəyəri 14.500 AZN atasının uaz 21 06 dəri 6500 AZN yəni onun bilmədiyi 2 böyük hektarlı torpaq sahəsi + atasının Əli adında iş adamının 250.000AZN villası və 4 böyük mağazaları Unibanka girov qoyulub külli miqdarda pul götürüləcək və bu pulların hamısı bağlanacaq. Bu işlərin düzəldilməsi üçün yəni evlərin sənədlərinin düzəlməsi üçün maşınların sənədlərinin düzəlməsi üçün torpaqların sənədlərinin düzəldilməsi üçün ümumilikdə 10.000AZN pul lazımdır oda X51 (yəni qardaşı) Kapital bankdan 10.000 AZN götürüb hissə hissə Fatimənin Unibank hesabına göndərdi. Sonda göndərdiyi 2100 AZN sonra X26 (yəni qaynatası) bir neçə dəfə zəng etdi amma onun zənginə cavab vermədi və dərhal qızı Fatimə ona zəng edirdiki atası orada cox sual cavab edirlər güya telefonlara cavab verə bilmir amma halbuki hamısı bunlar yalan imiş onun hər iki nömrəsi bloka salınmışdır. O Fatiməyə dediki niyə onu bloka atdı dediki güya əli dəyib. 2023 – cü ilin oktaybr ayının 3 də ona ata əvəzi X52 və X44 və o birlikdə gecə saatlarında getdi Maşdağa qəsəbəsi Alballıq 2 massivində qaynatasının bağ evinə. Qaynatası dedi ki ona mesaj göndəriblər sən onun qızını bədbəxt etmisən oda dedi ki sənin qızın onu bədbəxt edib o mesajıda ona göndərən xüsusi proqramla düzəlmiş ona göndəriblər hardadır qızın sualına dedi ki güya xəstəxanadadır dedi ki cağır gəlsin həm üzləşməyə həm də bu işi aydınlaşdırmağa. Ata isə söhbətdən yayındı həmən ayda X7 və X11 tutulması üçün ondan 3200USD yəni 5500AZN pul isdəmişdi o sual verdiki Sonaxanım tutulub? Yəni Sonaxanıma 6 il 2 ay Nəzrinə 3 il 4 ay iş kəsilib və birdə Sonaxanımın atası Hacıağa və sonanın böyük bacısı Zeynalova Könül ondan xahiş edib ki Sonaxanım və Nəzrin tutulmasın atası bu işlərin yalan olduğunu bilib gizlədərək yenə susdu yəni işi ört basdır etdi və qızıyla danışıb ona xəbər edəcək. Oda dedi ki onun yanacaq doldurma məntəqəsinin kassasına 19.255 AZN fermanın kassasına 6850 AZN X71 ağluna 3000AZN X33 2300 AZN ümumilikdə 31.405 AZN borcu var. Onu işdən cıxardılar və onu tuturlar ona olan borcunu ver o da dediki sən ona verdiyin 12.000AZN 2800AZN götürmüş qalanını vermişdir Fatiməyə oda dediki o pulu sənə vermişdir Fatiməyə yox ona borcunu qaytar. 1 ay vaxt götürdülər oda 2022 – ci ilin oktaybr ayının 30 da Fatiməyə zəng etdi dediki pul oturub karta 87.000AZN + 27.000USD karta mədaxil olub 1 ay müddəti gözləyə bilsələr həmin məbləğ 100.000 AZN + 57.000USD olacaq yəni Unibankda kompaniyaya düşmüş ona görə məbləğ daha cox olacaq. Oda fikirləşdi ki Kapital bank hesabda 225.000 AZN + 200.000AZN = 425.000AZN bu məbləğ olacaq. 2022 – ci ilin noyabr ayının 12də Fatimə dediki Razində Unibankın ən böyük filialının içərisindədir. 100.000AZN +57.000USD kart bloka düşüb Unibankın əməkdaşı kimi danışdırdı. Aynurə xanım Unibankın əməkdaşı deyil və ona dediki kart bloka düşüb saat 18:00 qədər 6000AZN pul göndərməlisən göndərməsən pullar batır məndə həmin 6000AZN rayon cammatından borc yığıb göndərdi və yenidən 1 həftə vaxt götürdülər ki kart blokdan çıxsın və pulu götürsün. 2022- ci ilin noyabr 22-də rəsmi şəkildə işdən çıxdı və mənəvi zərbə aldı bundan istifadə edən Fatimə yenə vaxt götürdü. 2022- ci ilin noyabr ayının 24-də pul çantası aldı Fatimə ilə 28 mayda görüş təyin etdi ki Razində yerləşən Unibankın əsas filialı olduğu üçün külli miqdarda pul çıxarmaq olur və görüşüb orda dediki 100.000AZN + 57.000USD kartlar Sara adlı bir xanımdadır o kartları götürmək üçün 3600AZN pul lazımdır oda dediki Saranın nömrəsini ver. Nə nömrəni verdi, nə də ki Saranın kim olduğunu dedi oda durmadan Fatiməyə zəng etdi Fatimə gecə 00:29 Sabunçu rayonu 14-cü bölməyə onu intihara cəhd maddəsi ilə onu 4 sutka şöbəyə saldırdı. O bu 4 sutkanı yatana kimi bu X42 Şurasının mediatırı ilə Nazənin Səmədova ilə əlbir olaraq yəni Nicatı mənəvi yıxmış oda ondan pul alıb o 4 sutkanı yatıb cıxdı. Yolda gələndə Nazənin ona zəng etdiki gəl X18 məqsədi burdan yəni Həsənli kəndindən olan əşyalarını Nazənin vasitəsi ilə çıxartsın. Ondan Nazənin 200AZN pul aldı ki guya arayış vermək üçün oda gəldi prosesdə iştirak etməyə Fatimə Nazəninin yanında dedi ki 100.000AZN+57.000USD dediyinə görə Sara adlı xanımdadır. 3600AZN təcili olaraq catdırmaq lazımdır oda zəng etdi Mustafayev Ceyhuna o da zəng etdi Rəşaiqə oda 28 mayda yerləşən Dəniz telecoma getdi və 3 ədəd telefonlar : İpone 14 – 2450AZN, İpone 14 pro max – 3600AZN, İpone 14 pro max – 3600AZN cəmi olaraq 9650AZN bunları neftçilərdə 6150 AZN satdı ki 3600 AZN verə bilsin və oda 3600 AZN Badamdar qəsəbəsi Qurd qapısı yaxınlığında pulu nağd olaraq Fatiməyə verdi ki kartı 100.000AZN+57.000USD məbləğdə olan pulu Saradan alsın və bütün borcları bağlasınlar. Həmin gündə rayona gedərək bütün əşyaları və onun yığdığı pulları ona aid olan əşyaları + sənədləri + İncinin əşyaları+ göndərdiyi qəbzlərin əslini və bir çox sənədləri evdən götürmüşdür ki, onun ona sübut edəcək heç bir dəlil sübutu olmasın. Sonrada ev əşyaların sökülməsi üçün ustaya 250 AZN danışınılması üçün 200 AZN + fəhlə üçün 50 AZN evdə olan lüstrların pullarını oda istədi 220 AZN verdi və sonradan məlum oldu ki Sara adlı xanım həmin dəstənin bir üzv nümayəndəsi imiş. Bundan başqa onun tərəfindən cavabdeh ilə birgə nikahlarından doğulmuş İnci adlı uşağın atalığı Salyan rayon məhkəməsində mübahisələndirilmiş Cavabdeh iddia tələbini qəbul edərək məhkəmədə nikahlarının pozulmasına etiraz etmədiyini, onunla birgə nikahlarından doğulmuş İnci adlı uşaqlarının atasının o olmadığını etraf edərək iddia tələbini tam həcmdə qəbul etmişdir. Buna görə də, Salyan rayon məhkəməsinin 2(057)-671/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi tam həcmdə təmin edilərək cavabdeh ilə nikahıları pozulmuş və həmin nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü Əlizadə İnci anasının himayəsinə verilərək, uşağın doğum haqqında akt qeydində ata qrafasındakı məlumatlar ləğv edilmişdir. Cavabdeh yuxarıda qeyd etdiyi qanunsuz hərəkətləri haqqında Səbail rayon polis idarəsinə şikayət etdi və həmin polis idarəsində aparılmış araşdırma üzrə şikayətində qeyd olunan xüsusatlar mülki məsələ olduğu üçün xx.xx.2024-cü il tarixli qərar ilə cinayət işinin başlanılması rədd edilərək qeyd olunanlarla bağlı mülki qaydada müvafiq məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. Qeyd olunan şikayət üzrə cavabdeh qisməndə olsa da hazırkı iddia tələbində göstərilən məbləğlərin ondan aldığını etiraf etmiş, lakin bununla yanaşı ailəli olduğu müddətdə, əri olaraq onun guya başqa kişilər ilə telefon vasitəsilə votçap üzərindən danışaraq, sonda arxa dəlik vasitəsi ilə həmin kişilər ilə qeyri təbi yolla cinsi əlaqəyə girməyi barədə izahat vermişdir. Həmin xoşa gəlməz halı guya ona bildirdikdə, o hər şəxsi həyatı olduğunu və kişilər ilə arxa dəlik vasitəsilə görüşməyinin öz seçimi olduğunu guya demişdir. Buna görə də müstəntiq tərəfindən məhkəmə tibbi ekspertizası təyin edilmiş və cavabdehin izahatında qeyd etdiyi xüsuatların həqiqiliyinin müəyyən edilməsi ilə bağlı ekspert qarşısında müvafiq suallar qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və pataloji Anatomiya Birliyi” X60 13 iyun 2024-cü il tarixli 196 nömrəli rəyindən görünür ki, İddiaçı özünün deməsinə və sənədlərdə qeyd olunanlara əsaslanaraq onun yaşı 38 ilə uyğun gəlir, bununla birlikdə ikincili cinsi əlamətlər də nəzərə alınaraq şəxsin cinsi yetkinliyə çatması təsdiq olunur. Xarici cinsiyyət üzvü nahiyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı bir patologiya, anomaliya aşkar edilməmiş, cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Dəri-Zöhrəvi mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 18-1-7/2-551/2024 saylı arayışa əsasən, Hepatit B, Hepatit C xəstəliyi aşkar olunmadı. Ümumi yaxmada zöhrəvi xəstəlik aşkar edilməsi.Lues və Anti HİV-müayinəsinin nəticəsi ilə bağlı Respublika QİÇS-lə Mübarizə Mərkəzinə müraciət ünvanlanması tövsiyyə olunur, habelə həmin rəydə onun arxa keçəcək nahiyəsində qeyritəbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər, bədən səthi üzərində və arxa keçəcək nahiyəsində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Həmin ekspertizanın keçirilərkən Lues və Anti HİV-müayinəsinə zamanı onda Qiçs xəstəliyi aşkar edilmişdir. Hal hazırda QİÇS-lə mübarizə Mərkəzində qeydiyyatdadır. Bununla da cavabdehin ona qarşı qanunsuz hərəkətləri və xəyanətləri nəticəsində QİÇS xəstəliyinə düçar olmuşdur, habelə başqa kişilər ilə birləşərək onun xüsusi xeyli miqdarda pulunu ələ keçirilmiş və nəticə etibarı ilə ona ümumilkdə 105.000 AZN məbləğində maddi və 100000 AZN məbləğində mənəvi ziyan vurulmuşdur. Hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcbriyyətində qalmışdır. Ümumi olaraq ona vurulmuş mənəvi və maddi ziyanın məhkəmədə onlardan hal hazırdada borclu olduğu şəxslər məhkəmədə təsdiq edə bilər. Belə ki, hal-hazırda cavabdehin ona vurduğu maddi zərər səbəbindən onun X38 31.405 AZN, X43 telecom- 10.310AZN, Rayon və kənd caamaatı – 23.000AZN, X63 fialı X51 (qardaşı) – 10.000+10.000=20000 AZN, Unibank Salyan filialı X39 (qardaşı) – 3000AZN borcu yaranmışdır. Cavabdeh ünvan 3i ünvanında qeydiyyatda olmaqla ünvan 4 yaşayır. Buna görə də, hesab edir hazırkı iddia tələbinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.1-ci maddəsinə uyğun olaraq cavabdehin qeydiyyat ünvanı üzrə Salyan rayon məhkəməsində baxılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, iddiaçının etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilən iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilən iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə da iddiaçının dediklərini bir daha təsdiq edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, tərəflər 01 iyul 2014-cü ildə Salyan rayon Yenikənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmi nikaha daxil olmuşdur. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş doğum haqqında arayışın surətindən görünür ki, X45 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-671/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 01 iyul 2014-cü ildə Yenikənd İƏDN-də qeydə alınmış 19 saylı nikah pozulmuş, xx.xx.2020-ci ildə anadan olmuş İnci adlı uşağın atasının İddiaçı olmaması müəyyən edilmiş, İnci adlı uşağın doğum akt qeydində ata haqqında qeydin əsasları və ata haqqında məlumatların silinməsi qət edilmişdir. İş materiallarında olan Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Elşən Bədəlzadə tərəfindən qəbul edilmiş 14 iyun 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı Cavabdeh birgə nikah dövründə olduğu müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaiti göndərmişdir. İş materiallarında olan ödəniş cədvəllərindən görünür ki, İddiaçı müxtəlif vaxtlarda müxtəlif dükanlardan bir neçə mobil telefon almışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 01 iyul 2014-cü ildə rəsmi nikaha daxil olmuş, nikah müddətində birgə yaşayış və ailə münasibətləri qurmuş, bu dövr ərzində iddiaçı tərəfindən cavabdehin müalicəsi, yaşayışı və şəxsi ehtiyacları ilə bağlı olaraq müxtəlif məbləğlərdə pul təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, nikah münasibətləri dövründə ər və ya arvad tərəfindən digər tərəfə könüllü şəkildə verilmiş pul (və ya əmlak) vəsaitləri ailə-məişət münasibətlərinin normal təzahürü kimi qiymətləndirilməli və ümumi ailə xərcləri kimi dəyərləndirilməlidir. Burada hər hansı hüquqazidd davranış aşkar edilməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən əsaslı və mötəbər sübutları məhkəməyə təqdim etməmiş, eləcə də həmin halları məhkəmə baxışı zamanı sübuta yetirə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi hüquqi əsaslara malik olmadığından təmin edilməməli və rədd olunmalıdır. Məhkəmə, həmçinin iddiaçının ona vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi ilə bağlı qeyd edir ki, o, tələbinin cavabdeh tərəfindən mənəvi ziyanın vurulmasına dair istinad etdiyi hallarını sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dairə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixololi reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri — inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi Koinq Almaniyaya qarşı işdə ərizəçiyə mənəvi narahatlıq yetirilməsinə, Artiko İtaliyaya qarşı işdə tənhalıq və kimsəsizlik hisslərinə, Younq, Cames və X17rşı işdə alçaldıcı və təhqiredici hərəkətlərə görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, İnsan Hüquqlarının və X22 haqqından Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından mənəvi zərərə anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən ona maddi və mənəvi zərər vurulmasını təsdiq edən kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbi öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Vəsilə Əliyeva