Məhkəmə qərarları › İş №e-2(057)-476/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-476/2025

12.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-476/2025 12.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçının nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçının nümayəndəsi vəkil Nümayəndə “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1890 (bir min səkkiz yüz doxsan) manat məbləğində pul və 39 manat məbləğində dövlət rüsumunun və 300 manat vəkilə ödənilən məbləğ tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ona 1890 manat məbləğində pul borcludur. xx.xx.2022-ci il tarixdə yazılmış və imzaladığı əlyazma sənədlərlə 1200 manat və 690 manat məbləği borc müqaviləsi bağlayaraq may ayından 100 manat hər ayda verdiyi pulu qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh həmin tarixdə götürdüyü ümumilikdə 1890 manatı ona qaytarmamışdır. Dəfələrlə ona şifahi olaraq xəbərdarlıq edilməsinə baxmayaraq hər dəfə borcunu ödəyəcəyini bildirmiş və bugünə kimi pul ödənməmişdir. Tərəfindən xx.xx.2024-cü ildə bildirişi Cavabdeh göndərməklə ona ümumi olan 1890 manat pul borcunu 3 gün müddətində geri qaytarmağı tələb etmişdir. Əks halda qanunvericiliyə müvafiq olaraq barəsində borcun alınması məqsədi ilə məhkəmə qaydasında müraciət etməklə tələb edəcəyini bildirmişdir. Lakin yenədə pulu qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddianı müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə məlumat verilməsinə və AZEMİS vasitəsi ilə “SMS” bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 30 yanvar 2025-ci il tarixli hazırlıq iclasında məhkəmə iclas katibi cavabdehin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamış, Zəminənin həyat yoldaşı Elnur Ələkbərov kimi özünü təqdim edən şəxs Cavabdeh xəstə olması səbəbindən məhkəmə iclasına gələ bilmədiyini, məhkəmə iclası təxirə salınarsa növbəti məhkəmə iclasında iştirak edə biləcəyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsi vəkilin izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan və məhkəmə iclasında cavabdeh tərəfindən yazıldığı və imzalandığı təsdiq olunan mübahisələndirilməyən xx.xx.2022-ci il tarixli əlyazma qəbzdən görünür ki, “Cavabdeh 1200+690=1890 manat pul götürmüş may ayının 30dan hər ay 100 manat ödəyəcəyini qeyd etmişdir” məzmunundadır. İş materiallarında olan İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən Cavabdeh ünvanlanmış Pretenziyadan (pul tələbi barədə) görünür ki, cavabdehə müraciət edərək borcun qaytarılması üçün məktubu aldığı müddətdən 3 gün müddət ərzində qaytarılmasını əks təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı qeyd olunmuşdur. İş materiallarında olan Expresspay ödəniş sistemi vasitəsi ilə ödənilmiş qəbzdən görünür ki, İddiaçı Salyan Rayon Vəkil Bürosunun vəkili Nümayəndə hesabına 300 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 329.2ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.2-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 1890 manat borc pul almışdır. Borcunu hər ay, 2022-ci ilin may ayının 30-dan başlayaraq 100 manat olmaqla ödəyəcəyinə söz versə də, borcunu geri qaytarmamışdır. Cavabdeh tərəfindən yazıldığı və imzalandığı təsdiq olunan mübahisələndirilməyən xx.xx.2022-ci il tarixli əlyazma qəbzdən görünür ki, “1200 manat + 690 = 1890 man mayda ödəyəcəyəm 30-dan 100 man. Cavabdeh” məzmunundadır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında 1890 manat məbləğində pulun verilməsi ilə bağlı borc münasibətləri yaranmış, həmin borcdan heç bir məbləğ iddiaçıya qaytarılmamışdır. Belə olan halda isə İddiaçı həmin məbləği cavabdehdən tələb etməklə haqlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1890 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. MPM-in 9.3-cü maddəsinin tələbinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. MPM-in 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. MPM-in 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. MPM-in 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Belə olan halda, iddia tələbi təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu əvəzində 39 manat və hüquqi yardım üçün ödənilmiş 300 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1890 (bir min səkkiz yüz doxsan) manat, hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat və məhkəməyə dövlət rüsumu olaraq ödənilmiş 39 (otuz doqquz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 1890 (bir min səkkiz yüz doxsan) manat, hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat və məhkəməyə dövlət rüsumu olaraq ödənilmiş 39 (otuz doqquz) manat məbləğində pul vəsaitinin əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar