Məhkəmə qərarları › İş №e-2(057)-62/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №e-2(057)-62/2025

04.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(057)-62/2025 04.09.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı Salyan Rayon Arbatan Bələdiyyəsinin nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Salyan Rayon Arbatan Bələdiyyəsinin Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Salyan Rayon Arbatan Bələdiyyəsinin nümayəndəsi vəkil Nümayəndə “zəbt edilmiş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zəbt etdiyi Salyan rayonu Marışlı bələdiyyəsinin mülkiyyətində olan 1.067131 ha torpaq sahəsindən çıxarılması və həmin zəbt etdiyi torpaq sahəsi onun maneçilik hərəkətlərinə son qoyulmaqla bələdiyyəyə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Salyan Rayon Arbatan Bələdiyyəsinin nümayəndəsi vəkil Nümayəndə məhkəməyə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikasında Bələdiyyələrin siyahısına dəyişiklik edilməsi haqqında xx.xx.2024-cü il tarixli qanuna əsasən Marışlı bələdiyyəsi ləğv edilərək Salyan Rayonu Arbatan Bəldiyyəsi ilə birləşdirilmişdir. Odur ki, iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi zərurəti yaranmışdır. İddiaçı Salyan Rayon Marışlı Bələdiyyəsi əsl iddiaçı Salyan Rayon Arbatan Bələdiyyəsi ilə əvəz edilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş Salyan Rayonu Arbatan Bələdiyyəsinin 03 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Salyan Rayonu Arbatan Bələdiyyəsinin nizamnaməsinin 1.5-ci bənddə “və Xurşud” sözləri “Xurşud, Marışlı və Seyidsadıqlı” sözləri ilə əvəz edilmişdir. İddiaçı Salyan Rayon Arbatan Bələdiyyəsinin nümayəndəsi vəkil Nümayəndə məhkəməyə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Salyan Rayon Arbatan Bələdiyyəsinin nümayəndəsi vəkil Nümayəndə işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə prosesinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilən Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və ərizələrini nəzərə alıb və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1, 260.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Salyan Rayon Arbatan Bələdiyyəsinin Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar