Məhkəmə qərarları › İş №e-2(057)-627/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-627/2025

13.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-627/2025 13.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdehndə Notariat Ofisinə qarşı “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının tanınması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İddiaçı (bundan sonra - ərizəçi) məhkəməyə ərizə ilə müraciət edərək, X31 ilə X8 (hüquqmüəyyənedici sənəddə “Şüşə” şəklində qeyd edilmişdir) arasında bağlanan və 140 №li qeydlə rəsmiləşdirilən nikaha dair verilmiş 092401 №li evlənmək haqqında X1 məxsus olması faktının tanınması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X8 xx.xx.2000-ci il tarixdə vəfat etdiyindən ona xüsusi mülkiyyət hüququ ilə məxsus olmuş, Salyan şəhəri, Ə.Hüseynov küçəsi, ev 76 ünvanında yerləşən fərdi yaşayış evinə vərəsəlik qaydasında gözlənilən mülkiyyət hüququsu yaranmışdır. Lakin ona məxsus X20 ana qrafasında olan qeydlərdə, həmçinin anasına məxsus nikah (evlənmə) haqqında şəhadətnamədə onun adının Şüşəxanım əvəzinə “Şüşə” yazılması qeyd olunan hüququnun realizəsini qeyri-mümkün etmişdir. Belə olduğu təqdirdə, Cavabdehndə Notariat Ofisi tərəfindən vərəsəlik işinin açılmasından imtina edilmiş və imtinanın əsasını təşkil edən uyğunsuzluqların məhkəmə qaydasında aradan qaldırılması tövsiyə olunmuşdur. Belə olduğu təqdirdə, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Aşağıda göstərilən əsaslarla hesab edir ki, X31 ilə X8 (hüquqmüəyyənedici sənəddə “Şüşə” şəklində qeyd edilmişdir) arasında bağlanan və 140 №li qeydlə rəsmiləşdirilən nikaha dair verilmiş 092401 №li evlənmək haqqında X1 məxsus olması faktı tanınmalıdır: Məhkəmənin diqqətinə çatdırır ki, hazırda mərhumənin sağ qalmış vərəsələrinin istinad olunan hüquqlarını təsdiq edən doğum haqqında şəhadətnamələr müqayisəli təhlil edildikdə, göstərilən fərqliliyin yalnız ona münasibətdə mövcud olması aşkar olunur. Göründüyü kimi, hazırkı hüquqi əhəmiyyətli faktın tanınmasını zəruri edən situasiya mübahisəli hüquq münasibətlərindən deyil, yalnız formal uyğunsuzluqlardan törəmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçi İddiaçı atasının adı Səftər olsa da, onun Şəxsiyyət Vəsiqəsində atasının adı Səfdər olaraq yazılmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı ərizəsini müdafiə edərək, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Cavabdehndə Notariat Ofisinin xüsusi notariusu Vahid Rizvanov məhkəməyə xx.xx.2025-ci il tarixli məktub ünvanlayaraq, təyin olunmuş məhkəmə prosesinin iştirakları olmadan keçirilməsini və işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, X8 vəfat etdiyindən və ərizəçi mərhum anası Şüşəxanım Səmədovanın övladı kimi birinci növbəli qanun üzrə vərəsəsi olduğundan, onun hazırkı ərizə ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ vardır. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan X11 görünür ki, X31 ilə X22 arasında nikah 14 noyabr 1937-ci il tarixdə Azərbaycan SSR Salyan rayonu VVAQ Bürosunda 140 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan X20 ksero surətindən görünür ki, X26 xx.xx.1955-ci il tarixdə anadan olmuş, atası X31, anası X10r. İş materiallarında olan X23 görünür ki, X7 xx.xx.2000-ci ildə Salyan şəhərində ölmüşdür. İş materiallarında olan Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X30 xx.xx.1992-ci ildə ölmüşdür. İş materiallarında olan Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X27 xx.xx.2010-cu ildə ölmüşdür. İş materiallarında olan Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X31 xx.xx.1971-ci ildə ölmüşdür. İş materiallarında olan Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X27 26 oktyabr 1951-ci ildə Salyan rayonunda anadan olmuş, atası X31, anası X5r. İş materiallarında olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair sentyabr 1987-ci ildə X3 adına tərtib olunmuş, 1036 reyestr nömrəli Texniki Pasportdan görünür ki, yaşayış evi, 2 otaqlı, ümumi sahəsi 67,40 kv.m, yaşayış sahəsi 35,80 kv.m, yardımçı sahəsi 31,60 kv.m təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx.xx.2024-cü il tarixli məktubunun ksero surətindən görünür ki, Salyan rayon Qeydiyyat Şöbəsinin 1919-cu ilə aid heç bir işi filiala təhvil verilmədiyi üçün X6 1919-cu ildə doğum tarixini təsdiq etmək mümkün olmamışdır. İş materiallarında olan Cavabdehndə Notariat Ofisinin xüsusi notariusu Vahid Rizvanovun 457 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vərəsəliyin qəbulu müddətinin keçməsi və mərhumənin nikah haqqında şəhadətnaməsində adı Şüşə, oğlu İddiaçı X14 ana adı Şüşə, qızı X16 şəxsiyyət vəsiqəsində ata adı Səfər yazıldığı üçün uyğunsuzluq olması səbəbindən vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün deyildir. Odur ki, sənədlər məhkəməyə müraciət olunması üçün İddiaçı qaytarılmışdır. İş materiallarında olan Salyan rayon İHB-nın Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı atası X31 xx.xx.1971-ci il tarixdə, anası X8 xx.xx.2000-ci il tarixdə, qardaşı X27 xx.xx.2010-cu il tarixdə, bacısı X30 xx.xx.1992-ci il tarixdə vəfat etmişlər. Mərhumların daimi yaşayış yeri ünvan 2 ünvan olmuş, ölənədək onunla birlikdə yaşamış və hazırda həmin evdə oğlu İddiaçı qalmışdır. Mərhumların qızları Babayeva (Səmədova) Elanur Səfər qızı, Ələkbərova (Səmədova) Məhbubə Səftər qızı və Soltanova (Səmədova) Səkinə Səftər qızı ailə tərkibindən çıxıb getmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67,40 kv.m, yaşayış sahəsi 35,80 kv.m, yardımçı sahəsi 31,60 kv.m olan 2 otaqlı mənzil miras əmlak qoyanın vərəsəsi Ərizəçidir. Cavabdehndə Notariat Ofisinin xüsusi notariusu Vahid Rizvanovun 457 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vərəsəliyin qəbulu müddətinin keçməsi və mərhumənin nikah haqqında şəhadətnaməsində adı Şüşə, oğlu İddiaçı X14 ana adı Şüşə, qızı X16 şəxsiyyət vəsiqəsində ata adı Səfər kimi qeyd edilib. Bu səbəblərə görə Ərizəçi vərəsə kimi miras əmlaka dair vərəsəlik işinin notarial qaydada rəsmiləşdirə bilmir. Hazırda Ərizəçi məhkəməyə müraciət edərək, atası X31 ilə anası X8 arasında bağlanan və 140 №li qeydlə rəsmiləşdirilən nikaha dair verilmiş 092401 №li Evlənmək Haqqında X1 məxsus olması faktının tanınması haqqında qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, 31 oktyabr 1958-ci ildə verilmiş Evlənmək Haqqında X2 ilə X9 arasında nikah 14 noyabr 1937-ci il tarixdə Azərbaycan SSR Salyan rayonu VVAQ Bürosunda 140 nömrəli akt qeydi ilə rəsmiləşdirilərkən və ərizəçinin X14 anasının adı düzgün göstərilməmişdir. Belə ki, həmin sənədlərdə Şüşəxanım Səmədovanın adı “Şüşə” olaraq qeyd olunsa da, digər sənədlərdə, yəni ərizəçinin qardaşı X17, bacısı X18 məxsus X25, mərhuma məxsus X28 və fərdi yaşayış evinə dair tərtib olunmuş Texniki Pasportda mərhumun adı Şüşəxanım olaraq göstərilmişdir. Məhkəmə qeyd edir ki, hüquqmüəyyənedici sənədlərdə (X13, X25 və s.) ərizəçinin mərhum anasının adı düzgün göstərilmədiyindən, ərizəçi həmin sənədlərin X4 məxsusluğu barədə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Qeyd edilənlərə əsaəsn məhkəmə hesab edir ki, X31 ilə X8 arasında bağlanan və 140 №-li qeydlə rəsmiləşdirilən nikaha dair verilmiş 092401 №-li Evlənmək Haqqında X1 məxsusluğunun fakt kimi müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Beləliklə, məhkəmə hesab edir ki, X31 ilə X8 arasında bağlanan və 140 №-li qeydlə rəsmiləşdirilən nikaha dair verilmiş 092401 №-li Evlənmək Haqqında X1 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və MPM-in 213, 214, 216-220, 227, 233, 307-311 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilisin. X31 ilə X8 arasında bağlanan və 140 №-li qeydlə rəsmiləşdirilən nikaha dair verilmiş 092401 №-li Evlənmək Haqqında X1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar