Məhkəmə qərarları › İş №e-2(057)-72/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-72/2024

06.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-72/2024 06.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X5 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə pul tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" rayon məhkəməsinə verdiyi iddia ərizəsində subraqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədi ilə cavabdehlər X8 və Cavabdeh1 6600,89 manat və ödənilmiş dövlət rüsumuna görə 86 manat, müvəqqəti təminat tədbirinin təmini barədə ərizəyə görə ödənilmiş 10 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X6 bildirmişdir ki,cavabdehlərə məxsus VAZ-21099 markalı 90GV 899 dövlət qeydiyyat nişanlı avtomobil 11.11,2022-ci ildə Hyundai Tucson” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və Bakı sığorta ASC tərəfindən subraqasiya tələbi ilə bağlı 4957,11 manat sığorta ödənişi ödənilmiş, yerdə qalan 6600,89 manat X8 tərəfindən ödənilməlidir. Odur ki, verilmiş iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. İş üzrə digər cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məkəmə bildirişi göndərilmiş, lakin cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamaması barədə konvertin üzərində qeyd olunmaqla bildiriş məhkəməyə qaytarılmışdır.Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan 17 fevral 2023-cü il tarixli MVC0053/23 nömrəli sığorta aktından görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Tucson” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 100 manat azadolma məbləği çıxılaraq X7 11.558,00 manat sığorta ödənişi verilmişdir. İş materiallarında olan 17 fevral 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC X7 məxsus Hyundai Tucson” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 11558 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan Qala Sığorta” ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MVC-744/22 nömrəli qiymətləndirmə aktından görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə nəticəsində 2010-cu il buraxılışlı “Hyundai Tucson” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir bərpa xərcinin 11658 manat məbləğində olduğu müəyyən edilmişdir. X13 orqanının “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışından görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 19:00 radələrində baş verən yol nəqliyyat hadisəsində təqsirli şəxs kimi X8 qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və 60 manat məbləğində cərimə edilmişdir. xx.xx.2022-ci il tarixli Sığorta Şəhadətnaməsinin surətindən görünür ki, 2010-cü il buraxılışlı “Hyundai Tucson” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək "xxxx" ASC Sığorta Şirkəti ASC tərəfindən sığortalanmışdır. 14 noyabr 2023-cü il tarixli № 9/7123 saylı məhkəmə ekspertiza mərkəzinin rəyindən görünür ki, Qala Sığorta” ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzə alınmaqla 2010-cu il buraxılışlı “Hyundai Tucson” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4643,0 manat müəyyən edilir. İş materiallarında olan 17 aprel 2024-cü il tarixli № 9/850 saylı məhkəmə ekspertiza mərkəzinin rəyindən görünür ki, Qala Sığorta” ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MVC-744/22 nömrəli qiymətləndirmə aktında 2010-cu il buraxılışlı “Hyundai Tucson” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8480,90 manat müəyyən edilir. Eyni zamanda həmin rəydə qeyd olunmuşdur ki, “Hyundai Tucson” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci 11270 manat müəyyən edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, VAZ- 21099 markalı 90GV 899 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində sığrta hadisəsi baş vermiş, mülkiyyətçinin həmin hadisənin baş verməsində təqsirli hərəkətləri olmamışdır. Ona görə də iddia Cavabdeh1 aid olan hissədə rədd olunmalıdır. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MVC-744/22 nömrəli qiymətləndirmə aktında 2010-cu il buraxılışlı “Hyundai Tucson” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8480,90 manat təşkil etməsi ilə bağlı ekspert rəyində qeyd olunanlarla bağlı məhkəmə qeyd edir ki, həmin nəqliyyat vasitəsinin bərpa olunması üçün 11270 manat vəsait tələb olunduğundan məhkəmə tələbin həmin məbləğə uyğunlaşdırılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində qeyd olunmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 936.2-ci maddəsində qeyd olunmuşdur ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1108.1.Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində qeyd olunmuşdur ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.Subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Bu Qanunun 32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda kompensasiya ödənişi həyata keçirildikdə, müvafiq icbari sığorta müqaviləsi üzrə faydalanan şəxsin sığortaçı və ya müvafiq hallarda sığortaçının ləğvetmə komissiyası qarşısındakı tələb hüququ verilmiş kompensasiya ödənişi həcmində bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosuna keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğində pul cavabdeh X3 alınaraq X1 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216- 220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. X3 6312,89 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 82,25 manat alınıb "xxxx" ASC-nin hesabına köçürülsün. İddia tələbi qalan hissədə və Cavabdeh1 aid olan hissədə təmin edilməsin İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğində pul cavabdeh X3 alınaraq X1 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar