Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-88/2025 22.12.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması, hasar hörgüsündə maneəçilik edilməməsi, dəmir darvazanın sökülərək çıxardılması, su sayğacının və kanalizasiya xəttinin mülkiyyətindən çıxarılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması, hasar hörgüsündə maneəçilik edilməməsi, dəmir darvazanın sökülərək çıxardılması, su sayğacının və kanalizasiya xəttinin mülkiyyətindən çıxarılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mülkiyyətində olan 0.1339 ha torpaq sahəsinin X.R.Ulutürk küçəsinə olan çıxış hissəsində Cavabdeh evinin qarşısında olan həyətyanı sahəsi ilə mülkiyyətində yerləşən torpaq sahəsi arasında hasar çəkilməsinə Cavabdeh tərəfindən maneəçilik hərəkətlətinə son qoyulması, mülkiyyətində yerləşən torpaq sahəsindən X.R.Ulutürk küçəsinə çıxan hissədə Cavabdeh tərəfindən qoyulmuş dəmir darvazanın çıxarılması, Cavabdeh evinin su sayğacı və kanalizasiya xətti onun mülkiyyətində yerləşən torpaq sahəsindən çıxarılması, vəkilə ödənilmiş 300 manat maddi ziyan və 100 manat dövlət rüsumu və 4000 manat əldən çıxmış gəlir və 4000 manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən mülkiyyətində olan 0.1339 ha torpaq sahəsinin X.R.Ulutürk küçəsinə olan çıxış hissəsində Cavabdeh evinin qarşısında olan həyətyanı sahə ilə onun mülkiyyətində yerləşən torpaq sahəsi arasında hasar çəkilməsinə maneəçilik törədilir. Eyni zamanda mülkiyyətində yerləşən torpaq sahəsindən X.R.Ulutürk küçəsinə çıxan hissədə Cavabdeh tərəfindən qoyulmuş dəmir darvaza çıxmasına mane olur. Cavabdeh evinin su sayğacı və kanalizasiya xətti da onun mülkiyyətində yerləşən torpaq sahəsində yerləşir və bunlar da mülkiyyətindən çıxarılmalıdır. Cavabdeh iddia etdiyi torpaq sahəsini almaq üçün tərəfindən bunlar könüllü icra edilməsi razılığına gəlinsədə bugünə qədər tələblər yerinə yetirilmir. Buna görə maddi və mənəvi ziyana düşmüşdür. Odur ki, ünvan 1 ünvanda yerləşən mülkiyyətində olan 0.1339 ha torpaq sahəsinin X.R.Ulutürk küçəsinə olan çıxış hissəsində Cavabdeh evinin qarşısında olan həyətyanı sahəsi ilə onun mülkiyyətində yerləşən torpaq sahəsi arasında hasar çəkilməsinə Cavabdeh tərəfindən maneəçilik hərəkətlətinə son qoyulması, mülkiyyətində yerləşən torpaq sahəsindən X.R.Ulutürk küçəsinə çıxan hissədə Cavabdeh tərəfinizdən qoyulmuş dəmir darvazanın çıxarılması, Cavabdeh evinin su sayğacı və kanalizasiya xətti onun mülkiyyətində yerləşən torpaq sahəsindən çıxarılması, vəkilə ödənilmiş 300 manat maddi ziyan və 100 manat dövlət rüsumu və 4000 manat əldən çıxmış gəlir və 4000 manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 iddianı qəbul etməyərək bildirmişdir ki, iş üzrə mütəxəssis rəyi alınsa da, məhkəmə tərəfindən qoyulmuş suallara tam olaraq cavab verilməmişdir. Mütəxəssis tərəfindən ölçü düzgün aparılmamış, elektron bazada olan məlumatlar qeyd olunmuşdur. Tikintinin nə qədər ərazini tutması barədə məlumat dəqiq qeyd edilməmişdir. Həmin tikintinin başqa ərazidən yolu vardır. X.R.Ulutürk küçəsindən obyektə maşınla girmək mümkün deyildir. Həmin ərazidə olan yol Cavabdeh evinə bitişikdir. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Çıxarışın surətindən görünür ki, Salyan şəhəri X.R.Ulutürk prospekti 46 ünvanında 0.1339 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı adına rəsmiləşdirilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş 14 oktyabr 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki; 1.Elektron kadastr baza məlumatlarına əsasən Reyestr nömrəsi **********486 olan çıxarışa əsasən ünvan 3 ünvanda İddiaçı mülkiyyətinə aid 0.1339 ha torpaq sahəsi mövcuddur. Hazırda torpaq sahəsinin 0.1259 ha sahəsi İddiaçı, 0.00794 ha hissəsi isə Cavabdeh istifadəsindir. 2.İnşa edilən tikilinin həmin torpaq sahəsinə düşən hissəsi 0.1227 ha-dır. 3.Ümumi tikilməkdə olan binanın digər hissəsi Əlibəy Hüseynzadə küçəsi ilə kəsişən küçədə yerləşir.
4. İddiaçı mülkiyyətinə aid X.R.Ulutürk küçəsinə çıxan hissəsində yerləşən mübahisəli yerdə darvazanın eni 3.9 metr, hündürlüyü isə 2.2 metrdir. Həmin darvazadan içəndə yerləşən hissəyə Cavabdeh tərəfindən giriş-çıxış edilir, hal-hazırda İddiaçı həmin mübahisəli yerdən istifadə etmir. 5.Sualın cavablandırılması 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisinin səlahiyətlərinə aid deyidir. 6.Kanalizasiya xətti yerin altında olduğu üçün harda yerləşməsini və uzunluğunu təyin etmək mümkün olmamışdır. 7.X2 mülkiyyətində yerləşən mübahisəli torpaq sahəsindən Cavabdeh mülkiyyətində yerləşən torpaq sahəsinin sərhəddində hasar mövcud deyil. Həmin hissəyə hasar çəkilməsi nəzərdə tutulan yerin uzunluğu 20 m-dir. 8.X3 mülkiyyətində yerləşən mübahisəli torpaq sahəsində cavabdeh X4 məxsus iki su sayğacı mövcuddur. 9.Cavabdeh fərdi yaşayış evi, X.R.Ulutürk küçəsində yerləşən piyada səksinə bitşik tikilidir. 10.İddiaçı və Cavabdeh mülkiyyətlərində olan daşınmaz əmlakların dövlət reyestrindən çıxarışlarında və texniki pasportlarında mövcud vəziyyətə münasibətdə hər hansı uyğunsuzluq mövcud deyildir. Salyan Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh qarşı maneənin aradan qaldırılması tələbinə dair 01 oktyabr 2024-cü tarixli 2(057)-1726/2024 saylı mülki iş üzrə mübahisəli torpaq sahəsinin Yerquruluşu planından görünür ki, 0.00794 ha mübahisəli torpaq sahəsi İddiaçı mülkiyyətində olmaqla, faktiki olaraq Cavabdeh istifadəsindədir. Həmin rəyə əlavə olunmuş məktubdan görünür ki, mütəxəssis rəyinin və yerquruluşu planının verilməsi üçün xidmət haqqı 95 (doxsan beş) manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 178-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111-ci maddəsinin 3-cü bəndinə əsasən, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin “İnsan Hüquqlarının və X1 haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından “mülkiyyət” və “əmlak” anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından “mülkiyyət” və “əmlak” anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə, yuxarıda sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə belə hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı məxsus torpaq sahəsinin X.R.Ulutürk küçəsinə çıxan hissəsində eni 3,9 metr, hündürlüyü 2,2 metr olan dəmir darvaza və hasar quraşdırılmaqla iddiaçının mülkiyyət hüququnun sərbəst həyata keçirilməsinə faktiki maneə yaradılmış və iddiaçı həmin mübahisəli sahədən istifadə etmək imkanından məhrum edilmişdir. Həmin darvaza və hasarın iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırması ekspert rəyinin 4-cü bəndi ilə təsdiq olunur. Bundan əlavə, mütəxəssis rəyinin 8-ci bəndinə əsasən cavabdehə məxsus su sayğacının iddiaçının torpaq sahəsində yerləşdirilməsi də mülkiyyətçinin istifadə hüququnu məhdudlaşdıran qanunsuz müdaxilə hesab olunur. Bununla yanaşı, ekspert rəyinin 6-cı bəndində kanalizasiya xəttinin yerin altında olması səbəbindən onun dəqiq yerləşməsi və iddiaçının sahəsinə düşüb-düşməməsi müəyyən edilmədiyindən, həmin xəttin iddiaçının ərazisində yerləşməsi sübut olunmamış qalır və bu səbəbdən tələbin həmin hissəsi sübut olunmadığından əsassız hesab edilir. Həmçinin, məhkəmə onu da qeyd edir ki, iddiaçı iddia tələbində vəkilə ödənilən 300 manat maddi ziyan, 4000 manat əldən çıxmış gəlir və 4000 manat mənəvi ziyanın ödənilməsini tələb etsə də, həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı Müzəffər qızına məxsus torpaq sahəsinin X.R.Ulutürk küçəsinə çıxan hissəsində quraşdırılmış 3,9 metr enində və 2,2 metr hündürlüyündə dəmir darvaza və hasar sökülərək cavabdeh tərəfindən yaradılmış maneə aradan qaldırılmalı, iddiaçının mülkiyyətindən istifadə hüququ bərpa edilməli, Cavabdeh su sayğacının iddiaçıya məxsus torpaq sahəsində yerləşdirilməsi ilə bağlı müdaxilə aradan qaldırılmalı, su sayğacının iddiaçının torpaq sahəsindən çıxarılması təmin edilməli, mütəxəssis rəyinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat məbləğində xidmət haqqı və 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Müzəffər qızının xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən, MPM-in 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı Müzəffər qızına məxsus torpaq sahəsinin X.R.Ulutürk küçəsinə çıxan hissəsində quraşdırılmış 3,9 metr enində və 2,2 metr hündürlüyündə dəmir darvaza və hasar sökülərək cavabdeh tərəfindən yaradılmış maneə aradan qaldırılsın, iddiaçının mülkiyyətindən istifadə hüququ bərpa edilsin. Cavabdeh su sayğacının iddiaçıya məxsus torpaq sahəsində yerləşdirilməsi ilə bağlı müdaxilə aradan qaldırılsın, su sayğacının iddiaçının torpaq sahəsindən çıxarılması təmin edilsin. Mütəxəssis rəyinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat məbləğində xidmət haqqı və 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Müzəffər qızının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Vəsilə Əliyeva