Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(057)-977/2025 06.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə oğlunun, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı nümayəndəsi vəkil Nümayəndə Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5200 manat pul, 300 manat vəkilə ödənilən pul və 72 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi vəkil Nümayəndə məhkəməyə xx.xx.2025-ci il tarixdə dəftərxana vasitəsi ilə iddia tələbinin həcminin artırılması barədə ərizə ünvanlayaraq, 7221 manat pul, 300 manat vəkilə ödənilən pul və 93 manat dövlət rüsumu Cavabdeh alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə bildirmişdir ki, təmir işlərinin görüldüyü fərdi yaşayış evinin mülkiyyətçisi iddiaçının anası Həyat xanımdır. Onu müstəqil tələb irəli sürən üçüncü şəxs kimi işə cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, sabah əməliyyat olunacaqdır. Həmin evdə iş görmüşdür. Səhhətində olan problemlərlə bağlı təmir işlərini tam başa çatdıra bilməmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə təmir işlərinin aparıldığı fərdi yaşayış evinin kimin mülkiyyətində olmasını təsdiq edən çıxarışın təqdim edilməsi və iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi barədə məhkəmənin təklifini qəbul etdiyini, həmin səbəbdən məhkəmə hazırlıq iclasının təxirə salınmasına etiraz etməmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak etmiş İddiaçı bildirmişdir ki, fərdi yaşayış evində hovuzun təmiri üçün 800 manat, elektrik işləri üzrə 250 manat, hörgü işləri üçün Yekun adlı ustaya 300 manat, kvadratı 10 manat olmaqla, 120 kvadratmetr “apşifka” üçün 1200 manat, mətbəx və dəhlizdə aparılan hörgü və rənglənmə işləri üçün 1000 manat, pol işi üçün 300 manat, 2 otaqda alçipan və rəngsaz işi üçün 100 manat, steklovatizolyasiya üçün 120 manat məbləğində pul almışdır. Məhkəmə iddiaçının nümayəndəsi vəkilin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, məhkəmənin 29 aprel 2024-cü il tarixli hazırlıq iclası İddiaçı tərəfindən təmir işlərinin aparıldığı fərdi yaşayış evinin mülkiyyət hüququnu təsdiq edən çıxarış məhkəməyə təqdim edilməsi əsası ilə təxirə salınsa da, İddiaçı çıxarışı məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2 və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. MPM-in 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. MPM-in 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 72 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Salyan rayonu üzrə Maliyyə Şöbəsi tərəfindən İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 114, 260.1, 260.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 72 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Salyan rayonu üzrə Maliyyə Şöbəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-977/2025
Salyan Rayon Məhkəməsi Qərardad — İş №e-2(057)-977/2025
06.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver