Məhkəmə qərarları › İş №e-2(058)-1000/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-1000/2025

18.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-1000/2025 18.08.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi ilə maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs Cavabdeh qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə müraciət edərək, Samux rayon Samux Bələbiyyəsi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 21810,01 manat, işsizlikdən sığorta fonduna olan 958,21 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Cavabdeh barəsində (doğulduğu tarix xx xxxxxx 1978-ci il, doğulduğu yer Azərbaycan, Samux rayonu, Nəbiağalı qəs, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Samux rayon Samux Bələbiyyəsi vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Samux rayonu Samux Bələdiyyəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 21810,01 manat, işsizlikdən sığorta fonduna 958,21 manat olmaqla, ümumilikdə 22768,22 manat məbləğində borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********719200, xx.xx.2025-ci il tarixli **********942500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə ərizə ünvanlanaraq işə nümayəndəsinin iştirakı olmadan baxılması və ərizənin təmin edilmə barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Samux rayonu Samux Bələdiyyəsinin sədri Cavabdeh bildirdi ki, beş aydır Samux Rayon Bələdiyyəsinin sədri vəzifəsində fəaliyyət göstərir, hər ay 3000 (üç min) manat vergi borcundan ödəyir, bu səbəbdən iddia tələbinin rədd olunmasını xahiş edir. Məhkəmə maraqlı şəxsi dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlər aşağıdakılar müəyyən edilir: Hüquqi şəxs haqqında məlumatdan görünür ki, Samux Rayonu Samux Bələdiyyəsi xx.xx.2010-cu il tarixdə 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qeydiyyata alınmış və ona ********** VÖEN verilmişdir. Hüquqi şəxsin rəhbəri Cavabdeh xx.xx.1978-ci il tarixdə Samux rayonu Nəbiağalı qəsəbəsində doğulmuşdur. Samux rayonu, Nəbiağalı qəsəbəsində qeydiyyatdır. 12 saylı Ərazi Vergilər Departamenti tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, Cavabdeh Dövlət Sosial Müdafiə Fonduna və işsizlikdən sığorta fonduna vergi borcu mövcuddur. xx.xx.2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh məcburi Dövlət Sosial Sığorta haqqı üzrə 24817,10 manat, İşsizlikdən Sığorta haqqı üzrə 1018,69 manat, İcbari tibbi sığorta haqqı üzrə 47,53 manat olmaqla, ümumilikdə 25883.32 manat borcunu ödəməyəcəyi təqdirdə, məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs Cavabdeh qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi əsaslı olduğundan təmin olunmalı və Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 213-220, 355-5, 357-362-ci maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. xx xxxxxx 1978-ci il tarixdə Samux rayonunda doğulmuş, Samux rayonu Nəbiağalı qəsəbəsində qeydiyyatda olan və yaşayan Cavabdeh (FİN – xxxxxxx) ölkədən getmək hüququ, Samux Rayonu Samux Bələdiyyəsinin Dövlət Sosial Müdafiə Fonduna 21810,01 manat, işsizlikdən sığorta fonduna 958,21 manat olmaqla, ümumilikdə 22768,22 manat məbləğində vergi borcu üzrə vergi öhdəliyinə xitam verilənədək müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar