Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-1080/2025 09.09.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X1 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs Cavabdeh qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 3837,54 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 27363,25 manat, İşsizlikdən sığorta fonduna olan 916,35 manat, İcbari Tibbi Sığorta Fonduna olan 2418,34 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Cavabdeh barəsində (doğulduğu tarix - xx xxxx 1969cu il, doğulduğu yer – Azərbaycan, Samux, Qarayeri qəsəbəsi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikası, Samux rayonu Qarayeri Bələdiyyəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 27363,25 manat, dövlət büdcəsinə 3837,54 manat məbləğində (o cümlədən, vergilər üzrə 2491,5 manat, faizlər üzrə 546,04 manat), İcbari Tibbi Sığorta Fonduna 2418,34 manat, İşsizlikdən sığorta fonduna 916,35 manat olmaqla, ümumilikdə 34535,48 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********088100, xx.xx.2023-cü il tarixli **********630300, xx.xx.2025-ci il tarixli **********169500, xx.xx.2025-ci il tarixli **********800600 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə ərizə ünvanlanaraq işə nümayəndəsinin iştirakı olmadan baxılması və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Samux rayonu, Qarayeri Bələdiyyəsinin sədri Cavabdeh ərizənin təmin olunmasına etiraz etmədi. Məhkəmə maraqlı şəxsi dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Hüquqi şəxs haqqında məlumatdan görünür ki, Samux Rayonu Qarayeri Bələdiyyəsi xx.xx.2005-ci il tarixdə 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qeydiyyata alınmış və ona ********** VÖEN verilmişdir. Hüquqi şəxsin rəhbəri Cavabdeh xx.xx.1969-cu il tarixdə Samux rayonu, Qarayeri qəsəbəsində doğulmuşdur. Samux rayonu, Qarayeri qəsəbəsində qeydiyyatdır. 12 saylı Ərazi Vergilər Departamenti tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, Cavabdeh dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən sığorta fonduna və İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş borcu və müvafiq vergi borcu mövcuddur. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh vergilər üzrə 3047,57, məcburi Dövlət Sosial Sığorta haqqı üzrə 28630,18 manat, İşsizlikdən sığorta haqqı üzrə 970,76 manat, İcbari tibbi sığorta haqqı üzrə 2631,87 manat, məhkəmə qərarı ilə təsdiq edilmiş borc üzrə 800 manat, cəmi 36080,38 manat borcunu ödəməyəcəyi təqdirdə, məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli Samux rayonunun Qarayeri bələdiyyəsinin ilk iclasının 5 nömrəli protokolundan görünür ki, Cavabdeh Samux rayon Qarayeri Bələdiyyəsinin sədri seçilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs Cavabdeh qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi əsaslı olduğundan təmin olunmalı və Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilir ki, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, ərizəçi dövlət rüsumunu ödəməkdən azad edildiyindən və ərizə təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən 100 (yüz) manat dövlət rüsumu maraqlı şəxsdən tutulmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 213-220, 355-5, 357-362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini, Dövlət Sosial Müdafiə Fonduna olan borcun ödənilməsini, İşsizlikdən Sığorta Fonduna olan borcun ödənilməsini və İcbari Tibbi Sığorta Fonduna olan borcun ödənilməsini təmin etmək üçün Samux rayonu, Qarayeri Bələdiyyəsinin icra orqanının rəhbəri kimi vergi ödəyicisi olan, xx.xx.1969-cu il tarixdə Samux rayonu, Qarayeri qəsəbəsində anadan olmuş, Samux rayonu, Qarayeri qəsəbəsində qeydiyyatda olan və yaşayan Cavabdeh (FİN – xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. İş üzrə ödənməli olan 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №e-2(058)-1080/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-1080/2025
09.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver